Məhkəmə qərarları › İş №3(010)-3592/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3592/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3592/2025 02.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3 və zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən daxil olmuş 02 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən “Faxralı” kafesinin qarşısından yol kənarından 250 manat dəyərində olan müxtəlif növ içkilər oğurlamışdır. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nə ərizə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən icarəyə işlətdiyi “Faxralı” kafesinin qarşında olan yoldan kafedə müştərilər üçün aldığı müxtəlif növ içkilərin oğurlanmasını aşkar etmişdir. Bu barədə qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X2 23 avqust 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmasından ötrü qərarın surəti 33-cü Polis Bölməsinin müvafiq əməkdaşına həvalə edilmişdir. Buna görə də 02 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X6 verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə X1 Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinə ərizə ilə müraciət etmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən “Faxralı” kafesinin qarşında olan yoldan müştərilər üçün aldığı müxtəlif növ içkilərin oğurlanması, baş vermiş hadisəyə görə isə müəssisəyə ümumilikdə 250 (iki yüz əlli) manat dəyərində maddi ziyanın dəyməsini qeyd etmişdir. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin əməkdaşlarının keçirdikləri ƏAT nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəxs şübhəli şəxs qismində saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinə gətirilmiş, Şəxs izahatında törətdiyi əməli səmimi etiraf etmişdir. Toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması xx.xx.2025-ci il tarixdə rədd edilmişdir. Buna görə də 02 sentyabr 2025-ci il tarixdə tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən “Faxralı” kafesini təxminən 3 ildən artıqdır ki, qardaşı icarəyə götürüb işlədir. xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində qardaşının icarə ilə işlətdiyi “Faxralı” kafesinə müştərilərə satmaq üçün aldığı 5 ədəd 1 litrlik “Ağsu” markalı spirtli içki, 10 ədəd 1 litrlik “White” spirtli içki və 10 ədəd 1 litrlik “Alfa” markalı spirtli içkisini “Faxralı” kafesinin qarşısındakı yola qoyub, kafeyə daxil olmuşdur. Kafedə söhbətə başı qarışdıqdan sonra yolda içkilərin olduğu yadına düşmüş və yenidən kafedən çölə çıxdıqda spirtli içkilər olan bir kaset araqların olmadığını görmüşdür. Obyektə təxminən 200 manat ziyan dəymişdir. Obyektin içərisində kamera var, lakin kamera obyektin çölünü çəkmir. Şəxs türmədən yeni çıxmış, yaşlıdır və xəstədir. Ona dəymiş ziyan ödənilməsə də ödənilmiş kimi qəbul edir, onu bağışlayır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Buna görə də inzibati işə xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəməyə ərizə təqdim edir. Sədrlik edən ərizəni qəbul edir və iş materiallarına əlavə edir. Məhkəmə iclasında izahatı alınmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci ildə saat 11:10 radələrində içkili vəziyyətdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yolla yeriyərkən “Faxralı” kafesinin qabağındakı yolda spirtli içkilərin olduğunu görmüşdür. Bir qədər gözlədikdən sonra heç kimin gəlmədiyini görüb həmin spirtli içkiləri götürüb ordan uzaqlaşmışdır. 16 ədəd spirtli içki götürmüş, onlardan iksini özü içmiş və qalan 14 ədədini isə məhlədəki uşaqlara vermişdir. Ziyanı 1-2 aya pensiyası ilə tam ödəyəcəyini bildirmişdir. Qeyd edir ki, zərərçəkmiş şəxs onu bağışladığı üçün ziyan ödəməmişdir. Əməlindən peşman olduğunu, bir daha oğurluq etməyəcəyini bildirərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan vətəndaş X4 DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sisteminə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən “Faxralı” kafesinin qarşında olan yoldan kafedə müştərilər üçün aldığı müxtəlif növ içkilərin oğurlanması barədə daxil olan müraciəti Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin <<cinayətlər haqqında ərizələrin və məlumatların qeydiyyatı kitabında>> HK-1/963 sayda raportla qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, ünvan 4 ünvanında yaşayan vətəndaş X1 Rayon Polis İdarəsinin 33cü Polis bölməsinə ərizə ilə müraciət etmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən “Faxralı” kafesinin qarşında olan yoldan kafedə müştərilər üçün aldığı müxtəlif növ içkilərin oğurlanması, baş vermiş hadisəyə görə isə müəssisəsəyə ümumilikdə 250 (iki yüz əlli) manat dəyərində maddi ziyanın dəyməsini qeyd etmişdir. Təhqiqat araşdırması zamanı Bakı şəhəri, ünvan 4 ünvanında yaşayan X7 izahatında ərizəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin əməkdaşlarının keçirdikləri ƏAT nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəxs şübhəli şəxs qismində saxlanılaraq Suraxanı Rayon Polis idarəsinin 33-cü Polis bölməsinə gətirilmiş, Şəxs izahatında törətdiyi əməli səmimi etiraf etmişdir. Bu xüsusat üzrə qeyd edilən ünvana baxış keçirilib, əhəmiyyət kəsb edəcək fotoşəkillər çəkilərək, baxış protokolu tərtib olunaraq materiala əlavə edilmişdir. Toplanmış material üzrə xx.xx.2025-ci il tarixdə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, Şəxs barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və ərizəsi, həmçinin inzibati xəta haqqında protokol və iş üzrə toplanmış digər sübutlarla kifayət qədər təsdiq olunur. Beləliklə, toplanmış sübutlarla müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını, zərərçəkmiş şəxsin ərizəsini, həmçinin digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 6-cı fəslində inzibati məsuliyyətdən azad etmə hissəsində 39.2-ci maddəsinə əsasən «bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığına görə inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs zərərçəkmiş şəxslə barışdığına görə İXM-nin 39.2-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar