Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3807/2025 23.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğuldur, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 09 sentyabr 2025-ci ildə X2 məxsus avtomobilinin yanacaq yerinə su tökmüş və digər xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru X6 tərtib etdiyi MN seriyalı ******* nömrəli 23 sentyabr 2025-ci il tarixli protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, X2 qarşı hədə qorxu gəlməmiş, heç bir hərəkət etməmişdir. X3 1 ildən çoxdur ki, tanımışdır. O, taksı fəaliyyəti ilə məşğul olmuş, X3 da müştəri kimi tanımışdır. Belə tanışlıqları yaranmışdır. Sonradan münasibət saxlamağa başlamışlar. Bundan əvvəldə mübahisələri olmuşdur. Hətta Xəzər və Suraxanı Rayon Məhkəmələrində CM-nin 128-ci maddəsi ilə işləri olmuş, barışdıqlarına görə işlərə xitam verilmişdir. Hadisə günü aralarında mübahisə olmuş, aydınlıq gətirmək üçün getmişdir ki söhbət etsin, zərərçəkmiş şəxs də maşının qapısını və şüşəsini bağladığından danışa bilməmişdir. Lakin belə bir hal olmamışdır ki, o, maşını yandırsın və su töksün. Aralarında təhqiredici sözlər işlənilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, Şəxs keçən ilin avqust ayından tanımışdır. Sonradan ayrılmağa qərar vermişdir. Uşağını və onu təhqir etmiş, iş yerinin qabağına gəlmiş, ətrafında olan insanlara zəng edərək onu təhqir etmişdir. O, Şəxs uzaqlaşa bilmir. 4-5 aydır ki, münasibətləri pozulmuşdur. O, Şəxs cinayət işləri ilə bağlı valideynlərinə görə bağışlamışdır. Hadisə günü, yəni 27 iyul 2025-ci ildə Şəxs gəlib onun yaşadığı evin işıqlarını söndürmüş, maşının yanacaq yerinə su tökmüşdür. Şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini istəyir. Şəxs qanunla müəyyən edilmiş cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs həmin inzibati xətanı törətməsi Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 23 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol, Şəxs və X1 iş materiallarında olan izahatları, məhkəmə iclasında verdiyi ifadələri, fotoşəkillərlə və digər iş materialları ilə tam sübuta yetirildiyindən, o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 05 (beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 23 sentyabr 2025-ci il saat 17:00-dan hesablansın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-3807/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3807/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver