Məhkəmə qərarları › İş №3(010)-3866/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3866/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3866/2024 12.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 nümayəndəsi 20 saylı Vəkil Bürosunun vəkili Vəkil və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Hüquq İdarəsinin baş məsləhətçisi Nümayəndə iştirakları ilə, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 05 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 05 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş materiallar 22 avqust 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. X5 şikayət ərizəsinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin barəsində tərtib etdiyi xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, ona 1000 (bir min) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Qərarın surəti 19 avqust 2024-cü il tarixdə ona təqdim edilmişdir. Şikayət olunan qərardan görünür ki, X2 Bayram Allahverdi oğlunu xx.xx.2021-ci il tarixdə işdən çıxartdığına görə və ona bəzi ayların maaşını ödəmədiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Aşağıda sadalananlara görə qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, qərardan da göründüyü kimi X3 xx.xx.2021-ci il tarixdə işdən azad etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydindən görünür ki, “Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.” Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi şəxsin işdən çıxarılması tarixindən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq şikayət olunan qərar qəbul edilərək, hüquqları kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 26cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli qərarı). “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin barəsində tərtib etdiyi xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 nümayəndəsi 20 saylı Vəkil Bürosunun vəkili Vəkil izahatında bildirdi ki, ərizədə qeyd olunanları təsdiq edir. Əlavə olaraq bildirmişdir ki, X5 barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, X1 əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verildiyindən və onun üzərindən 4 ildən artıq müddət keçdiyindən şəxsin əməlində inzibati xətanın tərkibi olmuş olsa belə şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti ötürüldüyündən inzibati məsuliyyətə cəlb oluna bilməz. Ona görə də X5 barəsində həmin maddə ilə başlanmış inzibati icraata Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin barəsində tərtib etdiyi xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Hüquq İdarəsinin baş məsləhətçisi Nümayəndə bildirdi ki, xx.xx.2024-cü il tarixdə X4 Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək X5 onu işlədib 19.000 manat məbləğində əmək haqqını verməmişdir. Qeyd olunan əmək haqqının ona ödənilməsini tələb etmişdir. xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə vəzifəli şəxs X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanmış və həmin tarixdə material baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə göndərilmişdir. Buna görə də X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində 05 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qarşı tərəfin mövqeyinə münasibət bildirərək qeyd etmişdir ki, həmin inzibati xəta uzanan xətadır. Uzanan xətalarda inzibati xətanın aşkar olunduğu gündən bir il ərzində inzibati tənbeh verilə bilməsi nəzərdə tutulmuşdur. Həmin iş üzrə toplanmış material Baş Prokurorluqdan X9nə 15 iyul 2024-cü il tarixli məktubla göndərildiyindən və bir illik müddət ötürülmədiyindən, qəbul olunmuş qərarın qanuni və əsaslı olmasını, X5 şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 43.3-cü maddəsi nəzərə alınmaqla İXM-nin 192.4-cü maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 192-ci maddəsi İnzibati Xətalaq Məcəlləsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalar fəslinə aid edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin nümayəndəsini və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə tətbiq olunmuş inzibati tənbeh vermə haqqında qərar inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 38-ci və 53-cü maddələri tətbiq edilməklə xitam verilməlidir. Belə ki, şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, X10 fiziki şəxs olaraq VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, öhdəliyindən bir neçə avtobus olmuş və həmin avtobuslara verilmiş xətt bağlandığından şirkətin işçilərinin ixtisarı həyata keçirilmişdir. X3 əmək müqaviləsi ilə sürücü kimi işə qəbul etmiş, sonradan xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verməklə işdən çıxartdığına görə və ona bəzi ayların maaşını ödəmədiyinə görə, inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin barəsində tərtib etdiyi xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, ona vəzifəli şəxs kimi 1000 (bir min) manat cərimə tətbiq edilmişdir. Sonuncu xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək onun ləğv edilməsini xahiş etmiş və şikayət bununla əsaslandırılmışdır ki, qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, qərardan da göründüyü kimi X3 xx.xx.2021-ci il tarixdə işdən azad etmişdir. Bildirmişdir ki, şəxsin işdən çıxarılması tarixindən 4 ilə yaxın müddət keçmiş və buna görə də Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X9 Xidməti X5 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq və inzibati tənbeh tətbiq edilməsinə dair qanunvericiliklə müəyyən edilmiş halları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab etmişdir ki, Xidmətin Bakı şəhər İdarəsinin 05 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X4 tərəfindən X1 7 il ərzində X10 tərəfindən ümumilikdə 19000 manat pulun əmək haqqı olaraq mənimsənilməsi ilə bağlı şikayət ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, vəzifəli şəxs X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. X4 Azərbaycan Respublikası Baş Prokurorluğuna verdiyi izahatında göstərmişdir ki, 2015-ci ilin təxminən iyun-iyul ayından 2022-ci ilin 2-ci yarısına kimi 592 saylı Xətt marşrutu üzrə sürücü işləmişdir. Onu işə götürən şəxs və şirkətin rəhbəri X10 olmuşdur. Cabbar Nəzərov şəxsiyyət və sürücülük vəsiqəsinə baxıb onu işə götürmüşdür. Xətt marşurutu və maşınlar da Cabbar Nəzərova məxsus olmuşdur. Həmin şirkətin adını bilmir, onu hamı Cabbarın şirkəti adlandırırdı. Şirkət sərnişin daşıma işləri ilə məşğuldur. Şirkətlə arasında rəsmi əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən 1-2 il ona aylıq 156 manat, sonra isə 250 manat maaş verilməsi nəzərdə tutulmuşdur. Ona əmək müqaviləsində nəzərdə tutulan həmin maaşdan heç bir məbləğdə pul ödənilmirdi. O, səhər saat 6-dan axşam saat 10-11 radələrinə kimi ona verilmiş avtobus ilə sərnişin daşıyırdı. O, həmin nəqliyyat vasitəsinin yanacağını öz hesabına təmin edirdi. Hər günün sonunda o, Cabbar Nəzərovun dispetçeri Cavanşir adlı şəxsə gördüyü işlə bağlı plan verirdi. Həmin şəxs sonradan vəfat etmişdir. Demək olar ki, hər gün görülən işlə bağlı verilən plandan əlavə 10 manat pulu Cabbara vermiş, o həmin pulları onlar üçün bonus olaraq alıb yığırmış ki, sonra sürücülərə həmin yığılan məbləği maaş kimi versin. Gündəlik isə orta hesabla görülən işə əsasən 30-40 manat ona qalırdı. 2015-ci ildən 2022-ci ilin 2-ci yarısına kimi orada işlədiyi müddət ərzində ona ümumilikdə həmin yığılan əmək haqqından 500 manat pul qalmışdır. Cabbar o və digər işçilərlə əmək müqaviləsinə 2021ci ilin aprel ayında xitam vermiş, lakin daha sonra onları faktiki olaraq işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Bundan başqa həmin şirkətdə işlədiyi dövrdə dəqiq yadında qalmayan müddətdə işdə aldığı xəsarətlə bağlı təxminən 1 ilə yaxın işə çıxa bilməmişdir. Həmin müddət ərzində Cabbar ümumilikdə 100 manat məbləğində pulu ona qonşu Amil adlı sürücü ilə yollamışdır. O, həmin xəsarəti iş vaxtı maşının nasaz olmasına baxmayaraq idarə olunması zamanı almışdır. Belə ki, avtobusu hərəkət etməsi üçün ön qapısından itələyən zaman qarlı hava şəraiti ilə bağlı dizi yerə dəydiyi zaman xəsarət almışdır. Xəsarət almağı ilə bağlı Xırdalanda yerləşən Mərkəzi Xəstəxanaya müraciət etmişdir. Cabbar 2022-ci ilin 2-ci yarısında arasında yaranmış mübahisə ilə bağlı onu işdən çıxartmışdır. Oradan işdən çıxandan sonra isə "xxxx" MMC-də sürücü kimi işləməyə başlamışdır. O, işdən çıxarılmağı və əmək haqqının ödənilməməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cabbar müəllimin dediyinə əsasən şirkətin həm lisenziyası, həm də VÖEN-i olmuş, şirkət qanuni fəaliyyət göstərmişdir. Bildirmək istəyir ki, 2023-cü ilin oktyabrın 1-dən onun işlədiyi 592 saylı xətt Xaliq Faiq oğlu MMC adlanmağa başlamışdır. Cabbar həmin xətti Faiqə satmışdır. Onun hesablamasına görə 19.000 manat əmək haqqı Cabbar tərəfindən ona ödənilməmişdir. Həmin məbləğin ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, X4 həmin tarixdə sürücü vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişdən görünür ki, X1 əmək müqaviləsinə qeyd olunan tarixdən xitam verilmişdir. İş materiallarından göründüyü kimi X10 vəzifəli şəxsdir. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Buna görə də X10 vəzifəli şəxs qismində maddənin sanksiyasında nəzərdə tutulmuş məbləğdə inzibati cərimə olunmuşdur. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən «bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 09 mart 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Eyni normanı İXMnin 38.2-ci maddəsinə aid etsək görünür ki, həmin maddədə nəzərdə tutulmuş bir illik müddət keçmədən şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı (qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi qaçılmazdır. İXM-nin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmçinin qeyd olunmalıdır ki, inzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində təsbit edilmiş inzibati xətanın törədildiyi gün həmin xətanın obyektiv cəhətini təşkil edən hərəkətin icra edildiyi - işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi Əmək Məcəlləsinin 83cü maddəsinin dispozisiyasında göstərilmiş işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir cümləsində əmək müqaviləsinə xitam verildiyi gün hesab edildiyindən, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı da həmin tarixdən başlanır. İş materiallarından da göründüyü kimi X4 ilə əmək müqaviləsinə 01 aprel 2021-ci il tarixdən xitam verildiyindən və onun üzərindən 3 ildən artıq müddət keçdiyindən şəxsin əməlində inzibati xətanın tərkibi olmuş olsa belə şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati məsuliyyətə cəlb oluna bilməz. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən X10 barəsində qəbul olunmuş 05 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 05 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar