Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3770/2023 04.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Astara rayonunda anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Astara rayonu, Kijəbə qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş materiallara Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 03 avqust 2023-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixində X2 avtomobilini əzərək xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar baxılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 03 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Şəxs izahatında Samirə Əhmədova ilə evli olduğunu, 04 mart 2023-cü il tarixində boşandığını, ona məxsus olan birgə nikah dövründə alınan evi qanunsuz olaraq satdıqlarını, bundan sonra bununla bağlı məhkəməyə müraciət etdiyini, xx.xx.2023-cü tarixində ümumiyyətlə orada olmadığını, axırıncı dəfə 13 sentyabr 2023-cü il tarixində ondan xəbərsiz ailəsini apardığına görə zərərçəkmiş şəxslə mübahisə yaranmış, onun xəbəri olmadan ailəsini Qum adasında yerləşən evə aparmış, həmin ünvana gedərək, ailəsini çağırmış, lakin evdə ola-ola heç kim ona cavab verməmiş, yerdən qırıq halda olan daş götürərək həyətə atmışdır. Heç bir əmlaka xəsarət yetirməmişdir, sadəcə olaraq Xətai Rayon Məhkəməsində evlə bağlı məhkəmə olduğu üçün ona problem yaradıqlarını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxs X4 və protokol tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materialında olan Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Zaur Eyvazovun HK-1/1857 №li material üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli cinayət işinin rədd olunması barədə qərarından görünür ki, X1 DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi yoxdur. Araşdırma materialından göründüyü kimi, hadisə nəticəsində vətəndaş X3 ümumilikdə 1000 (bir min) manatdan çox olmayan maddi ziyan dəymişdir. X1 DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, hadisəni törətmiş Şəxs adlı şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilməsi, qəbul edilmiş qərarın surəti məlumat üçün qanunla müəyyən edilmiş maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi və toplanmış material saxlanması üçün Suraxanı RPl-nin 30-cu PŞ-nin arxivinə verilməsi qərara alınmışdır. Material üzrə izahatı alınmış vətəndaş X4 bildirmişdir ki, Cavid kürəkəni olmuş və qızı döydüyü üçün ondan boşatdırmışdır. Buna baxmayaraq Cavid onun evinə gəlib onları küçə söyüşləri ilə təhqir edir. xx.xx.2023-cü il tarixdə saat 22:00 dəqiqədə keçmiş kürəkəni Cavid evin hasarına qalxıb həyətdə saxladığı “Ford” markalı avtomaşının arxa sol qapısını mişar daşı ilə əzərək ona 1000 (bir min) manat madi ziyan vurmuşdur. Bundan başqa Cavid onu təhqir etməklə hədələmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri işdə olan digər sübutlarla sübuta yetirilir və o Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında müəyyən olunmuş hədd daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 36.1, 114.1.1, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 1000 (bir min) manat cərimə olunsun. Qərarın icrası Bakı şəhəri Suraxanı rayonu üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-3770/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3770/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver