Məhkəmə qərarları › İş №3(010)-352/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-352/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-352/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Şəxs 12 avqust 1961-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin polis kapitanı X1 tərəfindən 13 oktyabr 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 3(010)- 4901/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhdudlaşdırması növündə inzibati tənbeh tətbiq edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Şəxs apellyasiya qaydasında şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati tənbeh olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 3(010)-4901/2022 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materialları Bakı Apelyasiya Məhkəməsindən Bakı şəhər Suraxanı rayon Məhkəməsinə 25 yanvar 2023-cü il tarixdə daxil olmuş və inzibati xəta haqqında işin baxılması 08 fevral 2023-cü il tarixə, saat 15:10-a təyin edilərək inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana və Şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanına məhkəmə bildirişi göndərilmişdir. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və Şəxs 08 fevral 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Bununla əlaqədar inzibati işin baxılması təxirə salınaraq, 24 fevral 2023-cü il tarixə, saat 12:00-a təyin edilmiş, bu barədə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana və Şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanına məhkəmə bildirişi göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verildiyinə baxmayaraq, onlar gəlməmiş (nümayəndə göndərməmiş) və gəlməmələrinin səbəbləri ilə bağlı məlumat verməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Maddənin dispozisiyasından da göründüyü kimi, cərimə növündə inzibati tənbehin tətbiqi ilə bağlı qərarın qanuni qüvvəyə mindiyi gündən başlayaraq 03 aylıq müddətin bitdiyi günün ertəsi gün şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır və bugün göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi gün sayılır. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən «İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın lEQallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqındaqanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər». Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta «İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalara» aid olmaqla (İXM-nin XXXİX fəsili) həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan (o cümlədən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları) inzibati xətalara aid deyil. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 529.3-cümaddəsində nəzərdə tutulan inzibati xətaya münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan 03 aylıq müddət tətbiq olunmalıdır. İşin faktik hallarından görünürki, EQ seriyalı 10293476 nömrəli inzibati tənbeh vermə haqqında qərar 20 iyun 2022-ci ildə qəbul edilmiş və Azərbaycan Respublikası İXM-nin 138-ci maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə minmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, EQ seriyalı 10293476 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi və qüvvəyə mindiyi tarixləri, eyni qərarın icra edilməli olduğu müddəti, habelə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun 13 oktyabr 2022-ci ildə tərtib olunduğunu nəzərə aldıqda görünür ki, hazırkı iş üzrə Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçib. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən «bu Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanmış icraata Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanmış icraata Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar