Məhkəmə qərarları › İş №3(010)-3779/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3779/2023

14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3779/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3, Protokol tərtib etmiş orqan Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin (VÖEN:**********, hüquqi ünvanı: ünvan 1in 452.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş 06 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan prospekti, X4, ev yataqxananın qarşısı, (Lider Telecomla üzbəüz) ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus aptekdə dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi sular, bioloji fəallığa malik qida əlavələri istisna olmaqla, digər malların satılması faktı xx.xx.2023-cü il tarixdə aşkar edilmişdir. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, əsa tibblə bağlıdır, yuyucu toz isə şəxsi gigiyena vasitəsidir. Hər ikisininin tibblə əlaqəsi vardır. Protokolda isə həmin məhsullar konkret qeyd edilməyib. O, həmçinin qeyd etdi ki, qanunla da əsa və yuyucu tozun satışı qadağan olunmayıb. İş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş orqan Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X2 isə işin məhkəmə baxışı zamanı 06 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Zeytun Pharmaceuticals» MMC-yə məxsus aptekdə dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi sular, bioloji fəallığa malik qida əlavələri istisna olmaqla, digər malların satılması faktını xx.xx.2023-cü il tarixdə aşkar etmişlər və yuyucu toz şəxsi gigiyena vasitəsi deyil. Bununla da, o, Zeytun Pharmaceuticals» MMC-nin Azərbaycan Respublikası İXM-nin 452.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini, məhkəmədən Zeytun Pharmaceuticals» MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materialları ilə Şəxs MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 452.2-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 452.2-ci maddəsi ilə təqsirli bilinərək 350 (üç yüz əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar