Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-381/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2021-ci ildə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin vəzifəli şəxsi tərəfindən xx xxxxxx 2021-ci ildə qəbul olunmuş MN seriyalı ******* nömrəli qərarla X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərardan şikayət verib. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, xx xxxxxx 2021-ci ildə əmisi oğlu Rasim Aslanovla birlikdə avtomobildə hərəkət edərkən, tibbi maskasının burnundan aşağı salmış, bununla əlaqədar polis əməkdaşı tərəfindən saxlanılaraq hər ikisi cərimələnmişlər. Bu zaman polis əməkdaşına əmisi oğlu ilə bir evdə qaldığını bildirmiş, lakin polis əməkdaşı bunu nəzərə almamışdır. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. X1 elə özünün məhkəməyə bildirdiklərindən görünür ki, o, xx xxxxxx 2021-ci ildə polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt tibbi maskadan düzgün istifadə etməmiş, yəni tibbi maskanı aşağı endirmişdir. X2 polis əməkdaşı tərəfindən saxlanıldığı vaxt yanında olmuş şəxsin onun əmisi oğlu Rasim Aslanov olduğunu, onunla bir evdə yaşadığını bildirdiyinə baxmayaraq, bu halları sübuta yetirə bilməmişdir. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin vəzifəli şəxsinin xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-381/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-381/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver