Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-369/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş 02 fevral 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 02 fevral 2021-ci ildə saat 07:54-də “Toyota Corolla” minik markalı 99UT607 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala baxılıb səlahiyyəti çərçivəsində qərar verilməsi üçün Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qaytarılması qərara alınmışdır. Həmin qərardan Bakı şəhər BPİ X2 İdarəsi şikayət verib, məhkəmənin qərarının qanunsuz və əsassız olduğunu, məhkəmə tərəfindən işin tam və hərtərəfli araşdırılmadığını, xüsusi texniki vasitə ilə sürücü Şəxs içkili olmasının müəyyən edildiyini, sürücünün səmimi olaraq içkili olmasını etiraf etdiyini və izahat verərək bu halı təsdiq etdiyini, məhkəmənin inzibati xəta haqqında protokola düzgün qiymət vermədiyini qeyd edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qərarının ləğv edilməsini, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun 01 il müddətə məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-942/2021 saylı 26 aprel 2021-ci il tarixli qərarına əsasən şikayət qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Şəxs barəsində AR İXM-nin 333.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməsinə, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair material üzrə səlahiyyəti çərçivəsində qərar qəbul edilməsi üçün Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə qaytarılmasına dair 04 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə hazırlıq iclası mərhələsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında 02 fevral 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda hadisənin 02 fevral 2021-ci ildə saat 07:54-də baş verdiyi göstərilmiş, 02 fevral 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı «AsanPay» internet portalında yerləşdirilmiş məlumatda da inzibati xətanın törədildiyi tarix kimi 02 fevral 2021-ci il göstərimiş, lakin bundan fərqli olaraq xüsusi texniki vasitənin (alkotesterin) qəbzində, «Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol»da və «Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə akt»da inzibati xəta haqqında protokolda təsvir olunmuş hadisənin 01 fevral 2021-ci il tarixində baş verdiyi göstərilmişdir. Nəticədə, inzibati xəta haqqında protokol yanlış tərtib olunub. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun düzgün tərtib edilməməsi inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə geri qaytarılsın. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-369/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-369/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver