Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-363/2022 01.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu hərəkətin qanunsuz hesab edilməsi, inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın ləğvi ilə bağlı X2 tərəfindən verilmiş «iddia ərizəsi»nə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 11 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 234.0.5-ci maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərarın ləğvi ilə bağlı «iddia ərizəsi» ilə məhkəməyə müraciət edib. X1 iddiaçı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi isə cavabdeh kimi qeyd olunub. «İddia ərizəsi»ni nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinin tələblərinə görə «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Beləliklə, «İddia ərizəsi»ndə göstərilən məsələnin (qərarın ləğvi və s.) həlli ilə bağlı məhkəməyə iddia ərizəsi ilə deyil şikayətlə müraciət olunmalıdır. Eyni «iddia ərizəsi»ndə göstərilən digər məsələlər isə inzibati xəta haqqında iş üzrə icraat çərçivəsində baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Hərəkətin qanunsuz hesab edilməsi, inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın ləğvi ilə bağlı X2 tərəfindən verilmiş «iddia ərizəsi» geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-363/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-363/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver