Məhkəmə qərarları › İş №3(010)-375/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-375/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-375/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə Sabunçu Rayon DYPŞ-nin Yol Patrul Xidmətinin vəzifəli şəxsinin 31 yanvar 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Sabunçu Rayon DYPŞ-nin Yol Patrul Xidmətinin vəzifəli şəxsinin 31 yanvar 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərardan şikayət vermişdir. Suraxanı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarı ilə X1 şikayəti təmin edilməyərək Sabunçu Rayon DYPŞ-nin Yol Patrul Xidmətinin vəzifəli şəxsinin 31 yanvar 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. X2 həmin qərardan narazı qalaraq apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 3(103)-768/2021 nömrəli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, 03 yanvar 2021-cı il tarixində saat 01:03-də Sabunçu Rayon DYP əməkdaşı onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə ******* saylı protokol tərtib edib, onun əsasında TP ******* saylı qərar qəbul edilmişdir. Həmin qərar onunla əsaslanır ki, o SMS icazə almadan evdən çıxmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmuşdur. O, Bakı şəhəri Sabunçu rayon DYP-nin 02.01.2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarını əsassız hesab edir. Belə ki, onun protokol tərtib edilən gün yaşayış yerini tərk etməsi üçün müvafiq icazəsi olmuşdur. O, qeyd edilən gün yaşayış yerini tərk etməmişdən öncə, yəni 02 yanvar 2021-cı il tarixində saat 23:21-də 8103 qısa nömrəsinə SMS göndərmiş və 02.01.2021-ci il tarixdə saat 23:37-də onun mobil telefonuna 3 saatlıq yaşayış yerini tərk etməsi üçün müvafiq SMS icazə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Sabunçu Rayon DYPŞ nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Sabunçu Rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. X1 mobil telefonuna 02 yanvar 2021-ci ildə saat 23:37-də 8103 nömrəsindən gəlmiş məlumata işin məhkəmə baxışı zamanı baxış keçirilmişdir. Həmin məlumat aşağıdakı məzmundadır: «aze16023938 nömrəsi üzrə sorğunuz təsdiqləndi. Artıq 3 saat müddətinə yaşayış yerinizi tərk edə bilərsiniz. 3 saatdan artıq vaxt üçün tibbi arayış tələb olunur». Bu məlumatda göstərilən seriya və nömrə X1 şəxsiyyət vəsiqəsinə aiddir. Göründüyü kimi, X2 02 yanvar 2021-ci ildə müvafiq icazənin alınması üçün 8103 nömrəsinə SMS göndərmiş və ona həmin gün saat 23.37-dən etibarən 3 saat müddətində yaşayış yerini tərk etməyə icazə verilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin 02 yanvar 2021-ci ildə saat 23.37-dən 03 yanvar 2021-ci il saat 02.37-dək yaşayış yerini tərk etməsinə icazəsi olub. Qeyd olunur ki, 31 yanvar 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərar və inzibati xəta haqqında İXP seriyalı ******* nömrəli protokol 03 yanvar 2021-ci ildə tərtib edildiklərinə baxmayaraq, inzibati xətanın baş verdiyi vaxt kimi 02 yanvar 2021-ci il saat 01:01 qeyd edilib. Bununla bağlı X2 bildirir ki, əslində o, 02 yanvar 2021-ci il saat 01:01-də deyil 03 yanvar 2021-ci il saat 01:01-də saxlanılıb. İnzibati xəta haqqında protokolda isə hadisənin baş verdiyi tarix səhv göstərilib. İşin faktik hallarını, o cümlədən həm inzibati xəta haqqında protokolun, həm də inzibati tənbeh vermə haqqında qərarın eyni vaxtda və eyni məkanda (GPS: 40.4335031, 49.9561482) tərtib edildiklərini nəzərə aldıqda X1 yuxarıda göstərilən dəlili ağlabatan sayıla bilər. Hər bir halda, göstərilən dəlil müvafiq vəzifəli şəxs tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə olunması ilə bağlı Sabunçu Rayon DYPŞ-nin Yol Patrul Xidmətinin vəzifəli şəxsinin 31 yanvar 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Sabunçu Rayon DYPŞ-nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar