Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3768/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Suraxanı Rayon Dövlət X19 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokoldan və onun əsasında qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayətlə müraciət edərək bildirmişdir ki, Suraxanı Rayon Dövlət X19 polis kapitanı X5 barəsində tərtib etdiyi xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokolunu və TP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, 22 yanvar 2022-ci il tarixdə, saat 15:50-də etibarnamə ilə idarə etdiyi JEEP GRAND CHEROKEE minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Suraxanı rayonu, Əmircan qəsəbəsinin Zığ yolu istiqamətində hərəkət edərkən, 104 nömrəli xəttin marşrutu “İsusu- Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobus yolun qadağa olunan hissəsindən surətlə keçərək, idarə etdiyim maşının sol tərəfini əzmişdir. Qəza baş verən yol, bir istiqamətlidir. Həmin yolda qadağa edici, yol nişanı vardır. Yəni, o yolda əsk istiqamətdə avtomobil idarə oluna bilməzdir. Qəza zamanı tanımadığı bir şəxs, avtobusu qəzanın baş verdiyi yerdən, sürücüyə göstəriş verərək, onun etirazına məhəl vermədən, hadisə yerindən uzaqlaşdırmışdır. Hadisə yerinə, Suraxanı RDYŞ-nin əməkdaşı polis kapitanı X11 gəlmişdir. Hadisəyə baxış keçirmiş, onu və qəza törədən avtobusun sürücüsü X10 Suraxanı RDYPŞ-yə dəvət etmişdir. Suraxanı RDYŞ-nin əməkdaşı polis kapitanı X11 xx.xx.2022-ci il tarixdə ondan və qəza törədən avtobusun sürücüsü X6 şöbədə izahat almışdır. xx.xx.2022-ci il tarixdə polis kapitanı X11 yol nəqliyyat hadissəsinin sxemini çəkmiş və sxemlə onlarla tanış etmişdir. Yol nəqliyyat hadisəsinin sxemindən görünürdü ki, avtobus sürücüsü qadağa edici nişana məhəl qoymamış, yol hərəkəti qaydalarını pozmuş və inzibati xəta törətmişdir. Suraxanı RDYŞ-nin əməkdaşı polis kapitanı X11 avtobusun sürücüsü X16 inzibati xəta törətdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edərək, qərar qəbul etmiş və sənədləri Dövlət Sığorta Kommersiya Şirkətinə göndərmişdir. O, Dövlət Sığorta Kommersiya Şirkətindən avtonəqliyyat vasitəsinə dəyən ziyanın pulunun alınması üzrə sənədləşmə aparılan zaman, mənə sığorta şirkətindən bildirilmişdir ki, hadisə üzrə video görüntüdə günahkar və inzibati xətanı o, törətdiyi olduğundan, hesablanmış sığorta pulu ödənilməyəcəkdir. xx.xx.2022-ci il tarixdə Suraxanı RDYŞ-nin əməkdaşı polis kapitanı Elvin Əsgərov onunla mobil telefon əlaqəsi yaradaraq, ona hadisə barədə video görüntü olduğu üçün, avtobusun sürücüsü X16 barəsində qəbul edilmiş qərarı ləğv edib, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə, 40 (qırx) manat məbləğində cərimə tətbiq etmişdir. O, elektron qərardan narazı olduğu üçün, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Suraxanı rayon DYPŞ-nin polis kapitanı X5 yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli elektron qərarının qanunsuz hesab edib ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayəti təmin edilmiş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X18 polis kapitanı X11 tərəfindən qəbul edilmiş 23 mart 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X21 göndərilməsi qərara alınmışdır. Qəbul edilmiş məhkəmə qərarı, xx.xx.2023-cü il tarixdə məlumat üçün, xx.xx.2023-cü il tarixdə icra olunması üçün AR DİN Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilmişdir. O, dəfələrlə qərarın icrası ilə bağlı Suraxanı rayon Polis İdarəsinin Dövlət X18 kapitanı Elvin Əsgərovun qəbuluna gedərək, işin onun iştirakı ilə baxılmasını tələb etmişdir. Polis kapitanı işin baxıldığı zaman onu yazılı, çağırılacağını bildirmişdir. Lakin, ona heç bir çağırış gəlmədiyindən, o xx.xx.2023-cü il tarixdə yenidən Suraxanı rayon Polis İdarəsinin Dövlət X21 gedərək, qərarın nəticəsi ilə maraqlananda, ona qərarın onun iştirakı olmadan baxıldığı bildirildi və barəsində TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli eletron tərtib edilmiş protokolun dəyişirilmədən qanuni qüvvəsində saxlanıldığını bildirdilər. O, X12 iştirakı olmadan baxılıb qəbul etdiyi qərara öz iradını bildirsə də, onun iradına əhəmiyyət verən olmadı. Qəbul edilmiş qərarı tələb etdikdə, xx.xx.2023-cü il tarixli qərarı ona, xx.xx.2023-cü il tarixdə toplanmış sənədlərin təqdim edilməsinə dair aktla rəsmi şəkildə təqdim etdilər. O, həmin aktda protokol və qərarın onun iştirakı olmadan tərtib edilməsini bildirərək, aktı imzalayıb tarixini qeyd etmişdir. Həmin aktın əsli Suraxanı RPİ-nin DYPŞ-nin YNH-də, surəti ona verilmişdir. Suraxanı Rayon Polis İdarəsinin Dövlət X19 rəisi vəzifəsini icra edən, polis mayoru Rəşad Nağıyev tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə 3-13-54/2-7132/2023 nömrəli, 18 aprel 2023- cü il tarixli qərarı qanunsuzdur. Belə ki, məhkəmə prosesi zamanı hakim onun şikayətini qəbul edərək, işi araşdırmış, dəfələrlə keçirilmiş məhkəmə proseslərində yolun qadağan edilmiş əks istiqamət hərəkətinə qarşı tərəfdən rəsmi sənəd tələb edildikdə, həmin tələb edilmiş sənəd təqdim edilmədiyi üçün, barəsində tərtib edilmiş protokol və qərar qanunsuz hesab edildiyindən məhkəmə şikayətini təmin etmiş və inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X21 göndərilməsini qərara alımışdır. Buna baxmayaraq, Suraxanı RPİ-nin DYPŞnin rəisi vəzifəsini icra edən, polis mayoru Rəşad Nağıyev məhkəmənin qəbul etdiyi qərarı tam araşdırmadan, düzgün icra etmədən, qərarın müəyyən etdiyi hissədə bildirmişdir ki, İnzibati Xəta haqqında işə yenidən baxılarkən inzibati protokolun qərarı tam sübuta yetirildiyindən, onu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qərara almışdır. Halbuki, inzibati protokol və qərar qəbul edildikdə onun iştirakı olmamışdır. Bu barədə tərtib edilmiş akta öz qeydini etmişdir Qəbul edilmiş qərar qanunsuz olduğu üçün, Suraxanı rayon DYPŞ- nin xx.xx.2022-ci il tarixli, 454418 nömrəli protokolu və inzibati xəta haqqında 3-13-54/2- 7132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə o, yenidən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməli olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1847/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərarı ilə şikayəti qismən təmin edilmişdir. Qərara əsasən Suraxanı Rayon Polis İdarəsinin Dövlət X19 rəisi vəzifəsini icra edən Rəşad Nağıyev tərəfindən qəbul edilmiş 18 aprel 2023-cü il tarixli, 3-13-54/2-7132/2023 nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X24 göndərilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)- 1847/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərarı, məhkəmənin 03 iyul 2023-cü il tarixli müşaiyət edici məktubu ilə icra olunması üçün, AR DİN Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət X21 göndərilmişdir. Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev, 31 iyul 2023-cü il tarixdə, 3-13-54/2-15838 nömrəli məktubla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət göndərərək, barəsində xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, inzibati xəta haqqında protokol və xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını qüvvədə saxlamasına göstəriş verilməsini xahiş etmişdir. Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev, 31 iyul 2023-cü il tarixli məktubunda qeyd etdiklərindən narazıdır. Beləki, qərar təkrarən, onun iştirakı olmadan qanunsuz qəbul edilmişdir. Bu səbəbdən də, yuxarıda yazılanları nəzərə alaraq, Suraxanı Rayon Dövlət X19 polis kapitanı X5 barəsində tərtib etdiyi xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokolunu və TP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Dövlət X24 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhəri Suraxanı Rayon Dövlət X19 nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Dövlət X19 TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən X15 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş məktuba əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, “Atəşgah” məbədinə gedən yoida qadağanedici işarənin hansı tarixdən quraşdırılması və 22 yanvar 2022-ci il tarixdə həmin yolda məhdudlaşmanın olub-olmaması barədə 2023-cü il 29 sentyabr tarixli, 3(010)- 3768/2023 nömrəli məktuba aidiyyəti üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) baxılmışdır. Bildirilir ki, məktubda qeyd olunan ərazidə yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi ilə bağlı AYNA-da hər hansı bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehalat İdarəsi tərəfindən verilmiş məktuba əsasən, Azərbaycan Respublikasının Prezidentinin 02 aprel 2018-ci il tarixli 1902 saylı fərmanı ilə Bakı Nəqliyyat Agentliyinə və 19 aprel 2023-cü il tarixli 2019 saylı fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində yerləşən TNV(svetofor və yol nişanları) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə verilmişdir. Həmin qadağanedici nişanın hansı tarixdə quraşdırılması və dəyişiklik edilməsi haqqında heç bir məlumatlarının olmadığı bildirilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə X7 şikayəti təmin edilmiş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X18 polis kapitanı X11 tərəfindən qəbul edilmiş 23 mart 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X21 göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1847/2023 saylı, 16 iyun 2023cü il tarixli qərarı ilə X22 şikayəti qismən təmin edilmiş, Suraxanı Rayon Polis İdarəsinin Dövlət X19 rəisi vəzifəsini icra edən Rəşad Nağıyev tərəfindən qəbul edilmiş 18 aprel 2023-cü il tarixli, 3-13-54/2-7132/2023 nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X24 göndərilməsi qərara alınmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, 22 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində “JEEP GRAND CHEROKEE” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qanadı ilə əks istiqamətdən gələn “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun qabaq sol hissəsi toqquşmuş, yol nəqliyyat hadisəsi nəticəsində “JEEP GRAND CHEROKEE” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsi, “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun sol qabaq hissəsi əzilmişdir. Məhkəməyə ünvanlanmış Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyevin 13 fevral 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, 22 yanvar 2022-ci il tarixdə saat 15:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində “JEEP GRAND CHEROKEE” minik markalı, **-RK-*** dövlət nömrə nişanlı avtomaşınla, “İsusu-Saz” markalı, **-RU-*** dövlət nömrə nişanlı avtobusun iştirakçı olduqları yolnəqliyyat hadisəsinin baş verdiyi Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi ilə, Hərbi komissarlıq istiqamətindən gələn eyni adlı küçənin kəsişməsində yolun nişanlama xətləri və yol nişanları tərəfimizdən müəyyən edilmişdir. Belə ki, “JEEP GRAND CHEROKEE” minik markalı, **-RK-*** dövlət nömrə nişanlı avtomaşının gəldiyi istiqamətdə kəsişdiyi yolayrıcının üstünlüyünü bildirən yol ver nişanı quraşdırılmışdır. “JEEP GRAND CHEROKEE” minik markalı, **-RK-*** dövlət nömrə nişanlı avtomaşının gəldiyi istiqamətdə yolun hərəkət hissəsində 1.5 “nişanlama xətti”, “İsusu-Saz” markalı, 90-RLJ- 532 dövlət nömrə nişanlı avtobusun gəldiyi istiqamətdən yolayrıcına kimi 1.1 “nişanlama xətti”, kəsişmə istiqamətində, 1.5 “nişanlama xətti”, yolayrıcının bitdiyi istiqamətdən isə, 1.1 “nişanlama xətti” ilə davam etmişdir. Qerd olunanları nəzərə alaraq, “JEEP GRAND CHEROKEE” minik markalı, **-RK-*** dövlət nömrə nişanlı avtomaşın yol ver nişanın tələblərinə uyğun olaraq, “İsusu-Saz” markalı, **-RU-*** dövlət nömrə nişanlı avtobusa yol verməli olduğu halda, onun hərəkət istiqamətinə çıxmış və nəticədə, yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu Sukanal İdarəsinin arayışından görünür ki, "xxxx" ASC-nin verdiyi layihəyə əsasən, “Su Tikinti müəssisəsi” tərəfindən 13 noyabr 2021-ci il tarixdə d 400-H500 mm 1000 metr kanalizasiya xəttinin çəkilişi işlərinə başlanmışdır. Kanalizasiya çəkilişi işləri zamanı Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsindən “Atəşgah” məbədinə gedən avtomobil yolu 13 noyabr 2021-ci il tarixdən, 03 mart 2022-ci il tarixinədək məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Həmin məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında X7 şikayət ərizəsi inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə, qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, 22 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində X7 idarə etdiyi “JEEP GRAND CHEROKEE” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X8 idarə etdiyi “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş X25 İdarəsinin polis leytenantı X4 22 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı ilə “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X16 barəsində başlanılmış İXP4419372 inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X18 polis kapitanı X11 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 25 yanvar 2022-ci il tarixli qərarla “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X16 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X18 polis kapitanı X11 tərəfindən 15 mart 2022-ci il tarixdə X7 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və həmin inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında 23 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla X15 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Dövlət X19 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokoldan və onun əsasında qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X15 barəsində İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol və qərar qəbul edilmişdir. Protokol və qərar qəbul edilərək qeyd olunmuşdur ki, Ə,Əliyev yol nişanlarının tələblərinə riayət etməmişdir. Qeyd olunmaldır ki, inzibati xətalara dair qanunvericiliyinə əsasən qərarda və protokolda inzibati xətanın tərkibinin zəruri elementləri, o cümlədən xətanın nədən ibarət olması, xətanın təsviri, nə vaxt və necə baş verməsi göstərilməlidir. Barəsində inzibati protokol tərtib edilmiş şəxs hər hansı pozuntu etmədiyini, əksinə pozuntunu avtobusun sürücüsü etdiyini, avtobusun sürücüsü həmin zaman qadağan olunan hissəsindən keçməsini, onunla toqquşmasını bildirmişdir. Protokol tərtib olunarkən ona izah edilmişdir ki, yolda baş verən məhdudlaşdırılmalarla əlaqədaravtobusun marşrutu dəyişilmiş və avtobusun onunla toqquşmasına baxmayaraq, protokol onun barəsində tərtib edilmişdir. Protokolun tərtib edilməsini İcra hakimiyyəti və Sukanalı tərəfindən aparılan işlərlə əlaqədar olan yolun müvəqqəti məhdudlaşdırılması ilə və avtobusun istiqamətini məcburi dəyişilməsi ilə əlaqədar izah edilmişdir. Əvvəlki məhkəmə araşdırılmalardan görünür ki, Bakı şəhəri Suraxanı rayonu Sukanal İdarəsinin arayışında "xxxx" ASC-nin verdiyi layihəyə əsasən, “Su Tikinti müəssisəsi” tərəfindən 13 noyabr 2021-ci il tarixdə d 400-H500 mm 1000 metr kanalizasiya xəttinin çəkilişi işlərinə başlanmışdır. Kanalizasiya çəkilişi işləri zamanı Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsindən “Atəşgah” məbədinə gedən avtomobil yolu 13 noyabr 2021-ci il tarixdən, 03 mart 2022-ci il tarixinədək məhdudlaşdırılması qeyd edilmişdir. Lakin, hazırki məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, “Atəşgah” məbədinə gedən yoida qadağanedici işarənin hansı tarixdən quraşdırılması və 22 yanvar 2022-ci il tarixdə həmin yolda məhdudlaşmanın olubolmaması barədə 2023-cü il 29 sentyabr tarixli, 3(010)- 3768/2023 nömrəli məktuba aidiyyəti üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) baxılmış və bildirilmişdir ki, məktubda qeyd olunan ərazidə yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi ilə bağlı AYNA-da hər hansı bir məlumat yoxdur. Beləliklə, iş üzrə tərəflərin verilmiş ifadələri ilə təqdim edilmiş sənədlərin müqayisəli şəkildə təhlil edilməsi məhkəməyə o qənaətə gəlməyə imkan verir ki, yuxarıda qeyd olunan və mübahisələndirilən inzibati protokolun və qərarın qəbul edilməsi üçün olan əsas, yəni Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, “Atəşgah” məbədinə gedən yolda müvəqqəti məhdudlaşdırmanın olmasına, bu səbəbdən avtobus sürücüsünün yolun dəyişməsi qanuni olmasına və həmin avtobusla toqquşarkən barəsində inzibati protokol və qərar qəbul edilmiş şəxs Əkrəm Əliyev tərəfindən yol hərəkətinin qaydalarının pozulmasına dair hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. Şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdird təqsirin mövcud olub-olmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmiş, bundan əlavə həmin protokola və qərara dair hər hansı foto və videogörüntü əlavə edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi, iş materiallarına əlavə edilmiş video görüntüdə şəxsin inzibati xəta törətmədiyinin müəyyən edildiyi üçün mübahisəli qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə həmçinin hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Dövlət X19 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli qərar qəbul edilsə belə, həmin inzibati xətaya dair foto və yaxud video materiallar əlavə edilməmişdir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X15 barəsində Bakı şəhəri Suraxanı Rayon Dövlət X19 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ******* nömrəli, xx.xx.2023cü il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-3768/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3768/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver