Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-37/2022 07.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Naibov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, sürücü vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər 6 saylı Notariat Ofisinin xüsusi notariusu X2 05.04.2021-ci il tarixli icra qeydinə əsasən Şəxs cəmi 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq X4 xeyrinə ödənilməlidir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-3769/2021 saylı, 30.07.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 541,65 (beş yüz qırx bir manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməlidir.Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2887/2021 saylı, 27.07.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 8033,65 (səkkiz min otuz üç manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti və 22,20 (iyirmi iki manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədlərinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədlərini icra etməmiş və nəticədə Şəxs Bakı şəhər 6 saylı Notariat Ofisinin xüsusi notariusu X2 05.04.2021-ci il tarixli icra qeydi üzrə 20000 manat, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-3769/2021 saylı, 30.07.2021-ci il tarixli icra sənədi üzrə 545 manat və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2887/2021 saylı, 27.07.2021-ci il tarixli icra sənədi üzrə 8000 manat ödənilməmiş borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirərək göstərdi ki, Bakı şəhər 6 saylı Notariat Ofisinin xüsusi notariusu X2 05.04.2021-ci il tarixli icra qeydinə əsasən ondan cəmi 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq X4 xeyrinə, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-3769/2021 saylı, 30.07.2021-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 541,65 (beş yüz qırx bir manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" QSC-nin xeyrinə və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2887/2021 saylı, 27.07.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 8033,65 (səkkiz min otuz üç manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti və 22,20 (iyirmi iki manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. O, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmır. Belə ki, o, uzun müddət işsiz olmuşdur. Hazırda sürücü kimi işə başlamışdır və məhkəmənin gedişatında icra sənədləri üzrə borcundan İcra məmuruna cəmi 350 manat ödəniş etmişdir. Maddi imkanı aşağı olduğuna görə də borcunu tam ödəyə bilmir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X3 məhkəmədə bildirdi ki, Bakı şəhər 6 saylı Notariat Ofisinin xüsusi notariusu X2 05.04.2021-ci il tarixli icra qeydinə əsasən Şəxs cəmi 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq X4 xeyrinə ödənilməlidir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-3769/2021 saylı, 30.07.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 541,65 (beş yüz qırx bir manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməlidir.Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2887/2021 saylı, 27.07.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 8033,65 (səkkiz min otuz üç manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti və 22,20 (iyirmi iki manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. 30 dekabr 2021-ci il tarixli qərar ilə icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu borcunu ödəmədiyi üçün barəsində axtarış elan edilmiş və borclu şöbəyə gətirilərək izahatı alınmışdır. Bundan əlavə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Borclu borcundan hal-hazırda 350 manat ödəniş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhər 6 saylı Notariat Ofisinin xüsusi notariusu X2 05.04.2021-ci il tarixli icra qeydinə əsasən Şəxs cəmi 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq X4 xeyrinə ödənilməlidir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-3769/2021 saylı, 30.07.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 541,65 (beş yüz qırx bir manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" QSCnin xeyrinə ödənilməlidir.Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2887/2021 saylı, 27.07.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 8033,65 (səkkiz min otuz üç manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti və 22,20 (iyirmi iki manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-37/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-37/2022
07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver