Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-3718/2022 03.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, tərcüməçi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şəxs, xx xxxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, Bakı şəhəri, Suraxanı rayonu, 4-cü Mədən küçəsi, 299 saylı evin 4 saylı mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 19 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 19 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(010)-782/2021 qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdeh Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən torpaq sahəsində saxladığı heyvanlar (itlər) həmin ərazidən köçürülmələri qət edilmişdir. İnzibati materiallar araşdırılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, o, Azərbaycan dilində səlist danışa bilmir və başa düşmür. İcra şöbəsində icra məmuru ona sualları rus dilində vermiş, o, həmin suallara rus dilində cavab vermişdir. Lakin, barəsində protokol tərtib olunarkən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərcüməçi dəvət olunmamışdır. O, barəsində tərtib olunmuş protokolu oxumamış, hətta oxusa da başa düşmüyəcəkdi. Odur ki, onun hüquqları pozulmuşdur. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X4 məhkəmədə bildirdi ki, Şəxs barəsində protokol tərtib edərkən tərcüməçi dəvət etməmişdir. 19 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun Azərbaycan dilində danışa bilməyən və başa düşməyən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edərkən tərcüməçi dəvət etmədiyi müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə görə Tərcüməçinin xidmətlərinə ehtiyacı olan şəxsə onu dəvət etmək üçün müddət verilir. Həmin şəxs icra məmurunun müəyyən etdiyi müddətdə tərcüməçinin iştirakını təmin edə bilmədikdə, tərcüməçi icra məmurunun qərarı ilə təyin edilir. Azərbaycan Respublikası İXM-nin 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokolun surəti verilməlidir. Lakin məhkəməyə daxil olmuş 19 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolun “surətini aldım” qrafası Şəxs tərəfindən imza edilməmiş, protokolun surətinin faktiki olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxslərə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs inzibati xəta törədilməsi haqqında 19 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı protokol, onu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-3718/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-3718/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver