Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3773/2023 04.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X3 katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru polis mayoru X1 iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, Xətai RPİ E.Əliyev küçəsi 4, inzibati binada qeydiyyatda olan Şəxs barəsində Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 03 avqust 2023-cü il tarixli protokola əsasən Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 68 saylı binanın yaxınlığında ictimai qaydanı kobudcasına pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclasında Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru polis mayoru X2 izahatında protokola uyğun izahat verərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətdiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 02:30 radələrində Suraxanı Rayon, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, ev 68-in yaxınlığında, avtobus dayanacağında evə getmək üçün taksi gözlədiyini, yaxınları ilə həmin anda söhbət etdiyini, bu anda bir nəfər şəxsin onlara yaxınlaşıb sakit olmasını tələb etmiş, o da kim olduğunu soruşduqda, polis olduğunu bildirdiyini, sonra polis olduğunu təsdiq edən sənədi ondan tələb etdiyini, onun birinci səfər həmin vəsiqəni göstərdiyini, lakin heçnə görmədiyi üçün yenidən işıqlı yerdə göstərməsini bildirdikdə, o, həmin ərazidən gedərək post patrul əməkdaşları ilə qayıtmış və onu bölməyə dəvət etmişlər, o da heç bir tabesizlik göstərmədən avtomobilə əyləşərək bölməyə getmişdir. Sonda o, törətdiyi əməldə hər hansısa səhvi varsa peşman olduğunu, inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi Araz Məhərrəmov izahatında xx.xx.2023-cü il tarixində, saat 02:30 radələrində yaşadığı ünvan 1 ünvanı yaxınlığında avtobus dayanacağında 2 nəfər şəxs ünvansız küçə söyüşləri söyərək ətrafda yaşayan şəxslərin narahatçılığına səbəb olduqlları üçün onlara yaxınlaşıb, xidməti vəsiqəsini göstərərək polis əməkdaşı olmasını və sakitliyə riayət etmələri barədə xəbərdarlıq etmiş, Lakin Ayaz adlı şəxs ona qarşı nalayiq ifadələr işlətməyə başlayaraq, ictimai qaydanı kobudcasına pozmuşdur. Buna görə də raportla müraciət edib, həmin şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 101.3 və 102.5-ci maddələrinə əsasən inzibati araşdırma aparıldığı halda inzibati xəta haqqında protokol bir aydan artıq olmayan müddətdə tərtib olunur. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallarını müəyyən etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanunauyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-3773/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3773/2023
04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver