Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3855/2025 12.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin etibarnamə üzrə nümayəndələri X1 və X15 iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan (VÖEN: **********) hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 539.3 və 469.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 07 oktyabr 2025-ci il tarixdə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 539.3 və 469.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən təqdim edilmiş 29 sentyabr 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış materialdan görünür ki, Şəxs işçisi X5 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə uyğun olaraq cəmiyyətin işə götürəninə 3-17-5/2-79459/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd olunan sənədlərin DƏMX BŞİ-nə təqdim edilməsi tələb olunmuşdur. Məktubun çatdırılmasına baxmayaraq tələb olunan sənədlər xx.xx.2025-ci il tarixdən təqdim olunmamışdır. Həmçinin işəgötürən tərəfindən hadisə baş verən dövrdə E.Soltanzadənin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə təminata daxil edilmədiyi məlum olmuşdur. Buna görə 29 sentyabr 2025-ci il tarixdə hüquqi şəxs Şəxs barəsində X16 Xidmətinin Bakı şəhər idarəsinin məsləhətçi əmək müfəttişi X11 tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3 və 469.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 izahatında bildirmişdir ki, Şəxs işçisi X5 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə uyğun olaraq cəmiyyətin işəgötürəninə 3-17-5/2- 79459/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd olunan sənədlərin DƏMX BŞİnə təqdim edilməsi tələb olunmuşdur. Məktubun çatdırılmasına baxmayaraq tələb olunan sənədlər xx.xx.2025-ci il tarixədək təqdim olunmamışdır. Həmçinin işəgötürən tərəfindən hadisə baş verən dövrdə E.Soltanzadənin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə təminata daxil edilmədiyi məlum olmuşdur. Buna görə də Şəxs barəsində 29 sentyabr 2025-ci il tarixdə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolu müdafiə etdi və təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X20 izahatında bildirmişdir ki, Şəxs işçisi X5 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə uyğun olaraq cəmiyyətin işə götürəninə 3-17-5/2-79459/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd olunan sənədlərin DƏMX BŞİ-nə təqdim edilməsi tələb olunmuşdur. Məktubun çatdırılmasına baxmayaraq tələb olunan sənədlər xx.xx.2025-ci il tarixədək təqdim olunmamışdır. Həmçinin işəgötürən tərəfindən hadisə baş verən dövrdə E.Soltanzadənin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə təminata daxil edilmədiyi məlum olmuşdur. Buna görə də Şəxs barəsində 29 sentyabr 2025-ci il tarixdə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolu müdafiə etdi və təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X6 məhkəməyə etiraz və ona əlavə olunmuş sənədlər təqdim edərək izahatında bildirmişdir ki, işin hallarına əsasən qeyd edilən protokolun tərtib edilməsinin qanunauyğun olmadığını hesab edir. Belə ki, "xxxx" MMC tərəfindən işçi X12 üçün istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında müqavilənin bağlanması ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixində, yəni işçinin işə başladığı tarixdə müvafiq sığorta müqaviləsi sistemə əlavə edilmişdir. Lakin, sistemdə olan və müəssisədən asılı olmayan texniki xəta üzündən bu müqavilənin təsdiqlənməsi işçinin işə başladığından 1 həftə sonra, yəni xx.xx.2025-ci il tarixində baş vermişdir. Bu faktı məhkəməyə təqdim etdiyi sistemə sənədlərin əlavə edilməsi ilə bağlı olan ekran görüntülərindən də görmək mümkündür. X14 Müfəttişliyi Xidmətinə bu faktın mövcudluğu ilə bağlı məlumat verilsə belə, onlar tərəfindən bu məsələ araşdırılmamış və nəzərə alınmamışdır. Belə olan halda bu sübutlar nəzərə alınaraq "xxxx" MMC barəsində inzibati tənbehin tətbiq edilməsi yolverilməzdir. Protokolda qeyd edilən 539.3-cü maddəyə münasibətdə isə qeyd etmişdir ki, bu maddədə 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi ilə bağlı cərimə məbləği nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə DƏMX Bakı şəhər İdarəsi tərəfindən əməkdaşlarına sorğu yönləndirilsə də, sorğunu qəbul edən əməkdaş həmin müddət ərzində məzuniyyətdə olmuşdur, bu səbəbdən məzuniyyətdən qayıtdığı gün sorğunu müvafiq qaydada cavablamış və sənədlər qarşı tərəfə təqdim olunmuşdur. Lakin sənədlərin konket olaraq hansı işçi tərəfindən hansı qaydada alınmasını deyə bilmir. Bununla yanaşı İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. X9 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmçinin, Məcəllənin 116.3-cü maddəsinə əsasən 116.2-ci maddədə nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. 539.3-cü maddədə qeyd edilən xətaya "xxxx" MMC tərəfindən ilk dəfə və onlardan asılı olmayan səbəblərdən dolayı yol verildiyi üçün bu maddə üzrə nəzərdə tutulan inzibati cərimə şərti olaraq tətbiq edilməlidir. Həmçinin, qeyd etmişdir ki, müvafiq sənədlər artıq DƏMX Bakı Şəhər İdarəsinə təqdim edildiyi üçün bu maddə üzrə hüquqpozma da "xxxx" MMC tərəfindən aradan qaldırılmışdır. Bütün qeyd edilən hallar, təqdim etdiyi sübutlar qeyd edilən 469.1-ci maddəyə münasibətdə iş üzrə inzibati xəta hadisəsinin olmadığını, onlardan asılı olmayan texniki səbəblərdən dolayı müqavilənin təsdiqlənməsi prosesində gecikmə yaşandığını və 539.3-cü maddəyə münasibətdə isə hüquqpozmanın artıq tərəflərindən aradan qaldırılması isə iş üzrə icraata xitam verilməli olduğunu göstərir. Bütün qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq "xxxx" MMC-nin hərəkətlərində 469.1-ci maddəyə münasibətdə inzibati xəta tərkibinin olmadığı, 539.3-cü maddəyə münasibətdə isə hüquqpozmam aradan qaldırıldığı qənaətindədirlər. Bu səbəbdən, xahiş etmişlər ki, iş üzrə icraata xitam verilməsi ilə bağlı qərar qəbul edilsin. Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinə məktub və ona əlavə olunmuş sənədlər göndərərək bildirmişdir ki, "Xəyal Adası” MMC-nin tabeliyində fəaliyyət göstərən "Dream” əyləncə mərkəzində əmək müqaviləsi əsasında nəzarətçi köməkçisi vəzifəsində çalışan X12, xx.xx.2025-cı ıl tarixində, saat 21:20 radələrində, batut qurğusundan şəxsi məqsədlə, yəni əyləncə niyyəti ilə istifadə etdiyi zaman yüngül dərəcəli xəsarət almışdır. Hadisə baş verdikdən dərhal sonra işçi ‘Xəyal Adası” MMC-nin əməkdaşları tərəfindən "City Hospital" klinikasına çatdırılmışdır. Klinika tərəfindən ilkin tibbi yardım göstərilmiş və işçinin həyati təhlükəsinin olmadığı bildirilmişdir. Qeyd olunmuşdur ki, hadisə əmək funksiyasının icrası zamanı yə ya xidməti tapşırığın yerinə yetirilməsi ilə bağlı olaraq baş verməmişdir. İşçi tərəfindən əyləncə məqsədilə batut qurğusundan istifadə edilməsi şəxsi təşəbbüs olmuşdur və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə funksiyalarından kənar fəaliyyət aid deyil. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin hüquqi şəxs Şəxsnə xx.xx.2025-ci il tarixdə 3-17-5/2-79459/2025 nömrəli məktub göndərərək bildirmişlər ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi X5 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə bağlı vətəndaş X4 xx.xx.2025-ci il tarixli müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsində araşdırma aparılır. Tərəflərindən təqdim edilən məktuba əlavə edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə illik qoşmasına X5 hansı tarixdə təminata (işçi xx.xx.2025-ci il tarixdə işə qəbul olunub, əlavə edilmiş sığorta müqaviləsinin illik qoşması hadisədən sonrakı tarixləri (xx.xx.2025-xx.xx.2025-ci il tarixləri) əhatə edir, bu barədə məlumatın təqdim edilməsi, eyni zamanda E.Soltanzadə ilə bağlanmış əmək müqaviləsinin “İş və istirahət vaxtı" bölməsində E.Soltanzadənin iş və nahar saatlarının "xxxx" MMC-nin işəgötürəni ilə Əmək Kollektivi adından səlahiyyətli şəxs arasında bağlanmış Kollektiv müqavilənin iş və nahar saatlarının tənzimlənməsi haqqında məlumat cədvəlində qeyd edildiyi məlum olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin (əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir) tələblərinə müvafiq olaraq münasibət bildirilməsi və vətəndaş X7 aid aşağıdakı sənədlərin 7 (yeddi) iş gün ərzində X16 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114, ünvan 3 materiallarında olan azərpoçtun məktubun çatdırılması barədə sənədindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixdə 3-17-5/2-79459/2025 nömrəli məktubu hüquqi şəxs Şəxsnə xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin hüquqi şəxs Şəxsnə xx.xx.2025-ci il tarixdə 3-17-5/2-83193/2025 nömrəli məktub göndərərək bildirmişlər ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi X5 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə bağlı xx.xx.2025-ci il tarixli məlumatları əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsində araşdırma aparılır. X16 Xidmətinin Bakı şəhər idarəsinə daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 16:00-da 3 saylı Bakı DOST Mərkəzinə (Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr. 183 B və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdur. Şəxs direktoru Bahadır Yeltekin və ya səlahiyyətli nümayəndənin iştirakının təmin edilməsi və iş üzrə olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmçinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Məsələnin daha operativ həlli məqsədilə müvafiq sənədlərin mailto:hasanova.umnisa@sosial.qov.azElektron ünvan elektron poçt ünvanına göndərilməsi mümkündür. (Əlaqələndirici şəxs - Həsənova Umnisə) Qeyd: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.3-cü maddəsinə əsasən ünvan sahibi olmadıqda bildiriş ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Bildirişi və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədləri qəbul etməkdən imtina edən və səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı, yaxud onun işlədiyi yer üzrə müdriyyətin vəzifəli şəxsləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 531-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunurlar. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixdə 3-17-5/2-83193/2025 nömrəli məktubu xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu, tərəflərin izahatlarını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 və 469.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 469.1-ci maddəsinə əsasən bu Məcəllənin 469.3cü və 469-1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 539.1-1-ci maddəsində əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sübutlarla kifayət qədər öz təsdiqini tapmalıdır. Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Hazırki iş üzrə müəyyən olunmuşdur ki, Şəxs işçisi X5 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə uyğun olaraq cəmiyyətin işəgötürəninə 3-17-5/2-79459/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd olunan sənədlərin DƏMX BŞİ-nə təqdim edilməsi tələb olunmuşdur. Məktubun çatdırılmasına baxmayaraq tələb olunan sənədlər xx.xx.2025-ci il tarixədək təqdim olunmamışdır. Həmçinin işəgötürən tərəfindən hadisə baş verən dövrdə E.Soltanzadənin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə təminata daxil edilmədiyi məlum olmuşdur. Göründüyü kimi Şəxs tərəfindən İXM-nin 539.3 və 469.1-ci maddələrinin tələbləri pozulmuşdur. İXM-nin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1-22.1.3-cü yəni xəbərdarlıq, inzibati cərimə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. Həmin Məcəllənin 25.5-ci maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 və 469.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 22, 25, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan (VÖEN: **********) hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 və 469.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3855/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3855/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver