Məhkəmə qərarları › İş №3(010)-353/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-353/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-353/2024 23.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu, Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru Nizami Məmmədov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 23 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Bundan başqa, Suraxanı rayon DYPŞ-nin yol patrul xidmətinin inspektoru İlqar Ələkbərov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2, 327.1, 332.1, 332.2 və 334-1.1-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında 22 yanvar 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə 23 yanvar 2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda göstərilən müddəasını nəzərə alaraq hesab edir ki, 3(010)-352/2024 nömrəli iş üzrə inzibati xəta haqqında material məhkəməyə daha əvvəl daxil olduğundan 3(010)-353/2024 nömrəli iş 3(010)- 352/2024 nömrəli işə birləşdirilərək bir icraatda baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34.2 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2, 327.1, 332.1, 332.2 və 334-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(010)-353/2024 nömrəli iş onun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(010)-352/2024 nömrəli işə birləşdirilərək bir icraatda baxılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar