Məhkəmə qərarları › İş №3(010)-3722/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3722/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3722/2022 20.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudovun, X1 etibarnamə əsasında nümayəndəsi X2, Borclu Şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X5, Jest dili Jest dili tərcüməçisi X3 iştirakları ilə, xx.xx.1988-ci ildə Şərur şəhərinin Axaməd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şərur şəhəri, Axaməd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, 4-cü Köndələn 38 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-488/2022 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşna çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat olmaqla ümumilikdə, 350 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudov göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-488/2022 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşna çatanadək saxlanılması üçün xx.xx.2021ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat olmaqla ümumilikdə, 350 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, icra vərəqəsinin tam olaraq icrasından yayınmışdır. Belə ki, sonuncu hazırki inzibati xəta haqqında protokol tərtib olunanadək aliment borcundan 510 manat, məhkəmə baxışınadək isə 120 manat ödəniş edib. Borclunun hazırki aliment borcu 2870 manat təşkil edir. Əlavə olaraq bildirmişdir ki, borclu Şəxs lal-kar olmaqla İİ qrup əlildir. Məhkəmədə izahat vermiş X1 etibarnamə əsasında nümayəndəsi X6 bildirmişdir ki, o, X4 atasıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 488/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşna çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla ümumilikdə, 350 manat sabit pul məbləğində alimentin X4 xeyrinə tutulması qət edilsə də, borclu 10 ay ərzində cəmi 480 manat aliment ödənişi etmişdir. Uşaqların hər ikisi məktəblidir, borclu tərəfindən onların zəruri ehtiyacları qarşılanmır. Qeyd edilənlərə əsasən, borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmədə müdafiəçinin istirakı və jest dili tərcüməçisinin vasitəsilə izahat vermiş borclu Şəxs bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-488/2022 saylı icra vərəqəsinə əsasən ondan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşna çatanadək saxlanılması üçün xx.xx.2021ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat olmaqla ümumilikdə, 350 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulması qət edilmişdir. Hazırda onun 2870 manat ödənilməmiş aliment borcu var, alimentin ödənilməməsi onun maddi vəziyyətinin qənaətbəxş olmaması ilə bağlıdır. Belə ki, o, İİ qrup əlildir, rəsmi iş yeri yoxdur, avtomobil dayancağında işləyir, gəliri sabit deyil. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 20 sentyabr 2022ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-488/2022 saylı icra vərəqəsinə üzrə Şəxs aliment borcunu ödəməkdən yayınır. İş materiallarında olan № 054679 saylı, xx.xx.2022-ci il tarixli “Əlillik vəsiqəsi”ndən görünür ki, Şəxs müddətsiz İİ qrup əlildir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə Şəxs cəza təyin edərkən, sonuncunun İİ qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hesab edərək, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 213.2 və 213.3-cü maddələrinə uyğun olaraq məhkumun hüquqlarını Vəkillər Kolegiyasının üzvü X9 müdafiə etmişdir. Vəkil X5 təqdim etdiyi hesabat arayışına əsasən o, məhkumun hüquqlarının müdafiəsinə 1 saat vaxt sərf etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, vəkil X5 məhkum Şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 1 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 6 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilməlidir Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Vəkil X5 məhkum Şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 1 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 6 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar