Məhkəmə qərarları › İş №3(010)-3753/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-3753/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-3753/2025 30.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X1 etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakları ilə, X1 etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə1 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankın 27 may 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankın 27 may 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1,300.00 ABŞ dolları məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankın 27 may 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli qərarından X1 etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə1 şikayəti 12 sentyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X1 etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə1 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankın 27 may 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1,300.00 ABŞ dolları məbləğində cərimə olunmuşdur. Mərkəzi Bank tərtib etdiyi protokol və qərar ilə bağlı X2 heç bir məlumat verməmişdir. Suraxanı Rayon İcra Şöbəsindən qərar ilə bağlı X2 məlumat verilmişdir. Sonra xx.xx.2025-ci il tarixdə protokolun və qərarın surətinin təqdim olunması üçün Azərbaycan Respublikası Mərkəzi Banka rəsmi müraciət olunmuş və xx.xx.2025-ci il tarixdə protokolun və qərarın surəti ona təqdim olunmuşdur. Bildirmişdir ki, banka 62261,00 ABŞ dolları məbləğində olan qərardan şikayət vermək istəmiş, lakin şikayətdə səhvlik olmuş, çünki ona istədiyi qərar düzgün verilməmişdir. Məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Mərkəzi Bankın 27 may 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətinin geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankın 27 may 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1,300.00 ABŞ dolları məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankın 27 may 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli qərarından X1 etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə1 12 sentyabr 2025-ci il tarixdə şikayət vermişdir. Şikayətdə Azərbaycan Respublikası Mərkəzi Bankın 27 may 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 banka xx.xx.2023-cü il tarixli, **********6652 sorğu nömrəli gömrük bəyannaməsi və əlavə sənədlər təqdim edərək bildirmişdir ki, bəyannamədə qeyd olunmuşdur ki, kənd təsərrüfatı təyinatlı, kiçik mühərrikli daşıyıcı və kürəyə asılan benzinlə işləyən püskürdücülər Çin ölkəsində yerləşən GOLDEN MACRO MACHİNERY 8 TECHNOLOGY CO., LİMİTED şirkətindən göndərilmiş və malların ümumi dəyəri 62261,00 ABŞ dolları təşkil edir. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə1 tərəfindən təqdim olunmuş şikayətdə X3 1,300.00 ABŞ dolları məbləğində cərimə olunmuş və həmin qərardan məhkəməyə şikayət vermişdir. X1 məhkəməyə verdiyi şikayətlə banka təqdim etdiyi bəyannamə bir-birinə uyğun gəlmir və hesab edir ki, şikayətdə uyğunsuzluqlar var. Həmçinin şirkətin müqavilə bağlayıb mal aldığı şirkətlər fərqlidir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, həmçinin tərəfləri dinləyərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X1 etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə1 Azərbaycan Respublikası Mərkəzi Bankın 27 may 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətin geri qaytarılması barədə məhkəməyə ərizə təqdim etdiyindən onun şikayətinə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İXM-nin 129-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. İXM-nin 129.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə1 şikayəti geri qaytarılmalıdır. Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixil Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 118, 128, 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankın 27 may 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə1 verdiyi şikayəti geri qaytarılsın. Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müraciət etmək hüququ izah olunsun. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar