Məhkəmə qərarları › İş №3(010)-3751/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3751/2025

14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3751/2025 14.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs MMC-nin direktoru və nümayəndəsi X3 iştirakı ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 03 dekabr 2024-cü il tarixli, MN № ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 03 dekabr 2024-cü il tarixli, MN № ******* saylı protokoldan görünür ki, vətəndaş X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Şəxs MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru və etibarnamə üzrə nümayəndəsi X5 izahatında bildirdi ki, bu iş natamam olduğundan məhkəmə tərəfindən iki dəfə geri göndərilmişdir, ortada fakt və sübut yoxdur, inzibati xətanın törədildiyi vaxtdan 1 il keçmişdir, belə ki, hadisə keçən ilin sentyabr ayında baş vermişdir. Qeyd etdi ki, özünü qeyd olunan xətanın törədilməsində təqsirli bilmir və qərarı məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən tərtib edilmiş 03 dekabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Şəxs MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə aradırılması zamanı müəyyən edilmişdir ki, bundan əvvəlki məhkəmə araşıdırılmasında Şəxs nümayəndəsi Nail İsmayılov protokola etiraz edərək, bildirmişdir ki, X4 notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, bildirmişdir ki, ona Şəxsndə işə götürüləcəyini bildirərək onu rayondan Bakıya çağırdılar və çəkəcəyi bütün xərclərin qarşılanacağını bildirdilər. Bu səbəbdən müəyyən qədər xərc çəkərək Bakıya gəlmiş və müəyyən müddət Bakıda qalmış ancaq onu işə götürmədilər və o, onların müəssisəsində əmək fəaliyyətinə cəlb edilmədi. Ona görə də onların barəsində əmək müfəttişliyinə şikayətini bildirdi. Hazırda Şəxsndən və onun direktoru X2 heç bir şikayəti yoxdur. Qeyd olunan notarial qaydada təsdiq olunmuş ərizə məhkəməyə təqdim olunmuş və inzibati xətanın haqqında inzibati işə əlavə edilmişdir. Qeyd olunan məhkəmə arşdırılması zamanı müəyyən edilmişdir ki, X4 notarial qaydada təsdiq olunmuş ərizəsindən sonra A.Mustafayev yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə dəvət olunmayıb, ərizədə göstərilən halların araşdırılması üçün ondan yenidən izahat alınmamış, ümumiyyətlə verilmiş ərizəyə inzibati orqan tərəfindən diqqət yetirilməmiş, hər hansı hüquqi qiymət verilməmişdir. Həmin işin faktiki hallarını aşkar etdikdən sona Suraxanı Rayon Məhkəməsinin … qərarı ilə 03 dekabr 2024-cü il tarixli protokol geri qaytarılmışdır. Məhkəmə zəruri hesab eir ki, hal-hazırda məhkəməyə təqdim olunmuş materialları nəzərdən keçirərək, yuxarıda qeyd olunan hər hansı hal aradan qaldırılmamış, notarial qaydada təsdiq olunmuş ərizəsindən sonra A.Mustafayev yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə dəvət olunmayıb, ərizədə göstərilən halların araşdırılması üçün ondan yenidən izahat alınmamış, ümumiyyətlə verilmiş ərizəyə inzibati orqan tərəfindən diqqət yetirilməmiş, hər hansı hüquqi qiymət verilməmiş, ümumiyyətlə protokolun tərtib edilməsi üçün əsas olan A.Mustafayevinəvvəlki izahatı hansı şəraitdə (şəxsən, könüllü) verilməsi, həmin şəxsin işləməsinin digər sübutları – şahid ifadələri və sair araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 2-ci hissəsinə görə Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 2-2-ci hissəsinə görə bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 3-cü maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Həmin Məcəllənin 44-cü maddəsinin 1 və 3-cü hissələrinə uyğun olaraq əmək müqaviləsi yazılı formada bağlanır. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Beləliklə, məhkəmə iclasında X1, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi mötəbər və təkzibedilməz dəlillərlə öz təsdiqini tapmadığından qurum barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43-48, 53, 76, 84, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar