Məhkəmə qərarları › İş №3(010)-3689/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3689/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3689/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X3 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, MN ******* saylı protokola AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən çıxarılmış 20 iyul 2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barə də qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, 05 iyul 2023-cü il tarixdə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttiş X9 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda ünvan 1 ünvanının qarşısında yerləşən ADANA DÖNƏR in arxa tərəfə artırılması zamanı 1 ədəd ağacın götürülməsini əsas gətirilərək mənə göstərilən tələblərin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 253.3.1- ci maddəsi ilə törətmiş olduğum xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, müfəttiş razılaşmamışdır. Protokola imza etməkdən imtina etmiş, buna baxmayaraq , əsaslandırmada heçbir qanuni istinad göstərmədən, sübuta yetirmədən barəsində İnzibati XətalarMəcəlləsinin 253.3.1-ci maddəsinin tələblərini pozmaqla 2200 (iki min iki yüz) manat məbləğində cərimə edilməyi ilə bağlı qərar çıxarılmışdır. Odur ki, MN ******* saylı protokola AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən çıxarılmış 20 iyul 2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barə də qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahatında 2020-ci il tarixində ağacın kəsildiyini, 2023-cü il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən X4 ağacın kəsilməsi ilə bağlı bildirilmişdir. Həmin ərazinin ümumi istifadədə olduğunu qəbul etdiklərini, lakin X3 həmin ağacı kəsmədiyini bildirdiyini, ümumiyyətlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacın 2023-cü il tarixində kəsilməsi sübuta yetirilməli olduğunu, X3 həmin ağacı kəsməsini və 2023-cü il tarixində kəsilməsi sübut edilməli olduğunu bildirərək, MN ******* saylı protokola AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən çıxarılmış 20 iyul 2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən poçt vasitəsi ilə göndərilmiş 11 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığınız icraatınızda olan 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 253.3.1-ci maddəsinə əsasən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar qəbul edilmiş şəxs tərəfindən məhkəməyə verilmiş şikayətlə əlaqədar sözügedən qərarın qəbul edilməsinə əsas olmuş MN ******* nömrəli protokolun hansı əsasla tərtib olunması barədə məhkəməyə məlumat verilməsi, həmçinin xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında İdarənin nümayəndəsinin iştirakının təmin edilməsi barədə məktuba İdarədə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, ünvan 2 ünvanında yaşayan X6 tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Çağrı Mərkəzi”nə xx.xx.2023-cü il tarixində daxil olmuş “ünvan 3 ünvanında obyektin arxasında 1 ədəd ağacın kəsilməsi, onunla əlaqə saxlanılaraq araşdrılmasını istəməsi” barədə məlumatda (şikayətdə) qeyd olunanlar İdarənin əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı şikayətçi Taleh Hüseynov yazılı izahatında “X7 tərəfindən ünvan 4 ünvanında yerləşən “Adana dönər” kafesinin sahəsinin arxaya doğru genişləndirilməsi zamanı kafenin arxa hissəsində yaş vəziyyətdə olan 1(bir) ədəd ağacın kəsildiyini bildirmiş”, faktla bağlı fotoşəkillər (həmçinin sənədlər) təqdim etmiş və bununla bağlı qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Qeyd olunanların araşdırılması məqsədilə İdarənin əməkdaşları tərəfindən şikayət ərizəsində adıçəkilən kafenin sahibi X5 (tel: (055) 750-66-80) əraziyə dəvət olunmuş və onun iştirakı ilə aparılan araşdırma zamanı sözügedən ünvanda yerləşən “Adana dönər” kafesinin arxa tərəfinə baxış keçirilmiş və şikayətçi Taleh Hüseynov tərəfindən təqdim edilmiş fotoşəkillərin mövcud vəziyyətlə müqayisəli təhlili aparılarkən kafenin arxa hissəsində köküstə yaş vəziyyətdə bioloji inkişafda olan 1(bir) ədəd ağacın (sərv cinsinə məxsus) kafenin sahibi X5 tərəfindən kafenin sahəsinin arxaya doğru genişləndirilməsi zamanı özbaşına (qeyri-qanuni) götürüldüyü müəyyən edilmişdir. Faktla bağlı X10 izahat verməkdən imtina etmiş, iştirakı ilə barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli 80433 saylı akt və İXM-nin 253.3.1-ci maddəsinə əsasən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmişdir. Faktla bağlı həmçinin Suraxanı Rayon İcra Hakimiyyətinin məlumatında bildirilmişdir: Rayon İcra Hakmiyyəti yanında “Özbaşına tikililərə qarşı mübarizə və məhkəmədənkənar torpaq mübahisələrinin həlli üzrə komissiya”nın üzvləri tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 20 saylı binanın yaxınlığında Rizvan adlı şəxs tərəfindən torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənəd olmadan yüngül konstruksiyadan özbaşına tikinti-quraşdırma işlərinin aparıldığı müəyyən edilmiş və özbaşına tikintiquraşdırma işlərinin qarşısı alınmış, həmçinin işlərinin dayandırılması tövsiyə olunmuşdur. Eyni zamanda sözügedən tikili barədə mövcud qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün RİH tərəfindən müvafiq məktublarla aidiyyəti üzrə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Suraxanı Rayon Polis İdarəsinə müraciətlər olunmuşdur. İdarə tərəfindən X3 qeydiyyatda olduğu (yaşadığı) ünvan 5 ünvanına xx.xx.2023-cü il tarixli Ç-BM/2623-573 saylı məktubla protokolun nüsxəsi göndərilərək xx.xx.2023-cü il tarixdə saat 10:00-da barəsində aparılan inzibati xəta haqqında işə baxılmasında iştirak etmək üçün İdarəyə dəvət olunmuş, lakin şəxs məktubu və protokolun nüsxəsini xx.xx.2023-cü il tarixdə (poçt qəbzinə imza etməklə) almasına baxmayaraq göstərilən tarixdə işə baxılmasında iştirak etmək üçün İdarəyə gəlməmişdir (həmçinin işin baxılmasının təxirə salınması və ya gəlməməsinin səbəbləri barədə İdarəyə məlumat verməmişdir). İdarədə işə baxılarkən X5 İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddə üzrə 2200 (iki min iki yüz) manat cərimə olunmuş və inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarın nüsxəsi X4 21.02023-cü il tarixli Ç- BM/2623-615 saylı məktubla göndərilmiş və xx.xx.2023-cü il tarixdə poçt qəbzinə imza etməklə həmiş şəxsə verilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 05 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, bina 20 ünvanının qarşısında yerləşən “Adana dönər” kafesinin arxa tərəfində doğru artırılması zamanı 01 ədəd yaş köküstə ağacın götürülməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 göndərilmiş 21 iyul 2023-cü il tarixli məktuba əsasən, X3 barəsində inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi xx.xx.2023-ci il tarixli MN ******* saylı protokol tərtib olunmuş və xx.xx.2023cü il tarixli MN ******* nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi əsasında inzibati qaydada 2200 (iki min iki yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Qəbul edilmiş həmin qərarın təsdiq olunmuş surəti icra üçün Sizə göndərilir və nəzərinizə çatdırılır ki, cərimə qərarı qüvvəyə mindikdən sonra cərimə məbləği 30 (otuz) gün müddətinə aşağıdakı hesaba köçürülməlidir. Həmin məbləğ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.14-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində, yəni dərhal və yaxud cərimə qərarı qüvvəyə mindiyi gündən 5 iş günü ərzində ödənərsə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.13-cü maddəsinə əsasən cərimə qərarı qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin məbləğ ödənilmədikdə gecikdirilmiş hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanaraq qanunvericliklə müəyyən olunmuş qaydada tərtib olunmuş materiallar məcburi icra olunması üçün müvafiq icra və probasiya şöbələrinə təqdim ediləyi barədə məlumat verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, fiziki şəxs G.F.Ağamalının xüsusi mülkiyyətində olan ünvan 6 ünvanın qarşısında yerləşən “Adana dönər” kafesinin qarşısında 01 ədəd ağacının qanunsuz olaraq olaraq məhv edilməsi aşkar edilmiş və nəticədə X3 barəsində inzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilərək sonuncu həmin maddə ilə təqsirli bilinərək 2.200 (iki min iki yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 3- cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 ünvan 6 ünvanın qarşısında yerləşən “Adana dönər” kafesinin qarşısında 01 ədəd ağacının məhv edilməsi aşkar edilmiş və bu səbəbdən də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinin tələbinin pozulmasına dair Qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inizbati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inizbati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar