Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-361/2021 18.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayonu İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədova (Qasımova) Gülnarə Sadıq qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X4, tələbkar X1 iştirakı ilə xx xxxxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 140 ünvanı üzrə qeydiyyatda olan Məmmədova (Qasımova) Gülnarə Sadıq qızının Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayonu İcra şöbəsinin icra məmuru X2 xx xxxxxxx 2020-ci ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 2(010)-5859/2018 nömrəli icra sənədinə əsasən, borclu Şəxs 230.000 manat məbləğində borc pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq tələbkar X3 verilməlidir. Suraxanı Rayon Məhkəməsinin 3(010)-1419/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Tələbkar X5 həmin qərardan apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 3(103)-14/2021 saylı qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 3(010)-1419/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Müvafiq inzibati xəta haqqında material məhkəməyə xx xxxxxx 2021-ci ildə daxil olaraq işin baxılması xx xxxx 2021-ci il tarixə təyin edilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin məhkəmə iclasına iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq, gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Suraxanı Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Məmmədova (Qasımova) Gülnarə Sadıq qızı məhkəməyə gəldiyindən xx xxxx 2021-ci ildə hazırkı iş üzrə icraat təzələnib. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Tələbkar X5 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, borclu ilə razılığa gəlib. Belə ki, Məmmədova (Qasımova) Gülnarə Sadıq qızı hər ay ona 300 manat pul ödəyir və xx xxxxx 2021-ci il tarixdə 3500 manat məbləğində pul ödəyəcəkdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədova (Qasımova) Gülnarə Sadıq qızı işə məhkəmədə baxılması zamanı borcunu ödəyə bilməməsinin səbəbini maddi imkansızlığı ilə izah etmişdir. İcra sənədinin icrasından yayınmır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunu, tələbkarı, vəkili və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Məmmədova (Qasımova) Gülnarə Sadıq qızının Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilmiş sayılmalı, lakin onun həmin maddə ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məmmədova (Qasımova) Gülnarə Sadıq qızı barəsində inzibati xəta haqqında protokol xx xxxxxxx 2020-ci il tarixində tərtib olunub. Azərbaycan Respublikası İXM-nin 38.1, 38.2 və 38.4-cü maddələrinə əsasən «İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər», «Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır», «İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və hazırkı iş üzrə inzibati xətanın davam edən inzibati xəta olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, müvafiq müddət xətanın aşkara çıxarıldığı gündən, yəni Məmmədova (Qasımova) Gülnarə Sadıq qızı barəsində xx xxxxxxx 2020-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edildiyi gündən hesablanmalıdır. İşin faktik hallarından görünür ki, inzibati xəta haqqında protokolun tərtib edildiyi (xətanın aşkara çıxarıldığı) gündən etibarən 3 aydan çox müddət keçib (həmin 3 ay müddəti xx xxxxxx 2021-ci ildə bitmişdir). Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinin tələbinə görə «bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Məhkəmə qeyd olunanları, nəzərə alaraq hesab edir ki, Məmmədova (Qasımova) Gülnarə Sadıq qızı barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Məmmədova (Qasımova) Gülnarə Sadıq qızı xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin. İnzibati məsuliyyətə cəlb etmə müddəti Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsinə əsasən keçdiyinə görə Məmmədova (Qasımova) Gülnarə Sadıq qızının Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-361/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-361/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver