Məhkəmə qərarları › İş №3(010)-3785/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3785/2022

21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3785/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Lənkəran rayonunun Velədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Lənkəran rayonunun Velədi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəxs xx.xx.2022-ci il tarixdə saat 04-05 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, 117V saylı binanın qarşısında yerləşən “Məhəllə” marketin yan tərəfində olan “Hoffman” markalı kondisionerinin çöl blokunu oğurlamış və hadisə nəticəsində marketin sahibi X3 450 manat ziyan dəymişdir. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf edərək, ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 04-05 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, 117V saylı binanın qarşısında yerləşən “Məhəllə” marketin yan tərəfində olan “Hoffman” markalı kondisionerinin çöl blokunu oğurlamış, yol kənarına gedərək taksi saxlatmış, Bakıxanov qəsəbəsi ərazisinə gedərək, orada yerləşən metal qəbulu məntəqələrinin birində 60 manata satmışdır. O, bu əməldən peşman olduğunu və bir daha bu hallara yol verməyəcəyini, zərərçəkmiş şəxsə vurduğu zərəri ödəmək niyətində olduğunu bildirmişdir. Məhkəmədə izahat vermiş zərərçəkmiş X4 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, 117V saylı binanın qarşısında yerləşən, özünə məxsus olan “Məhəllə” marketin yan tərəfində olan “Hoffman” markalı kondisionerinin çöl blokunun oğurlandığını aşkar etmiş, bu barədə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona 450 AZN maddi ziyan dəymişdir. İş materiallarında olan 21 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, 117V saylı binanın qarşısında yerləşən “Məhəllə” marketin yan tərəfində olan “Hoffman” markalı kondisionerinin çöl blokunu oğurlamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Məhkəmə tərəfindən iş materialları tədqiq olunarkən müəyyən olunmuşdur ki, 09 iyun 2022-ci il tarixdə X2 DİN-nin 102-xidmətinə verdiyi məlumatı əsasında xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nə ərizəsi daxil olmuşdur. Suraxanı RPİ-nin 33-cü PBnin baş təhqiqatçısı polis mayoru Elşən X1 xx.xx.2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət təqibinin başlanması rədd olunması qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 38.1, 38.2 və 38.3-cü maddələrinə əsasən «İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, AR İXM-nin 104.1.3-cü maddəsinə əsasən iş üzrə icraat dayandırılmış, 21.09.202-ci il tarixli qərarla iş üzrə icraatın yenilənməsi qərara alınmışdır. İXM-nin 104.1.3-cü maddəsi inzibati xətanı törədən şəxsin müəyyən olunmadığına əsasən inzibati xəta haqqında iş üzrə icraatın dayandırılmasını nəzərdə tutur. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iş üzrə icraatın dayandırılması inzibati xəta törətmiş şəxsin qaçıb gizlənməsinə, yəni İXM-nin 104.1.1-ci maddəsinə əsasən deyil, İXM-nin 104.1.3-cü maddəsinə əsasən, yəni inzibati xətanı törədən şəxsin müəyyən olunmamasına əsasən həyata keçirilmişdir. İXM-nin 38-ci maddəsinin tələblərinə əsasən isə inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Belə olan halda inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə iş üzrə icraatın yenilənməsi haqqında 21.09.202-ci il tarixli qərar arasında olan müddət ərzində İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı dayanmamışdır. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə (cinayət işinin başlanması rədd edilməsi haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanmaqla 3 ay 7 gün sonra) Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında ******* saylı protokol tərtib edilmiş, material baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatına xx.xx.2022-ci il tarixdə, yəni cinayət işinin başlanması rədd edilməsi haqqında qərarın qəbul edildiyi tarixdən hesablanmaqla 3 ay 7 gün müddət keçdikdən sonra daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinin tələbinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 38-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə zərərçəkmiş şəxs X3 inzibati xəta nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi ilə bağlı məhkəməyə iddia tələbi ilə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar