Məhkəmə qərarları › İş №3(010)-3585/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3585/2024

11.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3585/2024 11.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, məhkəmə iclas katibi Quliyeva Leyla Məmməd qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Suraxanı Rayon Polis İdarəsinin 31ci polis bölməsinin polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Oktyabr 20 illiyi küçəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 10 avqust 2024-cü ildə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, çox peşmandır. Qonşusunu tutmaya gəlmişdilər. Axtarışda idi. Ona yazığı gəlmiş və müdaxilə etmişdir. Yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin polis baş leytenantı X4 bildirmişdir ki, Şəxs polisə müqavimət göstərmişdir. Bu səbəbdən onun haqqında İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş əməliyyat müvəkkili polis kapitanı Orxan Sadıqzadə tərəfindən Bakı şəhər Suraxanı RPİ-nin 31-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Elxan Bədəlova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilərək axtarışda olan, xx.xx.1992-ci il təvəllüdlü Bakı şəhərində anadan olan, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Balandin 42 ünvanında qeydiyyatda olan X1 yerinin müəyyən edib Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mədən küçəsində saxlayarkən axtarışda olan şəxsin yanında olan “Rövşən” adlı şəxsə X1 axtarışda olması, istintaq orqanından yayındığı üçün PŞ-nə getməsini izah edilsə də, “Rövşən” adlı şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirərək axtarışda olan şəxsin qaçması üçün şərait yaratmağa çalışmışdır. Tərəflərindən “Rövşən” adlı şəxs 31-ci PŞ-nə gətirilmişdir. PŞ-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1974-cü il təvəllüdlü Şəxsdur. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 16:05-də inzibati qaydada tutulmuşdur; xx.xx.1974-cü il təvəllüdlü Şəxs izahatında bildirmişdir ki, qeyd olunan ünvanda yaşayır. Əvvəllər 10 il məhkumluq həyatı yaşamışdır. xx.xx.2024-cü il tarixdə təxminən 13:00 radələrində Köhnə Suraxanı qəsəbəsində Sabir adlı şəxsin evində polis tərəfindən axtarılan Mütəllim adlı şəxs polis tərəfindən tutularkən, o polislərə maneə törədib və polisin qanunu tələbinə qəsdən tabe olmamışdır; İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisində polis əməkdaşının ictimai qaydanı pozmamaq barədə qanuni tələblərinə tabe olmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2.-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisində polis əməkdaşlarının ictimai qaydanı pozmaması barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Əlişanov X3 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əlişanov X3 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar