Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3531/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Şəxs direktoru X10 iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847 ev 4, (yeni qaydalarla Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 38 A) ünvanında yerləşən, VÖEN **********, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 09 avqust 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş 06 avqust 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, 06 avqust 2024-cü il tarixdə saat 13:40-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847 ev 4, (yeni qaydalarla Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 38 A) ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl praktiki tibbi fəaliyyət ilə məşğul olma faktı (həkim-stomatologun assistenti X5) aşkar edilmişdir. Buna görə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X9nin Tibbi Nəzarət Şöbəsinin mütəxəssisi X12 tərəfindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 06 avqust 2024-cü il tarixli, MN № ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X6 07 avqust 2024-cü il tarixli qərardadı ilə hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş həmin protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs direktoru X14 izahatında bildirmişdir ki, X5 Şəxs həkimstomatologunun assistentidir. Ortopedik stomatologiya ixtisası üzrə kursu bitirmiş, ona diş texniki ixtisası üzrə diplom verilmişdir. Ümumilikdə 4 işçiləri var. X5 əvvəllər özəl klinikada işləmişdir. Həkimlər hər 5 ildən bir sertifikasiyadan keçirlər. X2 göndərilməmiş, yaddan çıxmışdır. Kurslarda öyrənənlər diplom alanlar yalnız özəl kilinikalarda işləyirlər və sertifikasiyaları olmur. Kursda təhsil aldıqlarına görə onların dövlət diplomu olmur. X4 işə götürəndə sertifikasiyası olmamışdır. Planlı yoxlama ilə bağlı onlara 2 gün əvvəl bildiriş gəlmiş və məlumat verilmişdir. Yoxlama aparılmış və X1 olmaması müəyyən olunmuşdur. Sahibkar olduqlarına görə onlara göstərilən inzibati xətanın aradan qaldırılması üçün möhlət verilməli və komissiya təşkil olunmalıdır. Sahibkar olduğuna görə və ilk dəfə belə bir hadisə baş verdiyinə görə onlara güzəşt olunmalı və möhlət verilməlidir. 2 ay bundan qabaq vergidən yoxlamaya gəlmişlər, kassa sistemini və ştatdan kənar işçiləri yoxlamışlar, yoxlamadan keçmişlər və heç bir problem aşkar olunmamışdır. X5 işdən azad olunmuşdur və hazırda inzibati xətanı aradan qaldırmışdır. Xahiş edir ki, ədalətli qərar çıxarılsın. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, X14 Şəxs direktorudur. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, X5 Şəxs həkimstomatologunun assistenti vəzifəsində işləmişdir. İş materiallarında olan 04999693 nömrəli diplomdan görünür ki, X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı 2 №-li baza tibb məktəbinə daxil olmuş və xx.xx.1999-cu ildə həmin məktəbi ortopedik stomatologiya ixtisası üzrə tam kursu bitirmişdir. Ona diş texniki ixtisası verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-28-1/2-23327/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Republikası Səhiyyə Nazirliyi “X9”nin baş direktoru Murad Süleymanov Şəxs MMC-yə məktub göndərmişdir. Məktubda göstərilmişdir ki, cari ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin aidiyyəti strukturları tərəfindən respublikada lisenziya əsasında fəaliyyət göstərən, özəl tibb fəaliyyəti ilə məşğul olan subyektlərdə qanunvericiliyin tələblərinə əsasən plan üzrə (növbəti) yoxlamaların keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda "xxxx" MMC-nın fəaliyyət ünvanı ünvan 1an qəsəbəsi, Malik Mustafayev küçəsi, 38A)-də yerləşən obyektdə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində plan üzrə (növbəti) yoxlama keçiriləcəkdir. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununun 27.2-ci maddəsinə əsasən lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar "Sahibkarlıq sahəsində aparılan yoxlamanın tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq həyata keçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamanın tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 10.2.1-ci maddəsinə əsasən plan üzrə (növbəti) yoxlamalar yüksək risk qrupuna aid edilən sahibkara münasibətdə ildə bir dəfədən çox olmayaraq aparılır. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Yoxlamanın aparılması haqqında qərarın surəti və reyestrdən çıxarış sənədi yoxlamanın keçirildiyi gün sahibkara təqdim olunur. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq, yoxlamaya əsas olan sənədlərin surətləri sizə rəsmi şəkildə təqdim olunur və yoxlayıcı (yoxlayıcılar) tərəfindən "xxxx" MMC-nin fəaliyyət ünvanı ünvan 1an qəsəbəsi, Malik Mustafayev küçəsi, 38A)-də yerləşən obyektdə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində plan üzrə (növbəti) yoxlamanın keçirilməsinə şərait yaradılmasını xahiş edirik. Yoxlama zamanı müəyyən səbəbdən sahibkar iştirak edə bilmədiyi halda mütləq qaydada onun səlahiyyətlərini müvəqqəti olaraq icra edən qanuni nümayəndəsinin iştirakı təmin olunmalıdır. Yoxlayıcıya (yoxlayıcılara) yoxlama keçirilməsinə şərait yaradılmaması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə inzibati tənbeh tədbirlərinin görülməsi üçün əsasdır. İş materiallarında olan 14 dekabr 2021-ci il tarixli, İN/L-499/2021 nömrəli lisenziyadan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 155 ünvanında fəaliyyət göstərən orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən ünvan 3 ünvanında yerləşən, VÖEN **********, Şəxsnə özəl tibb fəaliyyəti həyata keçirməsi üçün lisenziya verilmişdir. İş materiallarında olan 14 dekabr 2021-ci il tarixli, İN/L-499/2021 nömrəli lisenziyanın əlavəsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 155) tərəfindən 14 dekabr 2021ci il tarixində İN/L-499/2021 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında Şəxs MMCyə (hüquqi ünvanı: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, 1847 keçid, ev 4, mənzil 42, VÖEN **********) Bakı şəhəri, Suraxan» rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 4 (yeni qaydalarla: ünvan 5 ünvanında özəl tibb fəaliyyətinin ambulator tibb xidməti üzrə stomatologiya, terapevtik stomatoloji, ortopedik stomatoloji və ortodontik stomatoloji xidmətlərinin görülməsinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X9” X17 xx.xx.2024-cü il tarixli, 3-28-1/3-2-796/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analtik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında qərar qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-28-1/3-2-796/2024 saylı X9 PHŞ-nin baş drektoru Murad Süleymanovun Şəxs, VÖEN: ********** Suraxanı rayonu (ünvan 6 ünvanında yerləşən Şəxsndə aparılan planlı (növbəti) yoxlama ilə bağlı 009_LA (176-VQ nömrəli Lisenziyalar və icazələr haqqında AR Qanunun, 27-ci maddə) Lisenziyanın şərtlərinə riayət olunması, 013_LA “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu, xx.xx.1997-ci il, maddə 49.1 - Özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssis(lər)inin sertifikasiyaya cəlb edilməsi, 024_LA "Əhalinin sağlamlığının qorunması" haqqında AR Qanununu Lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirilməsi hallarının yoxlanılması nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ünvan 7 ünvanında yerləşən Şəxs MMC-nin cari fəaliyyəti insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması: Bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi; Dövlət və yerli özünüidarəetmə orqanı tərəfindən müraciət (məlumat) (AEM tibbi nəzarət şöbəsinin baş mütəxəssisi) X8 və (AEM Tibbi Nəzarət şöbəsinin mütəxəssisi) X11 tərəfindən xx.xx.2024-cü il tarixdən yoxlanmağa başlanmış xx.xx.2024-cü il tarixdə yoxlama sona çatmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X9nin xx.xx.2024-cü il tarixli, № 3-28-1/3-2-796/2024 nömrəli qərar əsasında yoxlama başlanılmışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847 ev 4, (yeni qaydalarla Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 38 A) ünvanında yerləşən Şəxs MMC-də müəssisədə pasiyentlərin qeydiyyatı qaydalara uyğun aparılmır, tibbi qeydiyyat sənədləri (ambulator kart F-043) yoxdur. Görülən işlər üzrə tibbi statistik hesabatlar aparılmır. Çalışan işçilərin dövrü tibbi müayinəsi qaydalara (təlimatla) uyğun təşkil edilməyib. Tibbi tullantıların utilizasiyası barədə “zərərsizləşdirmə” icra aktı yoxlamaya təqdim edilmədi. (Son təhvil 2023-cü il üzrə) Sterilizasiya bölməsində dezinfeksiyaedici məhlulun istifadə müddəti bitmişdir. (2022 və 2024.01.), dezinfeksiyaedici işçi məhlulu ilə olan konteylərin üzərində müvafiq qeydlər (adı, qatılıq %, təyinatı, hazırlama tarixi və s). steril paketlənmiş alətlərin üzərində sterilizasiya tarixi qeyd edilmir. “Alətlərin sterilizasiya işlərinin aparılmasına dair qeydiyyat” jurnalında “M.Aygün” (vəzifə üzrə “qeydiyyatçı”) tərəfindən sertifikasiya prosesinin aparılmasına rast gəlindi. “Dezinfeksiyaedici işçi məhsulun hazırlanmasına” avtoklav cihazının iş prinsipinə uyğun işlənməsinə sterilizasiya proseslərin ardıcıllıqla aparlmasına dair təlimatlar tərtib edilməyib. Müəssisədə sertifikasiyadan keçmədən praktiki özəl tibb fəaliyyəti ilə məşğul olması faktı aşkarlanmışdır. “Həkim stomatologun asistenti” vəzifəsində çalışan X5 (diplom üzrə “diş texniki”) (təqdim edilmiş əmək müqaviləsi bildirişinə və çalışan işçilərin siyahısına əsasən) subyekti tabeliyində çalışan tibb mütəxəssis(lər)ini sertifikasiyaya cəlb etməmiş, lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirmiş və özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssis(lər)ini ixtisas(lar)ına uyğun vəzifəyə təyin etmişdir. Yoxlamanın üçüncü sualları üzrə nöqsanlar aşkar olunmuşdur. Əmək qabiliyyətinin olmaması vərəqələrində adı qeyd olunan X3 müəssisədə sertifikatsız özəl praktiki tibbi fəaliyyət ilə məşğul olma faktı (həkim-stomatologun assistenti vəzifəsində çalışmışdır). Bu barədə İXM-nin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə —vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 12 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. İXM-nin 22.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1- 22.1.3-cü yəni xəbərdarlıq, inzibati cərimə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Odur ki, iş üzrə inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi toplanmış kifayət qədər mötəbər sübutlarla təsdiq olunduğundan hüquqi şəxs təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 25, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847 ev 4, (yeni qaydalarla Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 38 A) ünvanında yerləşən, VÖEN **********, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3531/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3531/2024
22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver