Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3741/2025 11.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Şamaxı rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, qəbirstanlıqda qəbir qazan işləyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510cu maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 11 sentyabr 2025-ci il tarixli protokola əsasən xx.xx.2025-ci il tarixdə vətəndaş ictimai yerdə ailə üzvlərinin və polisin ünvanına nalayiq ifadələr işlətmiş, polis maşınına və əməkdaşlarına hücum çəkmiş və tabesizlik etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclasında Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X2 izahatında protokola uyğun izahat verərək bildirdi ki, vətəndaş Şəxs həyat yoldaşı Abbasova Samirə və qızı dəfələrlə 102 xidmətinə müraciət edərək Elnur Abbasovun içkili vəziyyətdə evə gələrək onlara narahatçılıq yaratdığını bildirmişlər. Əməliyyat qrupu hadisə yerinə getmiş, vətəndaşı bölməyə dəvət etmişlər. Şəxs içkili vəziyyətdə olduğu üçün polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş, söyüşlərlə təhqir etmiş, bölməyə gətirildikdə təpik atmış, həkim müayinəsindən yoxlanışa aparıldıqda həkimə müqavimət göstərmiş, bölməyə geri qaytarıldıqda öz həyat yoldaşına vurmaq istəmiş və əməkdaş tərəfindən əngəl olunmuşdur, lakin o yenə də öz əməllərindən geri qalmamış, polisin tələblərinə tabe olmamışdır. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətdiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, o, hər gün içki qəbul etmir, 3-4 gündən bir içki içir, hər gün işdə olur. Uşaqları onun sözlərinə qulaq asmır, bu səbəbdən mübahisə edir. Oğlu gecə saat 2-də “Tiktok” sosial şəbəkəsində canlı video açaraq yüksək səslə səhərə qədər danışmış, onu yatmağa qoymamışdır. O da irad bildirəndə oğlu ona hücum edərək vurmaq istəmiş, həmin vaxt qızı da otağından çıxaraq söhbətə qarışmışdır. Həyat yoldaşı isə 5-6 aydan çoxdur ki atasının evində yaşayır. Polis əməkdaşlarından dediyi ifadələrə, hərəkətlərə görə üzr istəyir, artıq dərəcədə çox spirtli içkidən istifadə etmişdi. Polis əməkdaşların yanında təhqir etdiyinə görə mübahisə etmiş, həkimə isə müqavimət göstərməmişdir. Həyat yoldaşını vurmaq niyyətində olmamışdır. Bəlkə də içkili vəziyyətdə olanda elə bir hadisə olub, yadında deyil, ancaq neçə ildir ki yola getmirlər. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs alkoqol vəziyyəti orta sərxoş vəziyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə «Eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər». Həmin qərarın nəticəvi hissəsinin 1-ci bəndinə əsasən «Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir». Azərbaycan Respublikası İXM-nin 101.3 və 102.5-ci maddələrinə əsasən inzibati araşdırma aparıldığı halda inzibati xəta haqqında protokol bir aydan artıq olmayan müddətdə tərtib olunur. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar mövcud deyil. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halının olmamasını, işin faktiki hallarını, o cümlədən hadisəni sərxoş vəziyyətində törətdiyini, polis orqanın əməkdaşlarına nalayiq ifadələr söylədiyini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdən saat 00:40-dan tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vaxtdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı, inzibati qaydada tutulduğu tarixdən, yəni xx.xx.2025-ci il tarixdən saat 00:40-dan hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-3741/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3741/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver