Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-3827/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs MMC-nin hüquq şöbəsinin müdiri Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X1 tərəfindən Şəxs barəsində 19 sentyabr 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 19 sentyabr 2025-ci il tarixli, EP № ******* saylı protokoldan görünür ki, Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ Əmircan qəsəbəsi ünvanında yerləşən "X4" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə "platforma model" yükünü Gürcüstan Respublikasındakı lahiyələrini həyata keçirmək üçün Gəncə Gömrük İdarəsində **********4032 sorğu nömrəli gömrük bəyannaməsi ilə qeydiyyata alınaraq müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilmişdir. Lakin xx.xx.2025-ci il tarixində müvəqqəti ixracın müddətinin bitməsinə baxmayaraq "X4" MMC qeyd olunan yükü müvafiq gömrük proseduru altında rəsmiləşdirilməsi üçün müraciət etməmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsində xx.xx.2025-ci il tarixdə, 00900-00292/25 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ Əmircan qəsəbəsi ünvanında yerləşən "X4" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında həmin yükü Gürcüstan Respublikası Vergilər Xidməti tərəfindən şirkətin hesabları və balansında olan texnikalar üzərində həbs qoyulması səbəbindən verilən müddət ərzində ölkə ərazisinə geri qaytara bilmədiklərini bildirmişdir. Beləliklə, müvəqqəti idxal gömrük prosedurunda aparılmış yuxarıda qeyd olunan "platforma model" yükü verilmiş müddət ərzində geri qaytarılmamış və bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli Malların müvəqqəti ixrac gömrük prosedura altında yerləşdirilməsi Qaydalarının təsdiq edilməsi haqqında Qərarın tələbləri pozulmuşdur. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs MMC-nin hüquq şöbəsinin müdiri Nümayəndə izahatında etiraz bildirərək göstərmişdir ki, Şəxsnə məxsus 12 ədəd müxtəlif texnikalar Gürcüstan Respublikasına, orada Şəxsnə məxsus olan törəmə şirkətinə müvəqqəti ixrac gömrük prosedura əsasında Gürcüstan Respublikasına göndərilmişdir. Gürcüstan Respublikasında fəaliyyət göstərən "xxxx" şirkətinin Vergi Milli Gəlirlər Baş İdarəsinin qarşısında vergi borcu yaranmışdır və həmin vergi borcuna görə "xxxx"-ə məxsus texnikaya həbs qoyulmuşdur. Daha sonra Milli Gəlirlər Baş İdarəsinə Azərbaycan Respublikasının balansında olan texnikalara həbs qoyulmasının səbəbi ilə bağlı müraciət etmişdirlər. Bununla bağlı Gürcüstan Respublikası Vergi Xidmətinə məktub xx.xx.2025-ci ildə ünvanlamışdır, daha sonra baş nazir Əli Əsədova məktub ünvanlanmışdır. Həmin texnikaların AR-a gətirilməsi ilə bağlı gömrük xidmətində araşdırma aparılır, səhər şirkəti oraya dəvət etmişdirlər. Onlar həmin protokolun əsassız olmasını Gürcüstan Respublikasının heç bir səbəb olmadan onların mülklərinə həbs qoyması və öz təqirlərinin olmaması ilə əsaslandırmışdır. Həmin texnikaların qaytarılması və Şəxs vasitəçi kimi texnikaları Azərbaycana gətirməsi mümkün deyildir, çünki orada Gürcüstan Respublikası əsassız olaraq 3 il ərzində həbslər qoymuşdur. Dəfələrlə gömrük xidmətinə müraciət etmişdirlər, Gömrük xidməti Gömrük məcəlləsinə istinad edərək şirkətin proseduru 3 ilə qədər uzatmasını və daha uzada bilməyəcəklərini bildirmişdir. Lakin hesab edir ki, prosedurun Gürücüstan Respublikasında olması nəzərə alınmalıdır, həmin şirkətin maliyyəsi vardır, lakin törəmə şirkətdir. Bildirdi ki, Gürcüstan Respublikasının Konstitusiyası və Gömrük Məcəlləsinin 80-ci maddəsinə istinad edərək Azərbaycan Respublikasına məxsus olan texnikadan onların Gürcüstanda törəmə şirkəti olan "xxxx" şirkətinə dəstək məqsədilə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikasının dəmir yolları ilə "xxxx" şirkətinin 2013-cü il tarixli müqaviləsi var idi və həmin texnikanın oraya göndərilməsi bu müqavilədə nəzərdə tutulan dəstəklə bağlı olmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, texnikalara həbs qoyuması yalnız məhkəmə qərarı ilə mümkündür. Lakin Gürcüstan Respublikasının Vergi Xidməti onlara Gürcüstan Respublikasının qanunvericiliyinə əsasən, texnikanın üzərinə həbs qoyulmasının məhkəmə qərarı olmadan mümkün olduğunu bildirmişdir. Gürcüstan Respublikasının Vergi Xidmətinə ünvanlanan məktubda da onlar Gürcüstanın Gömrük Məcəlləsinə və Konstitusiyanın mülkiyyət toxunulmazlığı müddəasına istinad edərəkqanunvericiliyin tələblərinin pozulduğunu bildirmişdlər. Təqsirsizlik prezumpsiyasına istinad edərək protokolun əsassız olduğunu və onların üçüncü şəxs kimi cəlb edilərək qanunvericiliyin tələblərinin pozulduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" şirkəti tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "X4" MMC-yə məxsus 21 (iyirmi bir) ədəd texniki qurğunun (siyahı əlavə olunur) müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmə müddəti başa çatdığından Dövlət Gömrük Komitəsi tərəfindən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların təkrar idxal edilməsi tələbinin hazırki vəziyyətdə yerinə yetirilməsininin qeyri-mümkün olduğu bildirilmişdir. Belə ki, sözügedən texniki qurğular hal-hazırda Gürcüstan Respublikası ərazisindədir və Gürcüstan Respublikası tərəfindən onlar üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan X3 Nazirliyi Xidmət Agentliyi tərəfindən verilmiş nəqliyyat vasitəsinin hüquqi vəziyyəti haqqında xx.xx.2024-cü il tarixli arayışın tərcümə edilmiş surətindən görünür ki, X3 Nazirliyinin, məlumat-analitik departamentinin məlumat mərkəzinin məlumatlarına əsasən, "xxxx" MMC-nin adına 21 nəqliyyat vasitəsi qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, inzibati protokol tərtib edən orqan mövcud hüquqi vəziyyəti yoxlamamış, şirkət tərəfindən texnikaların qanunvericiliyə əsasən verilmiş müddət ərzində geri qaytarılmamasının əsasını müəyyənləşdirmədən inzibati protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-nin 499.1-ci və 499.1.1-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin material əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından 19 sentyabr 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 19 sentyabr 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-3827/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-3827/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver