Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3821/2025 22.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, X1 iştirakı ilə ilə, DİN-nin BDYPİ-nin 16 sentyabr 2025-ci il tarixli EQ seriyalı 30724352 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğvinə dair X2 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: DİN-nin BDYPİ-nin vəzifəli şəxsi 16 sentyabr 2025-ci ildə X7 barəsində Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə EQ seriyalı 30724352 nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, 16 sentyabr 2025-ci il tarixli EQ seriyalı 30724352 nömrəli qərarı ilə onu Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə təqsirli bilərək 60 manat miqdarında cərimə etmişdir. X3 həmin qərardan Suraxanı Rayon Məhkəməsinə şikayət vermişdir. Suraxanı Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli qərardadı ilə şikayət ərizəsi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Nizami Rayon Məhkəməsinin 3(007)-4767/2025 nömrəli iş üzrə 06 oktyabr 2025-ci il tarixli qərardadı ilə material, işin ərazi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməsi məsələsinin həlli üçün, Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2828/2025 nömrəli iş üzrə 13 oktyabr 2025ci il tarixli qərarı ilə material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində saat 11:48 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8 km bazarına alış-verişə getmişdir. Həmin vaxt mülkiyyətində olan, **-CU-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobili idarə etmişdir. Bazara girmək üçün həmin avtomobilin parklanması zərurəti yaranmış, həmin vaxt orada əvvəllər tanımadığı, özünü dayanacaq gözətçisi olaraq təqdim edən şəxs ona bildirmişdir ki, bazarın arxa hissəsində bütün avtomobillərin parklandığı ərazidə park etsin. O, həmin şəxsdən o ərazidə parklanmanın qadağa olubolmadığını soruşduqda bildirmişdir ki, həmin yerdə dayanma-durma qadağandır işarəsi yoxdur, sərbəst şəkildə park edə bilər. O, 8 km bazarının arxa hissəsinə baxmış, orada dayanma-durma qadağandır işarəsi yox idi və həmin ərazidə avtomobillər parkedilmişdir. O, da avtomobilini həmin əraziyə park eləmişdir. O, mülkiyyətində olan, idarə etdiyi **-CU- *** dövlət qeydiyyat nişanlı, Opel Astra markalı avtomobili gözətçinin göstərdiyi yerdə park edib bazara daxil olmuşdur. Bazarlıq edib çıxandan sonra onun istifadə elədiyi ***-***-**-** nömrəli mobil telefona Asan Paydan 60 manat, 2 bal cərimə olunduğu barədə sms gəlmişdir. O, həmin protokolla heç bir şəkildə razı deyil. Belə ki, xx.xx.2025-ci il tarixində 24 saylı Notariat ofisində mülkiyyətində olan, **-CU-*** dövlət qeydiyyat nişanlı, Opel Astra markalı avtomobili idarə etmək üçün qızı X5 etibarnamə vermişdir. xx.xx.2025-ci il tarixində saat 11:48 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8 km bazarına gedərkən həmin avtomobili o, özü idarə etmişdir. Lakin xx.xx.2025-ci il tarixli, EQ 30724352 nömrəli protokol, cərimə qızı X4 adına yazılmışdır. Məhz bu səbəblərdən mülkiyyətində olan, **-CU-*** dövlət qeydiyyat nişanlı, Opel Astra markalı avtomobili xx.xx.2025-ci il tarixində saat 11:48 radələrində o, idarə elədiyi halda, qızı X4 adına yazılmış, xx.xx.2025-ci il tarixli, EQ 30724352 nömrəli protokolun ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, mülkiyyətində olan, **-CU-*** dövlət qeydiyyat nişanlı, Opel Astra markalı avtomobilə xx.xx.2025-ci il tarixində saat 11:48 radələrində yazılan xx.xx.2025-ci il tarixli, EQ 30724352 nömrəli protokol qanunsuz və əsassız olduğundan məhkəmə tərəfindən ləğv olunması barədə qərar qəbul olunmalıdır. X3 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş DİN-nin BDYPİ nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə DİN-nin BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət qismən təmin olunmalıdır. DİN-nin BDYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 16 sentyabr 2025-ci il tarixli EQ seriyalı 30724352 nömrəli qərarı ilə X8 Azərbaycan Respublikası İXMnin 346.9-cu maddəsi ilə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən «İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır». Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir». Eyni Məcəllənin 124.4-cü maddəsinə əsasən «İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir». Bir daha qeyd olunur ki, şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış DİN-nin BDYPİ nümayəndəsini göndərməmişdir. X2 məhkəməyə bildirdiklərindən görünür ki, o, inzibati xətanın mövcudluğu ilə razılaşmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xətanın baş verməsi halının sübut etmək vəzifəsi müvafiq vəzifəli şəxsin üzərinə düşür. Buna baxmayaraq, DİN-nin BDYPİ nümayəndəsini məhkəməyə göndərməmiş, sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu hallar Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə nəticələnən mühüm prosessual pozuntu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. DİN-nin BDYPİ-nin vəzifəli şəxsinin 16 sentyabr 2025-ci il tarixli EQ seriyalı 30724352 nömrəli qərarı ləğv edilsin və hazırkı qərar müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-3821/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3821/2025
22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver