Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3716/2024 16.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin şöbə müdiri X5 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN **********, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar 01 avqust 2024-cü il tarixli Xəzər rayon Məhkəməsinin hakimi İlham Cəfərzadənin qərardadı ilə ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmiş və 15 avqust 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Hava Nəqliyyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin icraatında Monitorinq şöbəsindən daxil olmuş 3-33-3100/021/008950 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə bağlı bildirilmişdir ki, Şəxs MMC-nin ünvanına gəlmiş xx.xx.2024-cü il tarixdə **********2469 nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 236070,2 manat olan “Transformatorlarda quraşdırılan çevirici” adlı yük 4 (dörd) ay müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Qeyd olunan müvəqqəti saxlancda olan yükə xx.xx.2024-cü il tarixdə şirkətin Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı Zığ yolu ünvanında yerləşən anbarında Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2.6-cı maddəsinə, “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli və “Mallara gömrük təminatının vurulması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli, 253 nömrəli Qərarların tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Gömrük baxışı zamanı məlum olmuşdur ki, gömrük təminat vasitələri tətbiq edilmiş 16 ədəd qablaşdırılmada təminat vasitələri mövcud deyildir. Bundan sonra Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinə əsasən gömrük baxışının keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Faktla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma başlanılmış, şirkətin qanuni təmsilçisi-idxal-ixrac əməliyyatları üzrə mütəxəssis X7 Baş İdarəyə gəlmiş, izahat verərək raportda göstərilən faktı təsdiqləmiş, xx.xx.2024-cü il tarixində **********2469 nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş 16 yerdən ibarət yükün anbara daşınması zamanı qablaşdırmanın üzərində olan gömrük təminat vasitələrinin itirildiyini bildirmişdir. Buna görə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 29 iyul 2024-cü il tarixli, 00800-00589/24 nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru X2 29 iyul 2024-cü il tarixli qərardadı ilə Şəxs barəsində tərtib edilmiş həmin protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Xəzər rayon Məhkəməsinə göndərilmişdir. Xəzər rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qərardadı ilə həmin material ərazi aidiyyəti üzrə baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və şöbə müdiri X8 izahatında bildirmişdir ki, Şəxs MMC-nin ünvanına gəlmiş xx.xx.2024-cü il tarixində **********2469 nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 236070,2 manat olan “Transformatorlarda quraşdırılan çevirici” adlı yük 4 (dörd) ay müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Gömrük baxışı zamanı məlum olmuşdur ki, gömrük təminat vasitələri tətbiq edilmiş 16 ədəd qablaşdırılmada təminat vasitələri mövcud deyildir. Bundan sonra Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinə əsasən gömrük baxışının keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Faktla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma başlanılmış, şirkətin qanuni təmsilçisiidxal-ixrac əməliyyatları üzrə mütəxəssis X7 Baş İdarəyə gəlmiş, izahat verərək raportda göstərilən faktı təsdiqləmiş, xx.xx.2024-cü il tarixində **********2469 nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş 16 yerdən ibarət yükün anbara daşınması zamanı qablaşdırmanın üzərində olan gömrük təminat vasitələrinin itirildiyini bildirmişdir. Bildirmişdir ki, şirkətin qanuni təmsilçisi-idxal-ixrac əməliyyatları üzrə mütəxəssis X1 izahat vermiş, sadəcə olaraq gömrük işçisi ona bu cür izahata qol çəkdirmişdir. X6 həmin malların sayı ilə bağlı tam məlumatı olmamışdır. Malların üstü balaca kağız ilə bağlanır, yüklər iri həcmdə olduqda balaca kağızlar üst-üstə bağlanır. Mallar olan yerin üstü tam bağlı olsa da kənarları bağlı deyil, yağış və küləkli hava şəraitində həmin qablaşdırmalara yapışdırılmış təminat vasitələri itə və ya zədələnə bilir. Protokolda qeyd olunan malların hamısının yerində olduğunu bildirmişdir. Gömrük protokol tərtib edərkən düzgün sənədləşmə aparmamış və malların əksik olması ilə bağlı akt tərtib etməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, X12” MMC adına xx.xx.2024-cü il tarixdə **********2469 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 236070.20 AZN, netto çəki 3400 kq) mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Məlumat üçün bildirmişlər ki, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi məqsədi ilə ''Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli və “Mallara gömrük təminatının vurulması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli, 253 nömrəli Qərarların tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Gömrük baxışı zamanı məlum olmuşdur ki, mallarda gömrük təminatı vasitələri itirilmiş və anbar daxilində bir yerdən digər yerə daşındıqda zədələnmişdir. X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə verdiyi izahatında göstərmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Monitorinq şöbəsinə təhkim olunmaqla böyük inspektor vəzifəsində çalışır. Xidməti vəzifəsi HNBGİ-də müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin saxlanc qaydalarına əməl olunması, gömrük nəzarəti altında olan malların gömrük təminatının qorunub saxlanılmasının təmin olunmasına riayət edilməsindən ibarətdir. Şəxs MMC-nin ünvanına Çindən gələn, xx.xx.2024-cü il tarixdə **********2471 nömrəli gömrük bəyannaməsi əsasında ümumi gömrük dəyəri 129985,3 manat olan 10 yerdən ibarət, xx.xx.2024-cü il tarixli **********2469 nömrəli gömrük bəyannaməsi əsasında ümumi gömrük dəyəri 236070,2 manat 16 yerdən ibarət, xx.xx.2024-cü il tarixində **********7304 nömrəli gömrük bəyannaməsi əsasında ümumi gömrük dəyəri 81069,6 manat 6 yerdən ibarət olan “transformatorlarda quraşdırılan çevirici” adlı yüklər müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında şirkətin Bakı səhəri, Suraxanı rayonu, Suraxanı Zığ yolu ünvanında yerləşən anbarında baxış keçirmişdir. Baxış zamanı, xx.xx.2024-cü il tarixdə **********2471 nömrəli gömrük bəyannaməsi üzrə 10 yerdən ibarət, xx.xx.2024-cü il tarixli **********2469 nömrəli gömrük bəyannaməsi üzrə 16 yerdən ibarət yüklərin heç bir qablaşdırmasında, xx.xx.2024-cü il tarixində **********7304 nömrəli gömrük bəyannaməsi üzrə isə 6 yerdən ibarət yüklərin 3 ədədinin qablaşdırılmasında gömrük təminat vasitələrinin itirildiyi müəyyən olunmuşdur. Şirkətin nümayəndəsi X7 bununla bağlı bildirdi ki, təminat vasitələrinin itirilməsi malların anbara daşınması zamanı baş vermişdir. xx.xx.2024-cü il tarixdə X7 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə verdiyi izahatında göstərmişdir ki, Şəxs MMCnin idxal-ixrac əməliyyatları üzrə mütəxəssis vəzifəsində çalışır. Şirkət transformator istehsalı, həmçinin həm yerli həm xarici bazarda satışı ilə məşğul olur. Şirkətin anbarı Bakı səhəri, Suraxanı rayonu, Suraxanı Zığ yolu ünvanında yerləşir, xx.xx.2024-cü il tarixli **********2469 nömrəli gömrük bəyannaməsi əsasında 16 (on altı) ədəd qablasdırmada “transformatorlarda quraşdırılan cevirici” adlı yüklər müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş, gömrük təminat vasitələri qablaşdırılaraq şirkətin anbarında saxlanılmışdır. 09 aprel 2024-cü il tarixində gömrük əməkdaşı X4 onunla əlaqə saxlamış, müvəqqəti saxlanca götürülmüş yüklərin vəziyyəti ilə bağlı baxış keçirmək istədiyini bildirmiş, o, razılığını bildirmiş, keçirilən baxış zamanı, şirkətin ünvanına gələn, xx.xx.2024-cü il tarixli **********2469 GB ilə müvəqqəti saxlanca götürülən 16 ədəd yüklər qablaşdırmasında gömrük təminat vasitələrinin itirildiyi müəyyən olunmuşdur. Baxış zamanı qablaşdırmanın təminat vasitələri itirilsə də, bəyannamə üzrə malların istifadə olunmadığı, say olaraq hamısının anbarda olduğu müəyyən olunmuşdur. Bununla bağlı gömrük əməkdaşı tərəfindən protokol tərtib olunmuş və tərəfindən imzalanmışdır. Qeyd etmək istəyir ki, qablaşdırmanın pozulması və təminat vasitələrinin itirilməsi malların anbara daşınması zamanı baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 12 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. İXM-nin 22.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1- 22.1.3-cü yəni xəbərdarlıq, inzibati cərimə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 22, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN **********, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3716/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3716/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver