Məhkəmə qərarları › İş №3(010)-3719/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3719/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3719/2024 15.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin inzibati binası Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1978-ci ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 14 avqust 2024-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Z.Əliyev küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq müqavimət göstərmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin sahə inspektoru X2 tərtib etdiyi MN seriyalı ******* nömrəli 14 avqust 2024-cü il tarixli protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 9 aydır ki, o, "xxxx" Şirkətindən maşın götürərək sürmüşdür. Həmin müddət ərzində şirkətin işçiləri ilə heç bir problemi və narazılığı olmamışdır. Götürdüyü maşın başqa maşınla toqquşduğu üçün yan hissəsi cızılmışdı. Maşının düzəldilməsi ilə bağlı şirkətin əməkdaşları ilə razılaşmışdır. Şirkətdən demişlər ki, maşını düzəldər və əvəzinə başqa bir maşın götürər. Evdə olan zaman maşın həyətdə olmuş, polis əməkdaşları gəlib evdəkilərdən maşını soruşaraq açarlar polis əməkdaşlarına təqdim edilmişdir. Sonradan polis əməkdaşları onu çağırmışlar və o, polis əməkdaşları ilə birlikdə Suraxanı rayon X6 Şöbəsinə getmişlər. 6-7 saat şöbədə oturub gözləmişdir. Sonra oradan gəlmişlər Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinə və barəsində protokol tərtib edilmişdir. Hal bu ki, o, polis əməkdaşlarına qarşı heç bir tabesizlik və müqavimət göstərməmişdir. "xxxx" Şirkətindən götürdüyü avtomobili etibarnamə əsasında idarə etmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin X6i şöbəsi yol patrul xidməti baş inspektoru X3 bildirmişdir ki, 14 avqust 2024cü il tarixdə təxminən saat 20:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsində xidmətdə olduğu zaman hərəkətdə olan “Toyota Prado” minik markalı ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi manevr qaydasını pozduğu üçün işarə vermişdir. Saxladıqda müəyyən edilmişdir ki, sürücü Şəxs avtomobili etibarnaməsi olmadan idarə etmişdir. Avtomobili duracağa yerləşdirmək istəyərkən sürücü imtina edərək küçədə səsküy salmış, müxtəlif əl-qol hərəkətləri ilə polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmamışdır. Şəxs hərəkətlərini təxminən 5-10 dəqiqə davam etdirmiş və ətrafın diqqətini özünə cəlb etmişdir. Şəxs həmin inzibati xətanı törətməsi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 14 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol, şahidin məhkəmə iclasında verdiyi ifadəsi və digər iş materialları ilə tam sübuta yetirildiyindən, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və polis əməkdaşlarının onun hüquqazidd hərəkətini dayandırmağı tələb etdiyinə baxmayaraq, bu hərəkətin davam etdirməsini ağırlaşdırılan hal kimi nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzrədə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 14 avqust 2024-cü il saat 23:00-dan hesablansın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar