Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-374/2021 19.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X3, Barəsində X12 iş üzrə qərar çıxarılmış şəxs X5, Zərərçəkmiş şəxs X4 iştirakları ilə, Bakı şəhər DYPİ-nin X12 xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarından X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər DYPİ-nin vəzifəli şəxsi tərəfindən xx.xx.2021-ci ildə qəbul olunmuş TP seriyalı ******* nömrəli qərarla X10 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat miqdarında cərimə edilmişdir. X10 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar barədə iş təkrar araşdırılmaya göndərilmədən məhkəmə tərəfindən araşdırılaraq düzgün qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X10 şikayəti ərizəsini müdafiə edərək, izahat verərək bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixində etibarnamə ilə idarə etdiyi “Bos SHELF İntemationaf” şirkətinə məxsus “X18 minik” markalı, **-PE-*** tövlət nömrə nişanlı avtomobilin iştirakı ilə Ə.Naxçivani küçəsi ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsini araşdıran Bakı Şəhər DYPİ baş leytinatı Əkbərov Fərid əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə (327.1)bəndini əsas gətirərək onun barəsində İXP ******* saylı protokol tərtib etmişdir. Həmin protokol əsasında xx.xx.2021-ci il tarixli TP ******* saylı qərar qəbul edirələrək 40 manat məbləğində cərimə edilmişdir. Lakin həmin qərar araşdırılmadan qəbul edilmişdir. Belə ki, X2 42-ci maddəsinin V-ci bəndinə əsasən “Sürücü Yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitəsinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdaki nəqliyyat vasitəsinə yol verməlidir. O, hərəkətdə olduğu zaman yerdəyişməni o yox digər sürücü etdiyi üçün qayda pozuntusunu digər sürücü etmişdir. Barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarı əsassız hesab edir. Odur ki, yuxarıda qeyd edilənlərin nəzərə alınaraq barəsində qəbul edilmiş X12 qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, yol nəqliyyat hadisəsindən sonra səlahiyyətli şəxs tərəfindən hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi çəkilmişdir. Hadisə yerinin video görüntüləri vardır. Həmin video görüntülərdən müəyyən olunur ki, Həmid Sadıxov idarə etdiyi avtomobillə Ə.Naxçıvani küçəsi ilə hərəkət edərək, Ə.Rəcəbli küçəsi ilə kəsişmədə, yolun sağ hərəkət hissəsində park edir. TOYOTA PRİUS markalı, **-PJ-*** dövlət nömrə nişanlı avtomobil parklanmış vəziyyətdə olan HYUNDAİ SANTA FE markalı, ** PE *** dövlət nömrə nişanlı avtomobilin yanından keçib Əhməd Rəcəbli küçəsi istiqamətinə sağa dönmək istədikdə, HYUNDAİ SANTA FE markalı, ** PE *** dövlət nömrə nişanlı avtomobil heç bir xarici siqnal işıqlarından istifadə etmədən, hərəkətdə olduğu halda TOYOTA PRİUS markalı, **-PJ-*** dövlət nömrə nişanlı avtomobilə yol vermədən hərəkətə başlayaraq, TOYOTA PRİUS markalı, **-PJ-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuşdur. Bundan əlavə həmin ərazidə dayanma durmanı qadağan edən nişan quraşdırılmışdır. X14 “Yol hərəkəti qaydaları” haqqında Qanunun 52 və 53-cü maddələrinin tələblərini pozmuşdur. Şikayətçi ərizəsində “Yol hərəkəti qaydaları haqqında” Qanunun 42-ci maddəsinin V-ci bəndini əsas gətirsə də, lakin baş verən hadisə “Yol hərəkəti qaydaları haqqında” Qanunun 42-ci maddəsinin İ bəndinin tərkib hissəsinə düşür. Qeyd olunanlar şikayət ərizəsinin tam əsassız olmasını bir daha sübut etdiyindən, X5 Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin İXP ******* saylı protokolundan və TP ******* nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs X8 şikayət ərizəsinə etiraz edərək bildirmişdir ki, o, xx xxxxxx 2021-ci ildə onun etibarnamə əsasında idarə etdiyi TOYOTA PRİUS markalı, **-PJ-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Ə.Naxçıvani küçəsi ilə hərəkətdə olarkən, uzaqdan yolun sağ hissəsində HYUNDAİ SANTA FE markalı, ** PE *** dövlət nömrə nişanlı avtomobilin parklanmış vəziyyətdə dayandığını görmüşdür. Parklanmış vəziyyətdə olan həmin avtomobilin yanından keçib Əhməd Rəcəbli küçəsi istiqamətinə sağa dönmək istədikdə, həmin avtomobil heç bir xarici siqnal işıqlarından istifadə etmədən, hərəkətdə olduğu halda ona yol vermədən hərəkətə başlayaraq onun avtomobili ilə toqquşmuşdur. X9 idarə etdiyi avtomobilin yalnız ön bamper hissəsinə yüngül zədə dəysə də, avtomobilimin sağ hissəsi ön qanaddan arxa qanadadək tam şəkildə zədələndi. Bir müddət sonra DYP əməkdaşları hadisə yerinə gələrək qanunvericilikdə nəzərdə tutulan zəruri tədbirləri həyata keçirdilər. Yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxsin müəyyən edilməsi üçün ərazidə fəaliyyət göstərən mağazaların təhlükəsizlik kameralarının görüntüsü tam kifayət edir. Belə ki, araşdırma zamanı təhqiqat orqanının əldə etdiyi həmin kamera görüntülərindən açıq aydın görünür ki, Həmid Sadıxov idarə etdiyi avtomobillə Ə.Naxçıvani küçəsi ilə hərəkət edərək, Ə.Rəcəbli küçəsi ilə kəsişmədə, yolun sağ hərəkət hissəsində park edir, halbuki, etiraza əlavə edilən foto şəkillərdən də görünür ki, həmin ərazidə dayanma durmanı qadağan edən 327 nişanı quraşdırılıb. X14 “Yol hərəkəti qaydaları” haqqında Qanunun 52 və 53-cü maddələrinin tələblərini pozub və İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verib.Həmin kamera görüntülərindən görünür ki, Həmid Sadıxov yolun hərəkət hissəsində parklandığı müddətdə Ə.Naxçıvani küçəsi ilə hərəkətdə olan bir neçə avtomobil onun yanından keçərək Ə.Rəcəbli küçəsi istiqamətində sağa dönmə əməliyyatını həyata keçirib. Bu fakt da bir daha təsdiq edir ki, Həmid Sadıxov qeyd edilən ərazidə dayanmaqla Ə.Rəcəbli küçəsi ilə hərəkət edərək həmin küçəyə çıxmağa çalışmayıb, idarə etdiyi avtomobili yolun hərəkət hissəsində məhz park edib. Həmçinin kamera görüntülərindən görünür ki, Həmid Sadıxov parklanmadan sonra idarə etdiyi avtomobillə hərəkətə başlayarkən heç bir xarici işıqlardan istifadə etməyib. Halbuki, “Yol hərəkəti qaydaları haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 5-ci yarımbəndinə əsasən, mexniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. Həmin Qanunun 42-ci maddəsinin İ bəndinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Kamera görüntülərindən də göründüyü kimi Həmid Sadıxov hərəkətə başlayacağı halda digər avtomobillərin hərəkət trayektoriyasına mane olubolmayacağmdan əmin olmadan, onun hərəkətə başlamasından öncə faktiki hərəkətdə olduğum halda mənə yol vermədən hərəkətə başlaması yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub. Başqa sözlə yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb Həmid Sadıxovun idarə etdiyi avtomobillə parklanmadan sonra hərəkətə başlayarkən sürücü kimi vəzifələrini icra etməməsi, diqqətsizliyi və yol hərəkəti qaydaları ilə bağlı qanunvericiliyin tələblərini kobud şəkildə pozması olub. Göründüyü kimi Həmid Sadıxovun yol verdiyi əsas qayda pozuntusu yol nişanlarının tələblərinə riayət edilməməsi, nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi və manevr qaydalarının pozulması təşkil etdiyindən hadisə ilə bağlı təhqiqat aparan şəxsin onun İXM-in 327.1 -ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsiylə bağlı tərtib etdiyi X12 protokol və həmin protokol əsasında qəbul edilmiş X12 qərar tam qanunidir. Bundan əlavə Həmid Sadıxovun idarə etdiyi avtomobil “xxxx” ASC-də həm icbari, həm də kasko sığortalanıb. Hadisə zamanı Həmid Sadıxovun idarə etdiyi avtomobilin yalnız ön bamperi yüngül formada zədələnsə də, sonradan sığorta şirkətindən ona verilən məlumata görə guya həmin avtomobilin təmiri üçün çox sayda ehtiyat hissələrinin dəyişdirilməsi zəruri olub və həmin avtomobilin təmir xərcləri təqribən 2000 (iki min) manat təşkil edib, hazırki iş üzrə Həmid Sadıxovun şikayəti təmin ediləcəyi halda, sığorta şirkəti reqres qaydada Həmid Sadıxovun avtomobilinin təmirinə çəkdiyi təqribən 2000 (iki min) manat xərcin ondan tutulmasını tələb edəcək. Maraqlıdır ki, hadisə nəticəsində idarə etdiyi avtomobilinin sağ hissəsi tam zədələnsə də, sığorta şirkəti ona 500 (beş yüz) manat təklif etdiyi halda və Həmid Sadıxovun yalnız on bamperi yüngül zədələndiyi halda ona 2000 (iki min) manat ziyan məbləği müəyyən edib. Təəssüf ki, Həmid Sadıxovun təqsiri üzündən baş vermiş hadisə zamanı ən çox zərər ona dəydiyi halda bəzi şəxslərin bundan qazanc məqsədilə yararlanması çox təəssüf edici haldır.Hesab edir ki, etirazında qeyd etdiyi faktlar Həmid Sadıxovun hadisənin baş verməsində təqsirli olmasını, onun şikayətində qeyd etdiyi arqumentlərinin isə tam əsassız olmasını bir daha sübut etdiyindən X5 Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin İXP ******* saylı protokolundan və TP ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməməlidir. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X10 xx.xx.2021-ci il tarixdə saat 08:21-də “X18 minik” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X12 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X12 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X12 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, qanunvericilik X12 protokolu sübut növü kimi qəbul edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İXP ******* saylı X12 Protokoldan isə görünür ki, X10 xx.xx.2021-ci il tarixdə saat 08:21-də “X18 minik” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa, məhkəmə ijlasında yol nəqliyyat hadisəsinin videogörüntüləri tədqiq edilərkən müəyyən olunmuşdur ki, Həmid Sadıxov idarə etdiyi avtomobillə küçə ilə hərəkət edərək, digər küçə ilə kəsişmədə, yolun sağ hərəkət hissəsində park edir. TOYOTA PRİUS markalı avtomobil parklanmış vəziyyətdə olan HYUNDAİ SANTA FE markalı avtomobilin yanından keçib Əhməd Rəcəbli küçəsi istiqamətinə sağa dönmək istədikdə, HYUNDAİ SANTA FE markalı avtomobil heç bir xarici siqnal işıqlarından istifadə etmədən, hərəkətdə olduğu halda TOYOTA PRİUS markalı avtomobilə yol vermədən hərəkətə başlayaraq, TOYOTA PRİUS markalı avtomobil ilə toqquşmuşdur. Bundan əlavə həmin ərazidə dayanma durmanı qadağan edən nişanın quraşdırılması müşayiət olunmur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə sübut olaraq təqdim olunmuş fotoşəkillər və disk məhkəmə tərəfindən mötəbər və mümkün sübutlar kimi qəbul edilir. Belə ki, bu fotoşəkillərdən və hadisənin baş vermə anının video görüntüləri hadisənin baş vermə anının və şəraitini müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən X12 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, X6 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilməsin. Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-374/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-374/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver