Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3840/2024 05.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardan şikayət vermiş X6 iştirakı ilə, 25 may 1958-ci ildə Naxçıvan MR, Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, FİN 2SQR65K, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bəhlulzadə küçəsi ev 34 A, mənzil 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X6 Azərbaycan Respublikası DİN-nin Baş X24 İdarəsinin polis leytenantı X3 tərəfindən qəbul edilmiş 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin Baş X24 İdarəsinin polis leytenantı X1 qəbul etdiyi 22 yanvar 2022-ci il tarixli, XP seriyalı ******* nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərardan X6 şikayəti 21 avqust 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş X24 İdarəsinin polis leytenantı X1 qəbul etdiyi 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli qərarla X12 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş, şikayət vermiş X13 izahatında göstərdi ki, 21 avqust 2024-cü il tarixli şikayət ərizəsində qeyd olunanları təsdiq edir. Belə ki, 22 yanvar 2022-ci il tarixdə, saat 15:50-də etibarnamə ilə idarə etdiyi X19 minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Suraxanı rayonu, Əmircan qəsəbəsinin Zığ yolu istiqamətində hərəkət edərkən, 104 nömrəli xəttin marşrutu "İsusu-Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobus yolun qadağan olunan hissəsindən sürətlə keçərək, idarə etdiyi maşının sol tərəfini əzmişdir. Bildirir ki, qəza baş verən yol, bir istiqamətlidir. Həmin yolda qadağanedici yol nişanı vardır. Yəni, o yolda əks istiqamətdə avtomobil idarə oluna bilməzdi. Qəza zamanı tanımadığı bir şəxs, avtobusu qəzanın baş verdiyi yerdən, sürücüyə göstəriş verərək, onun etirazına məhəl vermədən, hadisə yerindən uzaqlaşdırmışdır. Hadisə yerinə, Suraxanı DYPŞ-nin əməkdaşı polis kapitanı X9 gəlmişdir. Hadisəyə baxış keçirmiş, onu və qəza törədən avtobusun sürücüsü X8 Suraxanı DYPŞ-yə dəvət etmişdir. Suraxanı DYPŞnin əməkdaşı polis kapitanı X9 xx.xx.2022-ci il tarixdə ondan və qəza törədən avtobusun sürücüsü X4 şöbədə izahat almışdır. xx.xx.2022-ci il tarixdə polis kapitanı X9 yol nəqliyyat hadissəsinin sxemini çəkmiş və sxemlə onları tanış etmişdir. Yol nəqliyyat hadisəsinin sxemindən görünmüşdür ki, avtobus sürücüsü qadağanedici nişana məhəl qoymamış, yol hərəkəti qaydalarını pozmuş və inzibati xəta törətmişdir. Suraxanı RDYPŞ-nin əməkdaşı polis kapitanı X9 avtobusun sürücüsü X12 inzibati xəta törətdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edərək, qərar qəbul etmiş və sənədləri Dövlət Sığorta Kommersiya Şirkətinə göndərmişdir. O, Dövlət Sığorta Kommersiya Şirkətindən avtonəqliyyat vasitəsinə dəyən ziyanın pulunun alınması üzrə sənədləşmə aparılan zaman, ona sığorta şirkətindən bildirilmişdir ki, hadisə üzrə video görüntüdə günahkar və inzibati xətanı onun törətdiyi müəyyən olduğundan, hesablanmış sığorta pulu ödənilməyəcəkdir. xx.xx.2022-ci il tarixdə Suraxanı RDYPŞ-nin əməkdaşı polis kapitanı Elvin Əsgərov onunla mobil telefon əlaqəsi yaradaraq, ona hadisə barədə videogörüntü olduğu üçün, avtobusun sürücüsü X12 barəsində qəbul edilmiş qərarı ləğv etmiş, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 40 (qırx) manat məbləğində cərimə tətbiq etmişdir. O, elektron qərardan narazı olduğu üçün, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Suraxanı rayon DYPŞ-nin polis kapitanı X5 yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli elektron qərarının qanunsuz hesab edib ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayəti təmin edilmiş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X15 polis kapitanı X9 tərəfindən qəbul edilmiş 23 mart 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X17 göndərilməsi qərara alınmışdır. Qəbul edilmiş məhkəmə qərarı, xx.xx.2023-cü il tarixdə məlumat üçün, xx.xx.2023-cü il tarixdə icra olunması üçün DİN-nin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilmişdir. O, dəfələrlə qərarın icrası ilə bağlı Suraxanı rayon Polis İdarəsinin Dövlət X15 kapitanı Elvin Əsgərovun qəbuluna gedərək, işin onun iştirakı ilə baxılmasını tələb etmişdir. Polis kapitanı işin baxıldığı zaman onun yazılı çağırılacağını bildirmişdir. Lakin, ona heç bir çağırış gəlmədiyindən, o, xx.xx.2023-cü il tarixdə yenidən Suraxanı rayon Polis İdarəsinin Dövlət X17 gedərək, qərarın nəticəsi ilə maraqlananda, ona qərarın onun iştirakı olmadan baxıldığı bildirilmiş və barəsində TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli elektron tərtib edilmiş protokolun dəyişirilmədən qanuni qüvvəsində saxlanıldığını bildirmişlər. O, X10 iştirakı olmadan baxılıb qəbul etdiyi qərara öz iradını bildirsə də, onun iradına əhəmiyyət verən olmamışdır. Qəbul edilmiş qərarı tələb etdikdə, xx.xx.2023-cü il tarixli qərarı ona, xx.xx.2023-cü il tarixdə toplanmış sənədlərin təqdim edilməsinə dair aktla rəsmi şəkildə təqdim etmişlər. O, həmin aktda protokol və qərarın onun iştirakı olmadan tərtib edilməsini bildirərək, aktı imzalayıb tarixini qeyd etmişdir. Həmin aktın əsli Suraxanı RPİ-nin DYPŞ-nin YNH-də, surəti ona verilmişdir. Suraxanı Rayon Polis İdarəsinin Dövlət X18 rəisi vəzifəsini icra edən, polis mayoru Rəşad Nağıyev tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə 3-13-54/2-7132/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarı qanunsuzdur. Belə ki, məhkəmə prosesi zamanı hakim onun şikayətini qəbul edərək, işi araşdırmış, dəfələrlə keçirilmiş məhkəmə proseslərində yolun qadağan edilmiş əks istiqamət hərəkətinə qarşı tərəfdən rəsmi sənəd tələb edildikdə, həmin tələb edilmiş sənəd təqdim edilmədiyi üçün, barəsində tərtib edilmiş protokol və qərar qanunsuz hesab edildiyindən məhkəmə şikayətini təmin etmiş və inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X17 göndərilməsini qərara alımışdır. Buna baxmayaraq, Suraxanı RPİ-nin DYPŞ-nin rəisi vəzifəsini icra edən, polis mayoru Rəşad Nağıyev məhkəmənin qəbul etdiyi qərarı tam araşdırmadan, düzgün icra etmədən, qərarın müəyyən etdiyi hissədə bildirmişdir ki, İnzibati Xəta haqqında işə yenidən baxılarkən inzibati protokolun qərarı tam sübuta yetirildiyindən, onu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qərara almışdır. Halbu ki, inzibati protokol və qərar qəbul edildikdə onun iştirakı olmamışdır. Bu barədə tərtib edilmiş akta öz qeydini etmişdir. Qəbul edilmiş qərar qanunsuz olduğu üçün, Suraxanı rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli, 454418 nömrəli protokolu və inzibati xəta haqqında 3-13-54/2- 7132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə o, yenidən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməli olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1847/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərarı ilə şikayəti qismən təmin edilmişdir. Qərara əsasən Suraxanı Rayon Polis İdarəsinin Dövlət X18 rəisi vəzifəsini icra edən Rəşad Nağıyev tərəfindən qəbul edilmiş 18 aprel 2023-cü il tarixli, 3-13-54/2-7132/2023 nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X22 göndərilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)- 1847/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərarı, məhkəmənin 03 iyul 2023-cü il tarixli müşayət edici məktubu ilə icra olunması üçün, DİN-nin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət X17 göndərilmişdir. Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev, 31 iyul 2023-cü il tarixdə, 3-13-54/2-15838 nömrəli məktubla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət göndərərək, barəsində xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, inzibati xəta haqqında protokol və xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını qüvvədə saxlamasına göstəriş verilməsini xahiş etmişdir. Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev, 31 iyul 2023-cü il tarixli məktubunda qeyd etdiklərindən narazı olduğu üçün, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Dövlət X15 polis kapitanı X5 barəsində tətbiq etdiyi xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokolunu və TP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair vəsatət-ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ərizəsi təmin edilərək, barəsində Bakı şəhəri Suraxanı Rayon Dövlət X15 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ******* nömrəli, xx.xx.2023cü il tarixli qərarının ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Dövlət X15 xx.xx.2023cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edildiyi üçün, Bakı şəhəri Suraxanı Rayon Dövlət X23 doldurulmuş Forma-4 ilə birlikdə, Dövlət Sığorta Kommersiya Şirkətinə ona sığorta pulunun ödənilməsi ilə bağlı məktub göndərmişdir. Lakin, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2024-cü il tarixli, 65/xx-xx/2024 nömrəli məktubunda xx.xx.2024-cü il tarixli müraciətin araşdırıldığını, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ərazisində tərəfimdən idarə olunan “X19” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi ilə sığortalanmış, X7 idarə etdiyi “İsuzu Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyini, Baş X24 idarəsinin polis leytenantı X1 22 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında işə xitam verilməsi haqqında qərarı ilə “İsuzu Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X7 barəsində başlanmış İXP ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyini, “İcbari Sığorta haqqında” Qanuna uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının verdiyi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən və şəxsin təqsirini müəyyən edən yol-nəqliyyat hadisəsi haqqında sənəd əsasında şəxsin mülki məsuliyyəti və sığortaçının sığorta ödənişi həyata keçirmək öhdəliyinin yarandığını, sadalananlara əsasən X7 barəsində başlanılmış İXP ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, daha sonra da onun təqsirli olması ilə bağlı heç bir yekun qərarın qəbul edilməməsi və ya protokolun tərtib olunmaması qeyd olunaraq, “İsuzu Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X7 təqsiri səlahiyyətli orqan tərəfindən qəbul olunmuş hər hansı aktla sübuta yetirilmədiyinə görə hal-hazırda ona sığorta ödənişinin həyata keçirilməsi üçün əsas mövcud olmadığı, sığorta ödənişinin verilməsinin şirkətin imkanları xaricində olduğu bildirilmişdir. Bu səbəbdən də, o, sığorta şirkətindən, sığorta ödənişini ala bilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı, məhkəmənin xx.xx.2023-cü il tarixli müşayiətedici məktubu ilə DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nə məlumat üçün, xx.xx.2023-cü il tarixli müşayiətedici məktubu ilə qərar qanuni qüvvəsinə mindiyi üçün xx.xx.2023-cü il tarixdə DİN-nin Bakı şəhəri Suraxanı RPİdə qəbul edilmişdir. Həmçinin bildirmişdir ki, qanuni qüvvəsini almış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı, məhkəmənin xx.xx.2024-cü il tarixli müşayiətedici məktubu ilə Azərbaycan Respublikası DİN-nin Baş X26 İdarəsinə rəsmi qaydada təhvil verilmişdir. Bu müddət ərzində, dəfələrlə Azərbaycan Respublikası DİN-nin Baş X26 İdarəsinə eyni zamanda Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)- 3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının icra olunması ilə bağlı rəsmi və qeyrirəsmi müraciətlərinə baxmayaraq, heç bir müsbət nəticə ala bilməmişdir. Bununla bağlı o, Bakı şəhəri Suraxanı rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ərazisində baş vermiş yolnəqliyyat hadisəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Dövlət X15 barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edildiyi üçün, hadisənin səbəbkarı olan, “İsuzu Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X12 barəsində qanuna müvafiq yeni inzibati tənbeh vermə haqqında protokol və qərar qəbul edilməsi öhdəliyinin Bakı şəhəri Suraxanı Rayon Dövlət X17 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1773/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmiş, mübahisə predmeti olan məsələ ilə bağlı müvafiq inzibati orqana müraciət edilməsi, müraciət təmin edilmədiyi və ya cavabsız qoyulduğu təqdirdə isə inzibati orqanın qərarı ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi izah edilməsi qərarı alınmışdır. Bununla bağlı o, Bakı şəhəri Suraxanı RPİ-nə ərizə ilə müraciət etmişdir. Suraxanı RPİ-nə ünvanlanmış ərizəsinə cavab olaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında hadisədə təqsirkar olması və günahkar sürücü barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında protokolun qüvvədə saxlanılmasına dair heç bir qeydiyyat aparılmadığı, bu barədə qərarda müvafiq qeydlərin aparılması ilə bağlı Suraxanı rayon Məhkəməsinə məktub göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-3768/2023 nömrəli məktubu ilə hakim Nərminə Rzayeva Bakı şəhəri Suraxanı RDYPŞ-nə müraciət edərək, Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə X25 Şöbəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməklə, təqsirsizliyi müəyyən edildiyindən barəsində protokola xitam verildiyi üçün, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsinin araşdırılması, təqsirkarın müəyyən edilməsi, avtobus sürücüsünün həmin hadisədə təqsirli olub-olmaması ilə bağlı zəruru tədbirlərin (hadisə yerinə baxış, lazımi hadisə sxemlərinin tərtib edilməsi, avtotexniki ekspertizanın aparılması və digər hərəkətlərin) aparılması, zərurət yarandıqda protokolun tərtib edilməsi qeyd olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Nərminə Rzayeva yenidən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon DYPŞ-nə məktub ünvanlayaraq, ilkin müraciətini nəzərə alıb, zəruri hesab edib ki, şikayətçi tərəfindən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirilməmiş, belə ki, şikayətçi tərəfindən apellyasiya şikayəti daxil olmadığından və şikayət ərizəsi əsasında qəbul edilmiş Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəsini aldığını bildirmişdir. Suraxanı RPİ məktubla, Suraxanı Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3(010)-3768/2023 nömrəli məktubu əsasında, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində iştirakçı olmuş “İSUZU SAZ” markalı 90RU532 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü X12 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə tərtib edilmiş İXP4419372 saylı inzibati protokol və inzibati tənbeh vermə haqqında TP4822589 saylı qərarla bağlı, DİN-nin BDYPİ-nin X2 yerləşdirilmiş məlumatlarda müvafiq dəyişiklik edilməsinə dair Baş X24 İdarəsinə rəsmi məktub göndərmiş, lakin göndərilmiş müraciət təmin edilməmişdir. Sonradan o, özü də, DİN-nin BDYPİ-nə rəsmi qaydada ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ərazisində baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Dövlət X15 barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edildiyi üçün, hadisənin səbəbkarı olan, “İsuzu Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X12 barəsində qanuna müvafiq inzibati tənbeh vermə haqqında protokol və qərar qəbul edilməsini xahiş etsə də, bundan öncəki, ərizələrinə cavab verilmədiyi kimi ərizə və müraciəti cavabsız qalmışdır. xx.xx.2024-cü il tarixdə o, Azərbaycan Respublikasının Mərkəzi Bankına ərizə yazıb, baş vermiş yolnəqliyyat hadisəsi zamanı etibarnamə ilə idarə etdiyi “X19” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş maddi ziyanın Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta pulunun ödənilməsinə, göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 iyun 2024-cü il tarixli, 6-1-26/2-Ə-44xx/xx-10762/2024 nömrəli məktubu ilə müraciətinə cavab olaraq, barəsində inzibati tənbeh vermə haqqında qərar ləğv edilsə də, digər sürücü X7 hadisənin baş verməsində təqsirli müəyyən olunmadığından mülki məsuliyyətin də yaranmadığını bildirmişdir. X7 yol-nəqliyyat hadisəsi zamanı onun təqsirkar olması barədə, Suraxanı Rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli İXP4419372 nömrəli inzibati xəta haqqında protokolu, DİN-nin BDYPİ-nin polis leytenantı X3 tərəfindən elə həmin gün, xx.xx.2022-ci il tarixdə onun xəbəri olmadan ləğv edilmişdir. Bu barədə məlumatı o, xx.xx.2024-cü il tarixdə bilib, qərarın surətini rəsmi qaydada almışdır. Həmin qərar onun hüquqlarını pozur. Belə ki, X12 barəsində xx.xx.2022-ci il tarixdə Suraxanı Rayon DYPŞ-nin inzibati məsuliyyətə cəlb edilməsi haqqında tərtib edilmiş protokol, DİN-nin BDYPİ-nin xx.xx.2022ci il tarixli qərarı ilə ləğv edildiyindən hadisədə təqsirkar şəxsin müəyyən olunmadığı səbəbindən onun hüquqlarını pozmuşdur. Hal-hazırki şikayət ərizəsinə qədər, həmin qərarın mövcudluğu barədə heç bir məlumatı olmamışdır. DİN-nin BDYPİ-nin xx.xx.2022ci il tarixli qərarı olduğuna görə, sürücü X7 hadisənin baş verməsində təqsiri müəyyən olunmadığından mülki məsuliyyəti də, yaranmır. Baş vermiş bütün hadisələr ona qarşı qurma iş kimi görülüb, onun sığorta şirkətindən idarə etdiyi avtonəqliyyat vasitəsinə dəymiş maddi ziyanın alınmaması üçün maneəçiliklər törədilmiş və bu günə kimi də, davam etməkdədir. Bununla bağlı o, ondan üç il müddətində gizlədilmiş, xəbəri olmadan ona göstərilməyən, müraciətində təqdim edilməyən, DİN-nin BDYPİ-nin xx.xx.2022-ci il tarixdə polis leytenantı X1 qanunsuz qəbul etdiyi XP1632529 nömrəli qərarı Suraxanı RPİnin DYPŞ-dən alıb, ləğv edilməsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət ərizəsi, eyni zamanda şikayət vermək üçün itirilmiş müddətin bərpa edilməsi barədə qərarın qəbul edilməsi ilə bağlı vəsatət-ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-3443/2024 saylı qərardadı ilə şikayət ərizəsinin geri qaytarılması qərara alınmışdır. Geri qaytarılmanın səbəbi kimi, qərara alınmış qərardadın müəyyən etdi hissəsində, onun şikayətində mübahisələndirilən qərarın surətinin rəsmi olaraq, ona nə vaxt təqdim edilməsinə, bununla da qanunvericilikdə müəyyən edilmiş 20 gün ərzində şikayət verdiyinə dair hər hansı bir mötəbər sübutun əlavə edilməməsi kimi göstərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-3443/2024 saylı qərardadını nəzərə alıb, o, xx.xx.2024-cü il tarixdə, DİN-nin Baş X24 idarəsinə rəsmi ərizə ilə müraciət edərək, DİN-nin BDYPİ-nin polis leytenantı X1 xx.xx.2022-ci il tarixdə tərtib etdiyi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında XP ******* nömrəli qərarın surətinin rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. AR DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, 16/2-Ə-122886 nömrəli məktubu ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarın rəsmi qaydada təqdim olunması barədə müraciətə cavab olaraq İXP ******* nömrəli qərarın surəti ona rəsmi qaydada təqdim edilmişdir. Bu səbəbdən də, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-3443/2024 saylı qərardadını nəzərə alıb, DİN-nin BDYPİ-dən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada aldığı, ondan üç il müddətində gizlədilmiş, xəbəri olmadan ona göstərilməyən, müraciətində təqdim edilməyən, DİN-nin BDYPİ-nin xx.xx.2022-ci il tarixdə polis leytenantı X1 qanunsuz qəbul etdiyi XP1632529 nömrəli qərarın ləğv edilərək, “İsuzu Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X7 barəsində Suraxanı Rayon DYPŞ-nin tərtib etdiyi İXP4419372 nömrəli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında TP4822589 nömrəli qərar qanuni qüvvəsini almalıdır. Ərizəsində qeyd olunanların nəzərə alınmasını və DİN-nin BDYPİ-nin xx.xx.2022-ci il tarixdə polis leytenantı X1 qanunsuz qəbul etdiyi XP1632529 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi, “İsuzu Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X7 barəsində Suraxanı Rayon DYPŞ-nin tərtib etdiyi İXP4419372 nömrəli, inzibati xəta haqqında protokolu və inzibati tənbeh vermə haqqında TP4822589 nömrəli qərarın qanuni qüvvəsini alması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası DİN-nin Baş X26 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Baş X26 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü kimi X13 məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Baş X26 İdarəsinin polis leytenantı X3 tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli, XP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilmnəsi haqqında qərarın ləğv edilməsi barədə qərardan verilmiş şikayət üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə məhkəməyə vəsatət təqdim etmiş, Azərbaycan Respublikası DİNnin Baş X26 İdarəsinin polis leytenantı X3 tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli, qərarı X13 xx.xx.2024-cü il tarixdə DİN-nin BDYPİ-dən rəsmi qaydada ala bilmişdir. Buna görə də məhkəmənin 29 avqust 2024-cü il tarixli qərardadı ilə X6 vəsatəti təmin olunmuş və 22 yanvar 2024-cü il tarixli, XP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X13 tərəfindən verdiyi şikayətə baxılması ilə bağlı itirilmiş müddət üzürlü hesab olunaraq bərpa edilərək işə mahiyyəti üzrə baxılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməli və inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İş materiallarından müəyyən olunur ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X13, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair DİN-nin X24 İdarəsinin polis leytenantı X1 qəbul etdiyi 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərardan şikayətlə məhkəməyə 01 avqust 2024-cü il tarixdə müraciət etmişdir. Müraciətində bildirmişdir ki, 22 yanvar 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi ilə əlaqədar əvvəlcə Əli İbrahimovun barəsində TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, sonra isə eyni iş üzrə 23 mart 2022-ci il tarixdə özünün barəsində İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmasına görə inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərar qəbul edilmiş, lakin sonradan həmin qərardan şikayət verərək Suraxanı rayon Məhkəməsində ləğv etdirmişdir. Buna baxmayaraq 22 yanvar 2022-ci il tarixdə XP ******* nömrəli qərar qəbul edilərək Əli İbrahimovun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. X13, barəsində qəbul edilmiş 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddəti bitdikdən 01 ildən çox müddət keçməklə məhkəməyə 21 avqust 2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmçinin şikayətə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 30 aprel 2024-cü il tarixli məktubdan görünür ki, Əkrəm Əliyev barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsə də digər sürücü X12 inzibati məsuliyyətə cəlb edilməmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Yol-nəqliyyat hadisəsinin iştirakçısı Əli İbrahimovun qeyd olunan yolnəqliyyat hadisəsi nəticəsində təqsiri müəyyən olunmadığı üçün onun Əkrəm Əliyev qarşısında mülki məsuliyyəti də yaranmamışdır. Ona görə də baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə olan halda məhkəmə hesab edir ki, X13 DİN-nin Baş X24 İdarəsinin polis leytenantı X1 qəbul etdiyi 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərardan verdiyi şikayəti təmin edilməsin. Qanunvericiliyin yuxarıda sadalanan normalarından görünür ki, 22 yanvar 2022-ci il tarixli qərar əsassız hesab edilərək ləğv olunmaqla yol-nəqliyyat hadisəsinin digər iştirakçısı olmuş X12 barəsində inzibati tənbeh tətbiq edilməsi mümkünsüzdür. Çünki İXMnin 38-ci maddəsi aydın şəkildə göstərir ki, Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin iş üzrə müəyyən olunur ki, ümumilikdə X26 İdarəsi tərəfindən 3 qərar qəbul edilmiş, 22 yanvar 2022-ci il tarixdə inbati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, 25 yanvar 2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında, sonra isə 2022-ci ilin mart ayının 23-də Əkrəm Əliyev barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi iş üzrə son qərar 23 mart 2022-ci il tarixlidir. Həmin qərar da 14 noyabr 2023-cü il tarixdə Suraxanı rayon Məhkəməsi tərəfindən ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Xitam verilmiş iş üzrə yenidən 2 il müddət ötdükdən sonra hər hansı şəxsin inzibati məsuliyyətə cəlb edilməsi İXM-nin 38-ci maddəsinin tələblərinə əsasən mümkünsüzdür. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi X14 28 iyun 2024-cü il tarixdə göndərdiyi məktubda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli, 6-1/1-Ə-44xx-xx/2024 saylı müraciətinə Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılmışdır. Müraciəti ilə bağlı ləğv prosesində olan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim edilən məlumatlarda Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayətinin təmin edildiyi və inzibati xəta haqqında icraata xitam verildiyi bildirilmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina əsaslarındandır. Əkrəm Əliyevin nəzərinə çatdırılmışdır ki, barəsində inzibati tənbeh vermə haqqında qərar ləğv edilsə də, digər sürücü X7 hadisənin baş verməsində təqsiri müəyyən olunmadığından mülki məsuliyyəti də yaranmamışdır. Beləliklə, işdə olan sübutlarla və məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən olunur, X13 22 yanvar 2022-ci il tarixdə, saat 15:50-də etibarnamə ilə idarə etdiyi X19 minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Suraxanı rayonu, Əmircan qəsəbəsinin Zığ yolu istiqamətində hərəkət edərkən, 104 nömrəli xəttin marşrutu "İsusu-Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobus yolun qadağan olunan hissəsindən sürətlə keçərək, idarə etdiyi maşının sol tərəfini əzmişdir. İnzibati xəta haqqında işə Azərbaycan Respublikası İXM-nin tələblərinə riayət olunmaqla baxılaraq, Azərbaycan Respublikası DİN-nin Baş X26 İdarəsinin polis leytenantı X1 qəbul etdiyi 22 yanvar 2024-cü il tarixli qərarla X7 əməlində İXM-nin 53-cü maddəsinin tərkib əlamətləri olmadığından İXP ******* nömrəli protokol ləğv olunmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan sonra isə 23 mart 2022-ci il tarixdə X13 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarla məsuliyyətə cəlb edilmiş, Əkrəm Əliyev tərəfindən həmin qərardan verilmiş şikayət əsasında 14 noyabr 2023-cü il tarixdə Suraxanı rayon Məhkəməsi tərəfindən 15 mart 2022-ci il tarixli İXP4544418 nömrəli inzibati tənbeh vermə haqqında protokol və 23 mart 2022-ci il tarixli TP ******* nömrəli qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş X7 əməlində inzibati xəta tərkibi olmaması barədə Azərbaycan Respublikası DİN-nin Baş X26 İdarəsinin polis leytenantı X1 qəbul etdiyi 22 yanvar 2024-cü il tarixli qərarla hüquqi qiymət verilmiş, Əkrəm Əliyevin əməlində inzibati xəta tərkibi olmaması barədə isə 14 noyabr 2023-cü il tarixli Suraxanı rayon Məhkəməsinin qərarı ilə hüquqi qiymət verilmişdir. Hazırki vəziyyətdə inzibati xəta hadisəsində təqsirli şəxsin olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” Siyahısının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından X24nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X24 İdarəsinin, X24 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X24 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş X26 İdarəsinin polis leytenantı X3 tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün tərtib edilmiş 22 yanvar 2024-cü il tarixli, XP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş X26 İdarəsinin polis leytenantı X3 tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli, XP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyinə görə X6 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52, 110, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin Baş X26 İdarəsinin polis leytenantı X3 tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli, XP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3840/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3840/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver