Məhkəmə qərarları › İş №3(010)-3775/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3775/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3775/2024 21.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i: Suraxanı rayon İcra Şöbəsi tərəfindən X1 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 07 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Suraxanı Rayon Məhkəməsinə gətirilməsi qərara alınmış və iş üzrə icraat dayandırılmışdır. Lakin Suraxanı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli qərarı bu günədək Suraxanı Rayon Polis İdarəsi tərəfindən icra edilməmiş, X1 Suraxanı Rayon Məhkəməsinə gətirilməsi təmin edilməmişdir. Qeyd olunur ki, X2 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə iş üzrə icraat təzələnməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat təzələnsin və işin məhkəmə iclasında baxılması 22 oktyabr 2024-cü il tarixə, saat 17:45-ə təyin edilsin. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar