Məhkəmə qərarları › İş №3(010)-3862/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3862/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3862/2025 12.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin etibarnamə üzrə nümayəndələri X1 və X13 iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan (VÖEN: **********) hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 07 oktyabr 2025-ci il tarixdə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən təqdim edilmiş 29 sentyabr 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, vətəndaşlar X10, X3 və X6 şikayətləri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Şəxsnə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-65816/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 65664/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-5/2-72292/2025 nömrəli göndərilən məktublarda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX BŞİ-nə təqdim edilməsi tələb olunmuşdur. Məktubların xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə çatdırılmasına baxmayaraq müəssisə tərəfindən sənədlər natamam təqdim olunmuş, bu günə qədər sənədlər tam şəkildə təqdim olunmamışdır. Buna görə 29 sentyabr 2025-ci il tarixdə hüquqi şəxs Şəxs barəsində X14 Xidmətinin Bakı şəhər idarəsinin məsləhətçi əmək müfəttişi X12 tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X4 izahatında bildirmişdir ki, vətəndaşlar X10, X3 və X6 şikayətləri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Şəxsnə xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 65816/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-5/2-65664/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-5/2-72292/2025 nömrəli göndərilən məktublarda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX BŞİ-nə təqdim edilməsi tələb olunmuşdur. Məktubların xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə çatdırılmasına baxmayaraq müəssisə tərəfindən sənədlər natamam təqdim olunmuş, bu günə qədər sənədlər tam şəkildə təqdim olunmamışdır. Buna görə də Şəxs barəsində 29 sentyabr 2025-ci il tarixdə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolu müdafiə etdi və təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X17 izahatında bildirmişdir ki, vətəndaşlar X10, X3 və X6 şikayətləri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Şəxsnə xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 65816/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-5/2-65664/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-5/2-72292/2025 nömrəli göndərilən məktublarda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX BŞİ-nə təqdim edilməsi tələb olunmuşdur. Məktubların xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə çatdırılmasına baxmayaraq müəssisə tərəfindən sənədlər natamam təqdim olunmuş, bu günə qədər sənədlər tam şəkildə təqdim olunmamışdır. Buna görə də Şəxs barəsində 29 sentyabr 2025-ci il tarixdə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolu müdafiə etdi və təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin hüquqi şəxs Şəxsnə xx.xx.2025-ci il tarixdə 3-17-5/2-65664/2025 nömrəli məktub göndərərək bildirmişlər ki, vətəndaş X2 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı Mərkəzinə ünvanladığı müraciətinə Nazirlik yanında X14 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X2 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid işdən azad olunma ilə bağlı müvafiq sənədlər (xitam əmri, ərizəsi və s), çalışdığı dövr üzrə iş saatları uçotunun cədvəlləri, çalışdığı dövr üzrə əmək haqqı hesab cədvəllərinin surətləri, çalışdığı dövr üzrə əmək haqlarının ödənildiyini təsdiq edən sənədlərin surətləri, son haqq-hesabın hesablanması cədvəli, son haqq-hesabın ödənildiyini təsdiq edən sənədlər (bank çıxarışı və ya bank arayışı) və vətəndaşın müraciətində qeyd olunan məsələyə münasibət bildirilməsinə dair cavab məktubunu 7 iş günü ərzində X14 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 ünvan 3 materiallarında olan azərpoçtun məktubun çatdırılması barədə sənədindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 3-17- 5/2-65664/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu hüquqi şəxs Şəxsnə xx.xx.2025-ci il tarixdə saat 13:56-da çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin hüquqi şəxs Şəxsnə xx.xx.2025-ci il tarixdə 3-17-5/2-65816/2025 nömrəli məktub göndərərək bildirmişlər ki, vətəndaş X5 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı Mərkəzinə ünvanladığı müraciətinə Nazirlik yanında X14 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X5 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid işdən azad olunma ilə bağlı müvafiq sənədlər (xitam əmri, ərizəsi və s), çalışdığı dövr üzrə iş saatları uçotunun cədvəlləri, çalışdığı dövr üzrə əmək haqqı hesab cədvəllərinin surətləri, çalışdığı dövr üzrə əmək haqlarının ödənildiyini təsdiq edən sənədlərin surətləri, son haqq-hesabın hesablanması cədvəli, son haqq-hesabın ödənildiyini təsdiq edən sənədlər (bank çıxarışı və ya bank arayışı) və vətəndaşın müraciətində qeyd olunan məsələyə münasibət bildirilməsinə dair cavab məktubunu 7 iş günü ərzində X14 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 ünvan 3 materiallarında olan azərpoçtun məktubun çatdırılması barədə sənədindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 3-17- 5/2-65816/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu hüquqi şəxs Şəxsnə xx.xx.2025-ci il tarixdə saat 13:56-da çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin hüquqi şəxs Şəxsnə xx.xx.2025-ci il tarixdə 3-17-5/2-72292/2025 nömrəli məktub göndərərək bildirmişlər ki, vətəndaş X6 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətinə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X6 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid işdən azad olunma ilə bağlı müvafiq sənədlər (xitam əmri, ərizəsi və s), çalışdığı dövr üzrə iş saatları uçotunun cədvəlləri, çalışdığı dövr üzrə əmək haqqı hesab cədvəllərinin surətləri, çalışdığı dövr üzrə əmək haqlarının ödənildiyini təsdiq edən sənədlərin surətləri, son haqq-hesabın hesablanması cədvəli, son haqq-hesabın ödənildiyini təsdiq edən sənədlər (bank çıxarışı və ya bank arayışı) və vətəndaşın müraciətində qeyd olunan məsələyə münasibət bildirilməsinə dair cavab məktubunu 7 iş günü ərzində X14 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 ünvan 3 materiallarında olan azərpoçtun məktubun çatdırılması barədə sənədindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 3-17- 5/2-72292/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu hüquqi şəxs Şəxsnə xx.xx.2025-ci il tarixdə saat 16:47-də çatdırılmışdır. Şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinə məktub və ona əlavə olunmuş sənədlər göndərərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli 3-17-5/2-65816/2025 nömrəli müraciətdə vətəndaş X10 tərəfindən irəli sürülən iddialar müəssisə rəhbərliyi tərəfindən araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, vətəndaş xx.xx.2025-ci il Tarixindən Şəxs MMC-də əmək fəaliyyətinə başlamışdır. Əmək müqaviləsinə xx.xx.2025-ci tl tarixində, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2(a) bəndinə uyğun olaraq, işçinin öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. İşçi əmək funksiyasını Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq əmək müqaviləsində müəyyən edilmiş iş vaxtı çərçivəsində yerinə yetirmiş. Məcəllənin 99-cu maddəsinə əsasən iş vaxtından artıq İşlərə cəlb edilməmişdir. Bu səbəbdən əlavə iş saatlarına görə ödənişin edilməməsi barədə iddia əsassızdır. İşçi görülən işə uyğun olaraq əmək haqqını tam həcmdə almışdır. Əmək Məcəlləsinin 172,173,174 və 175-ci maddələrinə uyğun otaraq müəssisənin işçiyə qarşı hər hansı maliyyə borcu olmamışdır. Əmək funksiyasının icrası zamanı işçi tərəfindən müəyyən nöqsanlara yol verildiyinə görə ona Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən sifahi xəbərdarlıq edilmişdir. Xəbərdarlıqdan sonra işçi müəssisə rəhbərliyinə qarşı etiraz bildirmiş və "əgər məni işdən çıxarsanız, sizin barənizdə şikayət edəcəyəm” demişdir. Ardınca işçi Əmək Məcəlləsinin 68,2 (a) bəndinə uyğun olaraq öz yazılı ərizəsi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və bu xitam qanunvericiliyin tələblərinə tam uyğun şəkildə rəsmiləşdirilmişdir. Təqdim etdikləri sənədlərdə yuxarıda göstərilən bütün hallar öz əksini tapmışdır. Yuxarıdakıları nəzərə alaraq bildiririk ki, müəssisə tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəalarına tam şəkildə əməl edilmiş və əmək münasibətlərində hər hansı qanun pozuntusuna yol verilməmişdir. Şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinə məktub və ona əlavə olunmuş sənədlər göndərərək bildirmişdir ki, vətəndaş X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142* Çağrı Mərkəzinə müraciət edərək Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə ünvanladığı şikayətə əsasən, xx.xx.2025-d il tarixində portel vasitəsilə göndərilən **********166 nömrəli məktuba cavab olaraq bildirmişlər ki, həmin müraciətdə cəmiyyətin vətəndaşa fevral və mart ayları üzrə əmək haqqını, həmçinin əmək məzuniyyətinə görə son haqq-hesabı ödəmədiyi qeyd olunmuşdur. Müraciətdə göstərilənlərlə bağlı bildirilmişdir ki, vətəndaş X3 xx.xx.2024-cü il tarixində cəmiyyətə işə qəbul olunmuş, işlədiyi müddətdə əmək məzuniyyətinə çıxmamışdır. O, xx.xx.2025-ci il tarixində öz xahişi ilə ərizə yazaraq əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə təqdim edərkən vətəndaş yazılı şəkildə fevral və mart ayları üzrə əməkhaqqı borcunun tam ödənildiyini təsdiqləmişdir. Əlavə olaraq, xitam əmrinə əsasən vətəndaşa düşən 14 gün məzuniyyətə görə son haqq-hesab məbləği Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq (işçi işdən çıxarkən ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilir) tam şəkildə ödənilmişdir. Bundan başqa, vətəndaş Hüseynova mağaza müdiri Günay Əzimovaya müraciət edərək, borcun olmadığı halda *142* Çağrı Mərkəzinə etdiyi şikayəti geri götürəcəyini bildirmişdir. Lakin qanunvericiliyə uyğun olaraq ona fevral və mart ayları üzrə əməkhaqqısı, həmçinin 14 gün məzuniyyətinə görə son haqq-hesabı tam şəkildə ödənilməsinə baxmayaraq, şikayətini geri götürməmişdir. Yuxanda qeyd olunanları nəzərə alaraq, müraciətdə göstərilən əməkhaqqı borcunun (işçinin kart hesabına İki dəfə ödənilməsini təsdiq edən qəbzlərlə) və məzuniyyətə görə son haqq-hesabın tam şəkildə ödənildiyini təsdiq edən sənədlər təqdim edilir və cəmiyyət tərəfindən vətəndaşa qarşı hər hansı əmək hüququ pozuntusunun olmadığı diqqətə çatdırılmışdır. Şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinə məktub və ona əlavə olunmuş sənədlər göndərərək bildirmişdir ki, vətəndaş X11 tərəfindən Şəxs MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 11 iyul 2025-ci il tarixində, 1-1-5/2-Q-23S9-79/2025 № ilə ünvanlanmış müraciətə əsasən bildirilmişdir ki, 26 avqust 2025-ci il tarixindən etibarən vətəndaş Qurbanova ilə bağlanmış 4 nömrəli akta əsasən, həmin tarixdən 01 sentyabr 2025-ci il tarixi daxil olmaqla cəmiyyətin vətəndaşa borclu olduğu 1 100 (bir min yüz) manat əmək haqqı tam şəkildə ödənilmişdir. Bu ödənişi təsdiq edən akt və qəbzlərin surəti təqdim edilir. Həmçinin bildirilmişdir ki, vətəndaş Qurbanova 2 sentyabr 2025-ci il tarixində 142 Çağrı Mərkəzinə zəng edərək şikayətini geri götürmüş və borcun tam ödənildiyini təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu, tərəfin izahatını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 539.1-1-ci maddəsində əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sübutlarla kifayət qədər öz təsdiqini tapmalıdır. Hazırki iş üzrə müəyyən olunmuşdur ki, vətəndaşlar X10, X3 və X6 şikayətləri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Şəxsnə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-65816/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 65664/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-5/2-72292/2025 nömrəli göndərilən məktublarda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX BŞİ-nə təqdim edilməsi tələb olunmuşdur. Məktubların xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə çatdırılmasına baxmayaraq müəssisə tərəfindən sənədlər natamam təqdim olunmuş, bu günə qədər sənədlər tam şəkildə təqdim olunmamışdır. Göründüyü kimi Şəxs İXM-nin 539.3-cü maddəsinin tələbləri pozulmuşdur. İXM-nin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1-22.1.3-cü yəni xəbərdarlıq, inzibati cərimə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. Həmin Məcəllənin 25.5-ci maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 22, 25, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan (VÖEN: **********) hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar