Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3715/2024 29.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, 00800-00590/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsinin icraatında Monitorinq şöbəsindən daxil olmuş 3-33-3100/021/008951 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə bağlı bildirilir ki, Şəxs MMC-nin ünvanına gəlmiş xx.xx.2024-cü il tarixində **********7304 nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 81069,6 manat olan “Transformatorlarda quraşdırılan çevirici” adlı yük 4 (dörd) ay müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Qeyd olunan müvəqqəti saxlancda olan yükə xx.xx.2024-cü il tarixdə şirkətin Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı Zığ yolu ünvanında yerləşən anbarında Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2.6-cı maddəsinə, “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli və “Mallara gömrük təminatının vurulması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli, 253 nömrəli Qərarların tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Gömrük baxışı zamanı məlum olmuşdur ki, gömrük təminat vasitələri tətbiq edilmiş 6 ədəd qablaşdırılmadan ibarət yükün 3 ədədində təminat vasitələri mövcud deyildir. Bundan sonra Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinə əsasən gömrük baxışının keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Faktla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma başlanılmış, şirkətin qanuni təmsilçisi, idxal-ixrac əməliyyatları üzrə mütəxəssis X4 Baş İdarəyə gəlmiş, izahat verərək raportda göstərilən faktı təsdiqləmiş, xx.xx.2024-cü il tarixində **********7304 nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş 6 ədəd qablaşdırılmadan ibarət yükün 3 ədədində mövcud olmayan təminat vasitələrinin yüklərin anbara daşınması zamanı itirildiyini bildirmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt HNBGİ Monitorinq şöbəsindən daxil olmuş 3-33- 3100/021/0008951 nömrəli, xx.xx.2024-cü il tarixli raport, xx.xx.2024-cü il tarixli gömrük baxışının keçirilməsi haqqında protokol, xx.xx.2024-cü il tarixində **********7304 sorğu nömrəli gömrük bəyannaməsi və şirkətin qanuni təmsilçisi, idxal-ixrac əməliyyatları üzrə mütəxəssis X3 izahatı ilə tam təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şirkətin qanuni təmsilçisi, idxal-ixrac əməliyyatları üzrə mütəxəssis X4 faktla bağlı izahat verərək, göstərilənləri təsdiqləmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi və hüquqi şəxs Şəxs nümayəndəsi gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin və hüquqi şəxs Şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC adına xx.xx.2024-cü il tarixdə **********7304 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 81069.60 AZN, netto çəki 1160 kq) mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi məqsədi ilə “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli və “Mallara gömrük təminatının vurulması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli, 253 nömrəli Qərarların tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Gömrük baxışı zamanı məlum olmuşdur ki, mallarda gömrük təminatı vasitələri itirilmiş və anbar daxilində bir yerdən digər yerə daşındıqda zədələnmişdir. X1 izahatından görünür ki, o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Monitorinq şöbəsinə təhkim böyük inspektoru vəzifəsində çalışır. Xidməti vəzifəsi HNBGİ-də müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin saxlanc qaydalarına əməl olunması, gömrük nəzarəti altında olan malların gömrük təminatının qorunub saxlanılmasının təmin olunmasına riayət edilməsindən ibarətdir. Şəxs MMC-nin ünvanına Çindən gələn, xx.xx.2024-cü il tarixdə **********2471 nömrəli gömrük bəyannaməsi əsasında ümumi gömrük dəyəri 129985,3 manat olan 10 verdən ibarət, xx.xx.2024-cü il tarixli **********2469 nömrəli gömrük bəyannaməsi əsasında ümumi gömrük dəyəri 236070,2 manat 16 yerdən ibarət, xx.xx.2024-cü il tarixində **********7304 nömrəli gömrük bəyannaməsi əsasında ümumi gömrük dəyəri 81069,6 manat 6 yerdən ibarət olan “transformatorlarda quraşdırılan çevirici” adlı yüklər müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında şirkətin Bakı səhəri, Suraxanı rayonu, Suraxanı Zığ yolu ünvanında yerləşən anbarında baxış keçirmişdir. Baxış zamanı, xx.xx.2024-cü il tarixdə **********2471 nömrəli gömrük bəyənnaməsi üzrə 10 yerdən ibarət, xx.xx.2024-cü il tarixli **********2469 nömrəli gömrük bəyannaməsi üzrə 16 yerdən ibarət yüklərin heç bir qablasdırmasında, xx.xx.2024-cü il tarixində **********7304 nömrəli gömrük bəyannaməsi üzrə isə 6 yerdən ibarət yüklərin 3 ədədinin qablaşdırmasında gömrük təminat vasitələrinin itirildiyi müəyyən olunmuşdur. Şirkətin nümayəndəsi X4 bununla bağlı bildirmişdir ki, təminat vasitələrinin itirilməsi malların anbara daşınması zamanı baş vermişdir. X3 izahatından görünür ki, o, Şəxs MMC-nin idxal-ixrac əməliyyatları üzrə mütəxəssis vəzifəsində çalışır. Şirkət transformator istehsalı, həmçinin həm yerli, həm də xarici bazarda satışı ilə məşğul olur. Şirkətin anbarı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı Zığ yolu ünvanında yerləşir, xx.xx.2024-cü il tarixli **********7304 nömrəli gömrük bəyannaməsi əsasında 6 (altı) ədəd qablaşdırmada “transformatorlarda quraşdırılan çevirici” adlı yüklər müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş, gömrük təminat vasitələri qablaşdırılaraq şirkətin anbarında saxlanmışdır. 09 aprel 2024-cü il tarixində gömrük əməkdaşı X2 onunla əlaqə saxlamış, müvəqqəti saxlanca götürülmüş yüklərin vəziyyəti ilə bağlı baxış keçirmək istədiyini bildirmiş, o, razılığını bildirmiş, keçirilən baxış zamanı şirkətin ünvanına gələn xx.xx.2024-cü il tarixli **********7304 GB ilə müvəqqəti saxlanca götürülən yüklərdən 3 ədədinin qablaşdırmasında gömrük təminat vasitələrinin itirildiyi müəyyən olunmuşdur. Baxış zamanı qablaşdırmanın təminat vasitələri itirilsə də, bəyannamə üzrə malların istifadə olunmadığı, say olaraq hamısının anbarda olduğu müəyyən olunmuşdur. Bununla bağlı gömrük əməkdaşı tərəfindən protokol tərtib olunmuş və o, protokolu imzalamışdır. Qablaşdırmanın pozulması və təminat vasitələrinin itirilməsi malların anbara daşınması zamanı baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 492.1-ci maddəsinə əsasən, gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MMC-nin ünvanına gəlmiş xx.xx.2024-cü il tarixində **********7304 nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 81069,6 manat olan “Transformatorlarda quraşdırılan çevirici” adlı yük 4 ay müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Gömrük baxışı zamanı müəyyən edilmişdir ki, gömrük təminat vasitələri tətbiq edilmiş 6 ədəd qablaşdırılmadan ibarət yükün 3 ədədində təminat vasitələri mövcud deyildir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-3715/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3715/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver