Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3787/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rəşad Dövlətovun, Borclu Şəxs, X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Rusiya Federasiyanın Murmansk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(010)-61/2022 saylı icra vərəqəsinə əsasən ərizəçi X4 iddia üzrə cavabdeh Şəxs yanında olan xx.xx.2016-cı il təvəllüdlü X3 ilə şəxsi görüş formasında ünsiyyət vaxtı ananın iştirakı olmadan sərbəst şəkildə hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək müəyyən edilməsi qərara alınmışdır. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rəşad Dövlətov göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(010)-61/2022 saylı icra vərəqəsinə əsasən ərizəçi X4 iddia üzrə cavabdeh Şəxs yanında olan xx.xx.2016-cı il təvəllüdlü X3 ilə şəxsi görüş formasında ünsiyyət vaxtı ananın iştirakı olmadan sərbəst şəkildə hər həftənin bazar günü saat 12:00-dan 18:00dək müəyyən edilməsi qərara alınmışdır. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmış, tələbkarın övladı ilə görüş hüququnu təmin etməmişdir. Belə ki, icra vərəqəsində uşağın atası ilə ananın iştirakı olmadan ağlabatan müddətdə görüşməsi tələbi öz əksini tapsa da, borclunun uşağa təsiri nəticəsində sonuncu tək olaraq atası ilə görüşmək istəmədiyini bildirmiş, bu barədə akt tərtib edilərək, borcluya bu hərəkətlərin yolverilməz olduğu izah edilmiş, növbəti görüşdə də bu hallar yenidən təkrar olunmuş və yenə də buna dair müvafiq aktlar tərtib olunmuşdur. Yəni iş üzrə borclu vaxtında uşağı görüşün təmin olunması üçün icra şöbəsinə gətirir, uşaq isə orada atası ilə tək getməkdən imtina edir, borclu da bildirir ki, o, icra vərəqəsini icra edir, ancaq uşağın özü atası ilə tək görüşməkdən imtina edir. Borcluya uşağa təsir göstərilməsinin yolverilməz olduğu, icra vərəqəsinin orada göstərilən qaydada icra edilməsinin zəruri olduğu izah edilsə də, bunun heç bir nəticəsi olmamışdır. Üçüncü dəfə də icra şöbəsində görüş təşkil edilərkən bu hallar təkrarlanmışdır. xx.xx.2022-ci il tarixdə borclu görüşün təşkil edilməsi zamanı əsassız olaraq səs-küy salaraq, görüşün baş tutmasını mümkünsüz etmişdir. Nəhayət, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərdə borcluya bu hərəkətlərin yolverilməz olduğu və məsuliyyətə səbəb olacağı izah edildikdən sonra uşağın atası ilə ünsiyyətdə olması icra vərəqəsində göstərilən müddət çərçəvəsində olmasa da, hər görüş zamanı 20-30 dəqiqə ərzində təmin edilmişdir. Lakin sonradan borclu yenə də görüşün baş tutmasına əngəllər yaradaraq, bunu onunla izah etmişdir ki, tələbkar onun barəsində uşağa xoşagəlməz sözlər demiş və onu təhqir etmiş, bu səbəbdən də o, uşağın atası ilə görüşməsinə imkan verməyəcəkdir. Borcluya izah edilmişdir ki, bu hallara dair faktları vardırsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilər, lakin bu icra vərəqəsinin icrasından yayınmaq üçün əsas deyildir. Bütün bunlara baxmayaraq, borclu uşağın atası ilə görüşməsi üçün müxtəlif bəhanələrlə əngəllər yaradır ki, bu da nəticə etibari ilə icra vərəqəsinin icrasını mümkünsüz edir. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(010)-61/2022 saylı icra vərəqəsinə əsasən ərizəçi X4 iddia üzrə onun yanında olan xx.xx.2016-cı il təvəllüdlü X3 ilə şəxsi görüş formasında ünsiyyət vaxtı ananın iştirakı olmadan sərbəst şəkildə hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək müəyyən edilməsi qərara alınmışdır. O, uşağın atası ilə görüşməsinə əngəllər yaratmır, icra vərəqəsində göstərilən vaxtda görüş üçün uşağı İcra Şöbəsinə gətirir, lakin uşağın özü təklikdə atası ilə görüşməkdən imtina edir. Bundan başqa, borclu uşağa onun barəsində xoşagəlməz, təhqiredici ifadələr işlətmiş, uşağı ona qarşı yönəltmiş, bu səbəbdən o, uşağın atası ilə təklikdə görüşməsini məqbul hesab etmir. Məhkəmədə izahat vermiş tələbkar X5 bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(010)-61/2022 saylı icra vərəqəsinə əsasən onun iddia üzrə cavabdeh Şəxs yanında olan xx.xx.2016-cı il təvəllüdlü X3 ilə şəxsi görüş formasında ünsiyyət vaxtı ananın iştirakı olmadan sərbəst şəkildə hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək müəyyən edilməsi qərara alınmışdır. Borclu icra vərəqəsinin icrasından yayınmış, onun övladı ilə görüş hüququnu təmin etməmişdir, hər dəfə müxtəlif bəhanələr gətirərək, guya ki, uşağın özünün onunla təklikdə görüşmək istəmədiyini əsas tutaraq, icra vərəqəsində göstərilən müddəaları icra etmir. O, borcluya müraciət edərək, icra vərəqəsində göstərilən müddətdən də az müddət ərzində onun uşaqla ünsiyyətinin təmin edilməsini dəfələrlə xahiş etsə də, borclu bununla razılaşmamışdır. O, borclu barəsində uşağın yanında heç bir nalayiq ifadə işlətməmişdir. Əksinə olaraq, borclu bu hərəkətləri ilə uşağı ona qarşı yönəldir. Nəticədə o, uşağı ilə ünsiyyətdə olmaqdan mərhum olunmuşdur. İş materiallarında olan icra məmurlarının, tərəflərin və hal şahidlərinin imzaları ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli aktın məzmunundan görünür ki, keçirilən icra hərəkətləri nəticəsində görüş baş tutmuş, lakin uşaq atası ilə tək getməkdən imtina edərək, görüşdə anasının da iştirakını istəmişdir. İş materiallarında olan icra məmurlarının, tərəflərin və hal şahidlərinin imzaları ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli aktın məzmunundan görünür ki, keçirilən icra hərəkətləri nəticəsində görüş baş tutmuş, lakin uşaq atası ilə tək getməkdən imtina edərək, görüşdə anasının da iştirakını istəmişdir. İş materiallarında olan icra məmurlarının, tərəflərin və hal şahidlərinin imzaları ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli aktın məzmunundan görünür ki, keçirilən icra hərəkətləri nəticəsində görüş baş tutmuş, lakin uşaq atası ilə tək getməkdən imtina edərək, görüşdə anasının da iştirakını istəmişdir. İş materiallarında olan icra məmurlarının, tərəflərin və hal şahidlərinin imzaları ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli aktın məzmunundan görünür ki, keçirilən icra hərəkətləri nəticəsində X2 anası Şəxs əsassız olaraq səs-küy salaraq, X4 övladı ilə sərbəst ünsiyyətdə olmasına müdaxiləsi nəticəsində görüş baş tutmamışdır. İş materiallarında olan icra məmurlarının, tərəflərin və hal şahidlərinin imzaları ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli aktın məzmunundan görünür ki, keçirilən icra hərəkətləri nəticəsində X2 atası X5 ilə ünsiyyətdə olması təmin edilmişdir. İş materiallarında olan icra məmurlarının, tərəflərin və hal şahidlərinin imzaları ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli aktın məzmunundan görünür ki, keçirilən icra hərəkətləri nəticəsində X2 atası X5 ilə ünsiyyətdə olması təmin edilmişdir. İş materiallarında olan icra məmurlarının, tərəflərin və hal şahidlərinin imzaları ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli aktın məzmunundan görünür ki, keçirilən icra hərəkətləri nəticəsində X2 atası X5 ilə ünsiyyətdə olması təmin edilmişdir. İş materiallarında olan icra məmurlarının, tərəflərin və hal şahidlərinin imzaları ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli aktın məzmunundan görünür ki, keçirilən icra hərəkətləri nəticəsində X2 atası X5 ilə ünsiyyətdə olması təmin edilmişdir. İş materiallarında olan icra məmurlarının, tərəflərin və hal şahidlərinin imzaları ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli aktın məzmunundan görünür ki, keçirilən icra hərəkətləri nəticəsində X2 atası X5 ilə ünsiyyətdə olması təmin edilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 21 sentyabr 2022ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(010)-61/2022 saylı icra vərəqəsini icra etmir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. İş materiallarından müəyyən olunur ki, icra vərəqəsində uşağın atası ilə ananın iştirakı olmadan ağlabatan müddətdə görüşməsi tələbi öz əksini tapsa da, borclunun uşağa təsiri nəticəsində sonuncu tək olaraq atası ilə görüşmək istəmədiyini bildirmiş, bu barədə akt tərtib edilərək, borcluya bu hərəkətlərin yolverilməz olduğu izah edilmiş, növbəti görüşdə də bu hallar yenidən təkrar olunmuş və yenə də buna dair müvafiq aktlar tərtib olunmuşdur. Borcluya uşağa təsir göstərilməsinin yolverilməz olduğu, icra vərəqəsinin orada göstərilən qaydada icra edilməsinin zəruri olduğu izah edilsə də, bunun heç bir nəticəsi olmamışdır. Üçüncü dəfə də icra şöbəsində görüş təşkil edilərkən bu hallar təkrarlanmışdır. İş materiallarında olan və tərəflərin, həmçinin, hal şahidlərinin imzaları ilə təsdiq olunmuş aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə borclu görüşün təşkil edilməsi zamanı əsassız olaraq səs-küy salaraq, görüşün baş tutmasını mümkünsüz etmişdir. Nəhayət, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərdə uşağın atası ilə ünsiyyətdə olması icra vərəqəsində göstərilən müddət çərçəvəsində olmasa da, hər görüş zamanı 20-30 dəqiqə ərzində təmin edilmişdir. Bu fakt onu təsdiq edir ki, uşağın özünün atası ilə təklikdə görüşməsi üçün heç bir psixoloji maneə mövcud deyildir. Lakin sonradan borclu yenə də görüşün baş tutmasına əngəllər yaradaraq, bunu onunla izah etmişdir ki, tələbkar onun barəsində uşağa xoşagəlməz sözlər demiş və onu təhqir etmiş, bu səbəbdən də o, uşağın atası ilə görüşməsinə imkan verməyəcəkdir.Bu hallar təkzibedilməz sürətdə təsdiq edir ki, iş üzrə borclu icra vərəqəsində göstərilən müddəaların icrasından yayınır. Borclunun uşağın atası ilə görüşməsinə əngəllər yaratmamasına, icra vərəqəsində göstərilən vaxtda görüş üçün uşağı İcra Şöbəsinə gətirməsinə, lakin uşağın özünün təklikdə atası ilə görüşməkdən imtina etməsinə dair izahatına məhkəmə yuxarıda göstərilən faktlara əsasən tənqidi yanaşaraq, qeyd etməyi zəruri hesab edir ki, icra vərəqəsində göstərilən müddəalar borclu üçün məcburi xarakter daşıyır və uşağın deyil, onun üzərinə öhdəliklər qoyur və bu öhdəliklərin icra edilməsi borclunun bilavasitə vəzifəsidir. Borclunun tələbkar tərəfindən uşağa onun barəsində xoşagəlməz, təhqiredici ifadələrin işlətməsi səbəbindən, uşağın atası ilə görüşməsinin yolverilməz olduğuna dair izahatına qiymət verən məhkəmə qeyd edir ki, bu halların həqiqətən də mövcud olması icra vərəqəsinin icrasından yayınmaq üçün əsas ola bilməz, bu halların mövcudluğu müvafiq orqanlara müraciət edilməsi üçün əsasdır. Uşağın təklikdə tələbkar ilə görüşməsindən imtina etməsinə və digər əsaslara müraciət edilərək, icra vərəqəsinin icra edilməməsi mahiyyət etibarı ilə məhkəmənin məcburi və yekun qərarının icra olunmaması və bunula da Konvensiyanın 6-cı maddəsinin tələblərinin pozulması deməkdir. Məhkəmə Şəxsna cəza təyin edərkən, onun qadın olmasını, himayəsində azyaşlı uşağın olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi əsas götürərək və məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-3787/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3787/2022
21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver