Məhkəmə qərarları › İş №3(010)-3840/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3840/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3840/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs oğunun, xx.xx.1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər X2 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs “X1” minik markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə saat 21:23-də idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. Protokoldan aydın olur ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə saxlanılmış və bununla da, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs tərtib edilmiş protokol üzrə izahat verərək bildirdi ki, orada ona başqa söz deyərək izahatını da fərqli cür yazdırmışdırlar. Onu cərimə meydançasına aparmışlar, sonra isə akt verərək göndərmişdirlər. Daha sonra narkolojiyə getmiş, oradan kağız almışdır. Qeyd etdi ki, o, içkili olmamışdır, buna baxmayaraq, polis əməkdaşları onu alkotesterdən keçirdikdən sonra, onu aldadaraq içkili olduğunu təsdiq edən izahat yazmasını və özlərinin həll edəcəyini, heç bir problemin yaranmayacağını, cərimə yazılmayacağını, hətta izahatında tarixi qeyd etməsinə belə zərurət olmadığını demişdirlər. Bildirdi ki, ondan içkili olub olmadığı soruşulduqda içkili olmadığını demiş, daha sonra nə vaxt içki içdiyi soruşulmuş və o bilmədiyini demişdir. Bundan başqa, ondan ümumiyyətlə içən olub olmaması soruşulmuş, o isə cavabında içki içən olduğunu, son dəfə viski içdiyini, lakin hazırda qəbul etməmiş olduğunu və içkili olmadığını bildirmişdir. Polis əməkdaşları ona sadəcə izahatda içki qəbul etdiyini yazmasını və qalanını özlərinin həll edəcəyini demişdirlər. Qeyd etdi ki, izahatda məhz həmin gün içki qəbul etdiyini nəzərdə tutmamışdır, 6 ildir avtomobil idarə edir, ilk dəfədir ki, başına belə bir hadisə gəlir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və protokol tərtib edilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndəsini göndərməmişlər və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-İn 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddələrlə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhər DYPİ növbətçi hissəsinin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixdə saat 21:23-də saxlanılmış və məlum olmuşdur ki, Şəxs alkoqoldan istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir; “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” xx.xx.2025-ci il tarixli, ******* saylı protokoldan görünür ki, Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin, Şəxs bu halı etiraf etmiş və bu barədə protokola qeyd yazmışdır. Alkotesterden çıxarışa əsasən Şəxs nəfəsində alkoqolun miqdarı 0,438% təşkil etmişdir. Məhkəmə iclasında Şəxs təqsirini etiraf etməyərək, onunla əsaslandırmışdır ki, protokol tərtib edildikdən sonra o dərhal tibbi müayinədən keçmiş və tibbi müayinənin rəyində qeyd edilmişdir ki, o sərxoş deyildir. Lakin məhkəməyə təqdim edilmiş tibbi müayinədən keçirilməsi haqqında aktda müayinən keçirilmə tarixi sentyabrın 10-u qeyd edilmişdir. Qeyd edilməlidir ki, protokol özü 09 sentyabrda tərtib edilmiş, protokol tərib edilərkən ilk müayinədən keçməsi isə saat 21:17-də olduğu göstərilmişdir. Yəni ilk müayinədən sonra Şəxs özünün təşəbbüsü ilə keçirtdiyi müayinə dərhal deyil, bir neçə saatdan sonra həyata keçirilmişdir. Bununa bağlı məhkəmə Şəxs öz təqsirsizliyini əsaslandırmaq üçn gətirilən dəlilləri özünün müdafiəsi üçün gətirilən formal, sübuti əhəmiyyətinə malik olmayan dəlilləri hesab edir. İXM-İn 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, Şəxs himayəsində iki azyaşlı uşaqların olmasını, ailənin yeganə gəlir mənbəyi olduğunu məhkəmə məsuliyyətini yüngülləşdirən hal hesab edir, Məhkəmə araşdırılması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halların olması və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Rəfail Cəfərov alkotesterdən müayinədən keçirilmiş və sərxoş olması müəyyən edilmişdir. Şəxs 09 avqust 2025-ci il tarixində sərxoş halda nəqliyyat vasitəsini idarə edərək İXM-nin 333.1-ci maddəsinə nəzərdə tutulmuş əməli törətmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması, yaşı, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsiri nəzərə alınmaqla Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar