Məhkəmə qərarları › İş №3(010)-379/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-379/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-379/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ İ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Ümüd Höcət oğlunun iştirakı ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respblikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 5,mənzil 8 ünvanında qeydiyyatda olan İsmayılov Ümüd Höcət oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İsmayılov Ümüd Höcət oğlu xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Qara-Çuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən Araz marketdən ümumi dəyəri 23,4 manat olan 5 ədəd “Westgold” kərə yağını oğurlamışdir. Məhkəmədə izahat vermiş İsmayılov Ümüd Höcət oğlu törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Qara-Çuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən Araz marketinə getmişdir. Orada rəfin üstündə olan 5 ədəd “Westgold” kərə yağını görüb və öz istifadəsi üçün götürərək evə aparmışdır. Əməlindən peşman olduğunu bildirərək, barəsində həbslə bağlı olmayan tənbeh tətbiq edilməsini xahiş etdi. Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı polis mayoru M.Əliyev xx.xx.2021-ci il tarixli qərarı ilə vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İsmayılov Ümüd Höcət oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqında protokolla sübuta yetir. İsmayılov Ümüd Höcət oğluna törətdiyi inzibati xətanı etiraf edib səmimi peşimançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hallar kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində ictimai işlər inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə və Azərbaycan Respublikası İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İsmayılov Ümüd Höcət oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona yüz altmış saat ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Qərarın icrasına nəzarət İsmayılov Ümüd Höcət oğlunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar