Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3811/2025 23.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Barəsində protokol tərtib edilmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 iştirakları ilə, Şəxs – xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, 10 yaşlı qızı olan, əvvəllər məhkum olunmamış, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xətai rayonunda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi”- də narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş və 5936 nömrəli rəyin nəticəsinə əsasən narkotik vasitə istifadə etdiyi müəyyən olunduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixdə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, polis mayoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Qum adası ərazisində xidmətdə olan zaman şəxs şübhəli şəxs kimi saxlanılmış və bölməyə aparılmışdır. Bölmədə təhqiqatçının qərarı ilə yoblanışdan keçirilmiş və narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Bu səbəbdən şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs izahatında bildirdi ki, 4-5 gün əvvəl dostunun ad günündə içkili vəziyyətdə olarkən narkotik vasitədən istifadə etmişdir, ilk dəfə həmin vaxt istifadə etmiş, başqa heç vaxt istifadə etməmişdir. Özü taksi fəaliyyəti ilə məşğul olur, ancaq həmin vaxt maşını malyar-ustaya vermişdir. O, ilk dəfə narkotikdən istifadə etmişdir, siqareti belə hərdən çəkir. O, maşını malyara vermiş, sonradan ona zəng edərək malyar ustanın tutulduğunu və maşının yanında post patrul əməkdaşlarının olduğunu bildirmişlər. O, taksiyə minib gedəcəyini bildirmiş, ancaq ona zəng edən gəlib götürəcəyini demişdir. O da maşına minib getmək istəyəndə polislər saxlamışdır. O, fikirləşir və marixuanadan istifadə etməsi dostunun ad gününə təsadüf edir, həmin vaxt da içkili olmuşdur. Bu hadisə 4 gün əvvəl olmuşdur. Onu tutublar və 1 gün saxlayıblar. O, ailəsinin vəziyyətinin nəzərə alınmasını, ailəsinin həyat yoldaşından və qızından ibarət olduğunu, içkili vəziyyətdə istifadə etdiyini, peşman olduğunu, ilk və son dəfə istifadə etdiyini bildirmişdir. İnzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməli tərtib olunmuş inzibati xəta haqqında protokolla, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarındakı 23 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Bəşir Nəcəfovun vətəndaş X4, Şəxs və X1 barələrində tərtib etdiyi raport əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi və vətəndaş X4, Şəxs və X1 barələrində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati tədbir görülməsi üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə ərazidə xidmət aparan sahə inspektoruna həvalə edilməsi, qərarın surəti məlumat üçün maraqlı tərəflər və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 5936 saylı 02 sentyabr 2025-ci il rəyində göstərilmişdir ki, Şəxs müayinə zamanı kannabinoidlərin epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan AZA seriyalı 024225 saylı, 23 sentyabr 2025-ci il tarixli inzibati qaydada tutma protokoluna əsasən, Şəxs 23 sentyabr 2025-ci il tarixində, saat 02:45-də tutulmuşdur. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs himayəsində yetkinlik yaşına çatmayan 10 yaşlı qızının olması məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir, ağırlaşdıran hallar isə müəyyən olunmadı. Bunlara əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilən şəxs Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinərək, maddənin sanksiyası həddində inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən Аzərbaycan Рespublikası İXM-nin 40, 43, 49-51, 114-115, 117 və 206-cı maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və o, 300 (üç yüz) manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-3811/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3811/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver