Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3872/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 iştirakı ilə, Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 01 oktyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X3 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər DYPİ-nin vəzifəli şəxsi tərəfindən 01 oktyabr 2025-ci ildə qəbul olunmuş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat miqdarında cərimə edilmişdir. X5 şikayət ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər DYPİ-nin YPX-nin inspektoru, polis mayoru X6 tərtib etdiyi 01 oktyabr 2025-ci il tarixdə TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək qeyd etmişdir ki, 10 avqust 2025-ci il tarixində 30 saylı marşrut xətti üzrə ** JS *** nömrəli BYD markalı avobusla saat 12:45 radələrində Səbail rayonu, Dilarə Əliyeva-Keykab Səfərəliyeva küçəsində təyin olunmuş xətt üzrə hərəkətdə olarkən 27BA644 nömrəli Meqan minik markalı avtomobilin sürücüsü qəfildən o, sağ dönmə əməliyyatı edərkən, digər avtomobil sürücüsü onu sağdan ötüb keçmək istəmişdir. O, sağ güzgüyə baxarkən sağında olmadığı üçün hərəkətini davam etmişdir. Digər avtomobilin anidən sağa keçməsi nəticəsində yol nəqliyyathadisəsi baş vermişdir. Dərhal DİN-nin 102 Zəng Mərkəzinə məlumat verib hadisəni qeydiyyata aldırmışdır. Hahisə yerinə Bakı şəhər DYPİ-nin YPXnin polis kapitanı X4 yaxınlaşaraq sənədlərini almış və növbəti günü səhər saat 09:00-da Bakı şəhər DYP-nə yaxınlaşmağını bildirmişdir. Ondan avtobusun müşahidə kamerasını tələb etmişdir. Hadisə qeyri iş günü olduğu üçün inspektora görüntünü 11 avqust 2025-ci il saat 13:00-dan sonra gətirəcəyini bildirmişdir. 11 avqust 2025-ci il təxminən saat 13:00 radələrində ona zəng vasitəsilə avtobusun müşahidə kamera görüntüsünə baxmadan günahkar olduğunu bildirmişdir. O, da protokolun qərarsız saxlanmasını xahiş etmişdir. YPİ-nin polis kapitanı X4 ona qərar qüvvəyə mindiyində ona xəbər edəcəyini bildirmişdir. 20 avqust 2025-ci ildə telefonuna yüklədiyi e-polis proqramına baxarkən protokolun qərarı qüvvədə saxladığını görmüşdür. O, 21 avqust 2025-ci ildə Bakı şəhər YPX-ninİdarəsinə yaxınlaşıb qərarı götürmüşdür. Bakı şəhər DYP-nin YPX-nin inspektoru X2 tərtib etdiyi 11 avqust 2025-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı tamamilə qanunsuz hesab edərək məhkəməyə müraciət etmişdir. Məhkəmənin 09 sentyabr 2025-ci il tarixli qərarı ilə inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırmaya göndərilmişdir. Lakin yeni araşdırmada onu çağırmadan qanunsuz qərar qəbul edilmişdir. Belə ki, o, idarə etdiyi ** JS *** dövlət qeydiyyat nişanlı BYD markalı sernişin avtobusunda quraşdırılmış təhlükəsizlik kameralarında yuxarıda qeyd etdiyi hadisənin baş vermə anı tam olaraq əks olunmuşdur. Videoda tam aydın şəkildə görünür ki, ** BZ *** nömrəli avtomobilin sürücüsü yuxarıda qeyd etdiyi formada sağdan ötmə əməliyyatı edərkən idarə etdiyi avtobusun orta qapısına vuraraq qəza törətmiş və "xxxx" MMC-nin hüquq şöbəsi tərəfindən hadisə araşdırılan zaman onun günahsız olduğu öz təsdiqini tapmışdır. Lakin Bakı şəhər DYPİ-nin inspektoru X8 onun xəbəri olmadan araşdırma aparmış, yenidən ədalətsiz qərar, baş vermiş hadisədəavtobusa dəymiş maddi ziyanın ondan tutulması ilə nəticələnəcək. İnspektor tərəfindən onun bütün hüquqları pozulmuş və eyni zamanda maddi cəhətdən onun vəziyyətini daha da pisləşdirmişdir. "xxxx" MMC-nin sifarişi əsasında istehsalçı tərəfindən sərnişin avtobuslarında araşdırılmış video qeydiyyatçıda hadisənin necə olması və nə cür baş verməsi əks olunub. Hadisədən sonra avtomobilləri hadisə yerindən tərpətmədən özünə məxsus mobil telefonla dörd bir tərəfdən şəkilini çəkmişdir. DYP-nin inspektoru X6 tərtib etdiyi qərardan 04 oktyabr 2025-ci il tarixində mobil telefonuna yüklədiyi proqram vasitəsilə verilən qərardan xəbər tutmuşdur. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Bakı şəhər DYPİ-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin 01 oktyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 10 avqust 2025-ci il tarixdə, saat 12:40-da “BYD K9UD” avtobus markalı ** JS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, işin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 01 oktyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı qanuni və əsaslı olduğundan, X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı şəhər DYPİ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 01 oktyabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-3872/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3872/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver