Məhkəmə qərarları › İş №3(010)-36/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-36/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-36/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin (VÖEN: **********, hüquqi ünvanı: AZ 1050 ünvan 1 ev 233E) Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 18 dekabr 2024cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs MMC 13215.48 Avro məbləğində vəsaiti 22 noyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 13215.48 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 23 noyabr 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 etiraz ərizəsini təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən MMC barəsində xx.xx.2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolla razı deyillər. Həmin protokol “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın (“Qaydalar”) təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X1 45/1 saylı, xx.xx.2026-cı il tarixli Qərarının 4.3.1.3cü bəndini rəhbər tutaraq tərtib edilmişdir (4.3/13. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir). Protokol tərtib edilərkən araşdırmada MMC-nin iştirakı təmin edilməmişdir. Bu səbəbdən dəlillərini məhkəmənin diqqətinə çatdırırlar. Nəzərə çatdırır ki, Qaydaların 4.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının daxilində rezidentlərin və qeyri-rezidentlərin bank hesablarından xarici valyutada köçürmələr Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələblərinə əməl edilməklə məhdudiyyət olmadan həyata keçirilir. Qaydaların 4.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aşağıdakı növ əməliyyatlar üzrə aparılır: 4.3.2-1. malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri. Belə köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. MMC tərəfindən xx.xx.2022-ci il tarixində xaricə köçürülmüş 21849.10 Avro məbləğində vəsait vasitəçilik fəaliyyəti ilə əlaqədar ödənilmişdir. Belə ki, MMC tərəfindən bu ödəniş 10-2022 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Portuqaliyada qeydiyyatdan keçmiş X5 Santos EDA şirkətinə edilmişdir. Həmin müqavilə üzrə MMC tərəfindən alınmış mallar xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən MMC tərəfindən Rusiya Federasiyasında qeydiyyatda olan X6 şirkətinə satılmışdır. X4 Qrupp şirkətinə satış dəyəri həmin malların X5 Santos EDA şirkətindən alış dəyərindən artıq olmuşdur. Mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmədən Portuqaliyada qəbul edilmiş və Litva ərazisindən Rusiya Federasiyasına aparılmışdır. Qeyd edilənlərə dair sübutlar (müqavilələr, invoyslar, gömrük bəyannamələri və sair sənədlər məhkəməyə təqdim edilir). Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, bu əməliyyata Qaydaların 4.2-ci və 4.3.2-1-ci bəndləri tətbiq edilməlidir. Bu halda isə, MMC təqsiri olmadığı müəyyən edilir və MMC tərəfindən xarici valyutada xaricə vəsait köçürülməsi inzibati xəta tərkibi yaratmır. İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda. Beləliklə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən MMC barəsində xx.xx.2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol qanunvericiliyin tələbləri və MMC-nin hüquqları pozulmaqla tərtib olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 61.1.4-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatət və etirazlar vermək hüququ vardır. Avropa İnsan Hüquqları məhkəməsi bir çox qərarlarında (Deljourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970 il tarixli qərarı; Piersaj Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli tarixli qərarı: X2rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsinin əsas məqsədini belə ifadə etmişdir: "Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir". Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 61.1.4-cü maddəsini rəhbər tutub, Azərbaycan Respublikası Mərkəzi Bankının MMC barəsində tərtib etdiyi xx.xx.2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi «Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə» məsuliyyət müəyyən edir. İXM-nin yuxarıda göstərilən maddəsində nəzərdə tutulan müddətlər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə təsdiqlənib. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 fevral 2020-ci il tarixli qərarı ilə yuxarıda göstərilən Qaydalara dəyişiklik edilərək 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: «qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici balyutada, habelə qeyri-rezidentlərin milli və xarici vauytada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 30 sentyabr 2024-cü il tarixli qərardadından görünür: “ Qaydaların 4.3.2-1-ci maddəsi ilə malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı maliyyə köçürmələri tənzimlənmişdir. Belə ki, bu köçürmələrin məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir.Vasitəçilik fəaliyyəti ilə bağlı köçürülmələr vasitəçinin vəsaiti hesabına avans yolu ilə həyata keçirildikdə, belə köçürmələr əlavə olaraq mal alan tərəfindən qabaqcadan ödənilmiş məbləğ həcmində vasitəçinin xeyrinə açılan geri çağırılmayan akkreditiv və (və ya) geri götürülməyən, qüvvədə olma müddəti öhdəliklərin icra müddətindən ən azı 30 bank günü çox olan bank qarantiyası təqdim edilməklə aparılmalıdır”. “Vasitəçilik mülki dövriyyə subyekti tərəfindən kontragentlə münasibətlərin üçüncü şəxsin (vasitəçinin) iştirakı ilə qurulmasını nəzərdə tutur. Vasitəçilik münasibətləri müxtəlif müqavilələrlə (ticarət agenti, konsessiya, komissiya, broker müqavilələri_ rəsmiləşdirilir”. Odur ki, bu qəbildən olan işlərə baxılarkən inzibati xətaya görə məsuliyyətə cəlb olunan şəxsin valyuta vəsaitləri ilə həyata keçirdiyi hərəkətlərin və göndərişlərin kimin adında və kimin vəsaiti hesabına həyata keçirilməsi məhkəmələr tərəfindən müəyyənləşdirilməli, müqavilə tərəfləri arasında real vasitəşilik münasibətlərinin olubolmaması, müqavilənin görüntü üçün bağlanıb-bağlanmaması, vasitəçilik haqqında müqavilələrin qabaqcadan banka təhvil verilib-verilməməsi, geri çağırılmayan akkreditiv və bank qarantiyasının olub-olmaması araşdırılamlıdır. İş materiallarına əlavə edilmiş 22 noyabr 2022-ci il tarixli ödəniş tapşırığından və digər sənədlərdən görünür ki, Şəxs MMC 13215.48 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanan məktubdan görünür ki, Şəxs MMC 13215.48 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi 730 gündən artıq müddət keçdiyinə baxmayaraq, banka təqdim etməmişdir. İş materiallarından görünür ki, Şəxs MMC tərəfindən yuxarıda qeyd olunan sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edilməmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləği olan 13215.48 (on üç min iki yüz on beş avro qırx səkkiz sent) Avro məbləğində pulun 20 (iyirmi) faizi, yəni 2643,10 (iki min altı yüz qırx üç avro on sent) Avro miqdarında cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar