Məhkəmə qərarları › İş №3(010)-3721/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3721/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3721/2022 20.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Heydər Bəxtiyarovun, X1, Borclu Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram 34 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokoluna əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-1714/2018 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 154 (yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulması qət etmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Heydər Bəxtiyarov göstərmişdir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-1714/2018 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 154 (yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulması qət etmişdir. Sonuncu 2018-2022-ci illər ərzində tələbkara olan borcundan 1320 manat məbləğində ödəniş etmişdir. Həmçinin, müəyyən olunmuşdur ki, borclu Şəxs 2017-2022-ci illərin böyük bir qismini cəzaçəkmə müəssisələrində cəza çəkmişdir. Borclu Şəxs işin məhkəmə baxışı zamanı tələbkar X4 olan borcundan 300 manat ödəmiş, tələbkara qalan borcunu tez müddətdə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Məhkəmədə izahat vermiş tələbkar X7 bildirmişdir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-1714/2018 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 154 (yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması qət etmişdir. Borclu işin məhkəmə baxışı zamanı ona olan borcundan 300 manat ödəmişdir, qalan borcunu tez müddətdə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Onu da nəzərə alır ki, borclu 2017-2022-ci illərin böyük bir qismini cəzaçəkmə müəssisələrində cəza çəkmişdir. Onun Şəxs qarşı şikayəti yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirmişdir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-1714/2018 saylı icra vərəqəsinə əsasən ondan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 154 (yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulması qət etmişdir. O, icra sənədinin icrasından yayınmır, 2017-2022-ci illərin böyük bir qismini cəzaçəkmə müəssisələrində cəza çəkmişdir və bu səbəbdən alimenti ödəmək imkanından mərhum olmuşdur. O, işin məhkəmə baxışı zamanı tələbkar X4 olan borcundan 300 manat ödəmişdir. O, sonuncuya qalan borcunu tez müddətdə ödəyəcək. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İş materiallarından müəyyən olunur ki, borclu Şəxs icra sənədlərinin icrasından yayınmır, 2017-2022-ci illərin böyük bir qismini o, cəzaçəkmə müəssisələrində cəza çəkmişdir və bu səbəbdən alimenti ödəmək imkanından obyektiv səbəblərdən mərhum olmuş, aliment borcunun bir hissəsini ödəmiş, işin məhkəmə baxışı zamanı tələbkar X4 olan borcundan 300 manat ödəniş etmiş, tələbkar X4 qalan borcunu tez müddətdə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar