Məhkəmə qərarları › İş №3(010)-376/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-376/2021

07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-376/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs X4 iştirakı ilə, X4, 27 sentyabr 1978-ci ildə Rusiya Federasiyasının Kuybışev şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 2ZTAPPV, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 29 nömrəli evin 58 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş 02 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 02 yanvar 2021-ci il tarixdə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon Dövlət X8 yol patrul xidməti inspektoru X3 qəbul etdiyi eyni tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla O.A.Hacıyev Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə olunmuşdur. X4 Bakı şəhəri Suraxanı rayon Dövlət X8 yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş 02 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti poçt vasitəsilə 26 yanvar 2021-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 3(010)-213/2021 saylı qərardadı ilə X4 şikayəti geri qaytarılmışdır. 23 fevral 2021-ci il tarixdə X4, Bakı şəhəri Suraxanı rayon Dövlət X8 yol patrul xidməti inspektoru X3 qəbul etdiyi 02 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti və həmin qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti təkrarən poçt vasitəsilə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 3(010)-376/2021 saylı qərardadı ilə X4 02 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddəti bərpa edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 şikayətini müdafiə edərək göstərdi ki, o, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində operator vəzifəsində işləyir. İşlədiyi cəmiyyət ölkə və ictimaiyyət üçün mühüm əhəmiyyətli olan qida və yağ məhsullarının istehsalı və qablaşdırması fəaliyyəti ilə məşğuldur. COVİD- 19 pandemiyasının ölkə ərazisində yayılmasının qarşısı alınması və fəsadlarının minimuma endirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə SMS icazə və işəgötürən tərəfindən rəsmi elektron portalda icazə verilmiş şəxslər istisna olmaqla, vətəndaşların yaşayış yerlərini tərk etmələrinə qadağa qoyulmuşdur. İşçisi olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 14 dekabr 2020-ci il tarixində X2 (icaze.e-gov.az) barəsində müvafiq icazə alınmışdır. İcazənin başlama tarixi 14 dekabr 2020-ci il, bitmə tarixi isə 18 yanvar 2020-ci il tarixi olmuşdur. Lakin 02 yanvar 2021-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi 123 ünvanında Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin Dövlət X10 əməkdaşı ona yaxınlaşaraq yaşayış yerini tərk etmək qadağasının olduğunu xatırlatmış və çölə çıxmaq üçün icazəsinin olub-olmadığını soruşmuşdur. Polis əməkdaşına şəxsiyyət vəsiqəsini təqdim edərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində operator vəzifəsində işlədiyini və rəsmi icazəsinin olduğunu bildirsə də, polis əməkdaşı elektron sistemdə ad, soyadını yoxladıqdan sonra icazəsinin olmadığnı bildirmiş və Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələblərinin pozulması ilə bağlı barəsində TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqmda qərar qəbul etmişdir. Qərar qəbul edildikdən sonra polis əməkdaşı icazəsinin olduğunu görmüş, lakin qərar xüsusi bort vasitəsilə artıq çap edildiyindən qərarını ləğv edə bilməmiş və ona məhkəməyə müraciət etməyi demişdir. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi icazəsi olduğu halda barəsində qanunsuz və əsassız olaraq inzibati tənbeh vermə haqqmda qərar qəbul edilmişdir. Sonda O.A.Hacıyev Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş 02 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X7 05 noyabr 2008-ci il tarixdən müddətsiz əmək müqaviləsi əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində operator vəzifəsində işləyir. Şikayətə əlavə edilmiş “icaze.e-gov.az” portalından çıxarışdan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində operator vəzifəsində işləyən X6 14 dekabr 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək ** XT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə hərəkətinə icazə verilmiş və həmin xidməti buraxılış portalda təsdiqlənmişdir. Şikayətə əlavə edilmiş 02 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020ci il tarixli, 488 saylı qərarının 1-ci bəndinə əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Həmin Qərarın 2.2 və 2.2.1-ci bəndlərinə əsasən bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyətinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və onun işçiləri barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli, 488 saylı qərarının tələblərinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində operator vəzifəsində işləyən X1 rejimi dövründə 14 dekabr 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək ** XT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə hərəkətinə işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilməklə icazə verilməsinə və həmin xidməti buraxılışın portalda təsdiqlənməsinə baxmayaraq, 02 yanvar 2021-ci il tarixdə O.A.Hacıyevin barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 02 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla O.A.Hacıyev Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə olunmuşdur. Halbuki, Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Lakin, 02 yanvar 2021-ci il tarixdə inzibati xəta haqqında işə baxarkən, O.A.Hacıyevin hazırda məhkəməyə təqdim etdiyi sübutlara, yəni inzibati xətanın olmamasına və işin düzgün həlli üçün əhəmiyyətli olan məlumatlara malik olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru X5 qanunvericiliyin yuxarıda qeyd tələblərinə əsasən sübutları obyektiv surətdə qiymətləndirmək və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarmaq əvəzinə hər hansı bir əsas olmadan, O.A.Hacıyevin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Göründüyü kimi X4 əməlində inzibati xəta tərkibi olmadığı halda onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, X4 əməlində inzibati xəta tərkibi olmadığına görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş 02 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 şikayəti təmin edilsin. X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş 02 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar