Məhkəmə qərarları › İş №3(010)-3838/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3838/2022

22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3838/2022 22.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudovun, X1, Borclu Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Quliyev 26 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3399/2020 saylı icra vərəqəsinə əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-724/2016 saylı, xx.xx.2016-cı tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılması, Şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət etmişdir. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudov göstərmişdir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(010)-3399/2020 saylı icra vərəqəsinə əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-724/2016 saylı, xx.xx.2016-cı tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılması, Şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət etmişdir. Sonuncu ümumilikdə 3020 manat məbləğindəki aliment borcunun bir hissəsini artıq ödəmiş, qalan borcunun ödənilməsinə dair tələbkarla aralarında razılıq əldə olunmuşdur. Məhkəmədə izahat vermiş tələbkar X4 bildirmişdir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3399/2020 saylı icra vərəqəsinə əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-724/2016 saylı, xx.xx.2016-cı tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılması, Şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət etmişdir. Sonuncu ümumilikdə 3020 manat məbləğindəki aliment borcunun bir hissəsini artıq ödəmiş, qalan borcunun ödənilməsinə dair sonuncu ilə aralarında razılıq əldə olunmuşdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirmişdir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3399/2020 saylı icra vərəqəsinə əsasən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-724/2016 saylı, xx.xx.2016-cı tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılması, ondan qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət etmişdir. Ümumilikdə 3020 manat məbləğindəki aliment borcunun bir hissəsini artıq ödəmiş, qalan borcunun ödənilməsinə dair tələbkar ilə aralarında razılıq əldə olunmuşdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İş materiallarından müəyyən olunur ki, borclu Şəxs icra sənədlərinin icrasından yayınmır, aliment borcunun bir hissəsini ödəmiş, aliment borcunun qalan hissəsini ödəyəcəyinə dair tələbkar X4 ilə aralarında razılıq əldə olunmuşdur. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar