Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3879/2025 21.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X1 və Zərərçəkmiş şəxs4 iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta texniki təhsilli, Construction Engineering-də montajçı vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci tarixdə saat təxminən 08:20 radələrində dostu Şahid ilə birgə Amilə məxsus olan onun idarə etdiyi, “TOYOTA PRADO" markalı **-NZ-*** d.q.n-lı avtomobil ilə Suraxanı rayonu, Heydər Əliyev prospektindən üzü Koroğlu metrostansiyası istiqamətinə doğru hərəkətdə olan zaman anidən qarşısında hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi, HYUNDAİ SANTAFE markalı **-GQ-*** d.q.n-lı avtomobil saxlamış, o, da idarəetməni itirərək HYUNDAİ SANTAFE markalı avtomobilin arxa hissəsinə çırpılmış, çırpılma nəticəsində HYUNDAİ SANTAFE markalı avtomobil sürüşərək qarşısında dayanan Zərərçəkmiş şəxs4 idarə etdiyi Toyota Prado markalı, **-RY-*** d.q.n-lı avtomobilə dəyərək dayanmışdır. Qəza nəticəsində Zərərçəkmiş şəxs1 idarə etdiyi HYUNDAİ SANTAFE markalı avtomobildə sərnişin qismində əyləşmiş X3 və Zərərçəkmiş şəxs3 xəsarət almışlar, tibbi ekspertizadan keçmişlər və hər ikisi “YÜNGÜL” dərəcəli bədən xəsarəti almışlar. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 sentyabr 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuşdur. Material üzrə qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. 25 sentyabr 2025-ci il tarixdə Suraxanı RPİ-nin DYPŞ-nin polis mayoru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 08:20 radələrində özünə məxsus olan idarə etdiyi, TOYOTA PRADO markalı **-RY-*** d.q.n-lı avtomobili ilə Suraxanı rayonu, Heydər Əliyev prospektindən üzü Koroğlu metrostansiyası istiqamətinə doğru hərəkətdə olan zaman anidən avtomobilinin qarşısında bir avtomobil əyləci sıxaraq qəfil dayanmış və o, da dərhal avtomobili dayandırmış, avtomobilinin arxasında hərəkətdə ola HYUNDAİ SANTAFE markalı avtomobil də saxlamış və bu zaman həmin avtomobilin arxasında sürətnən gələn qara rəngli Toyota Prado markalı avtomobil HYUNDAİ SANTAFE markalı avtomobilin arxa hissəsinə çırpılmış və Santafe markalı avtomobil də zərbənin təsirindən sürüşərək onun avtomobilinin arxa hissəsinə çırpılaraq dayanmışdır. Hadisə baş verən zaman hava aydın, yol asfalt örtüklü olmuşdur. Avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Avtomobili idarə etdiyi zaman ayıq vəziyyətdə olmuşdur. Hadisə zamanı tək olmuş və xəsarət almamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 08:20 radələrində özünə məxsus olan etibarnamə ilə idarə etdiyi, “HYUNDAİ SANTAFE” markalı **-GQ-*** d.q.n-lı avtomobili ilə Suraxanı rayonu, Heydər Əliyev prospektindən üzü Koroğlu metrostansiyası istiqamətinə doğru hərəkətdə olan zaman anidən avtomobilinin qarşısında hərəkətdə olan ağ rəngli Toyota Prado markalı avtomobil əyləci sıxmış, o, da həmin avtomobilə dəyməmək üçün əyləci sıxıb dayanmış və bu zaman avtomobilinin arxasında sürətnən hərəkətdə olan qara rəngli Toyota Prado markalı avtomobil idarə etdiyi avtomobilin arxa hissəsinə çırpılmış, çırpılma nəticəsində idarə etdiyi avtomobil qarşısında dayanan ağ rəngli Toyota Prado markalı avtomobilin arxa hissəsinə sürüşərək dəymiş və dayanmışdır. Az sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Qəza nəticəsində avtomobilində sərnişin qismində əyləşmiş anası X3 və qohumu Zərərçəkmiş şəxs3 xəsarət aldıqlarına görə hadisə yerinə X11 stansiyasının əməkdaşları gəlmişlər. TTYS-nın əməkdaşları anası X2 və qohumu Zərərçəkmiş şəxs3 Sabunçu xəstəxanasına aparmışlar. Hadisə baş verən zaman hava aydın, yol asfalt örtüklü olmuşdur. Avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Avtomobili idarə etdiyi zaman ayıq vəziyyətdə olmuşdur. Qəza nəticəsində özü heç bir xəsarət almamış, anası Gülsara və qohumu Səmənnaz isə yüngül dərəcəli bədən xəsarəti almışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 08:20 radələrində oğlu Zərərçəkmiş şəxs1 idarə etdiyi “HYUNDAİ SANTAFE” markalı **-GQ-*** d.q.n-lı avtomobil ilə Suraxanı rayonu, Heydər Əliyev prospektindən üzü Koroğlu metrostansiyası istiqamətinə doğru hərəkətdə olan zaman anidən avtomobillərinin qarşısında hərəkətdə olan ağ rəngli Toyota Prado markalı avtomobil qəfil əyləci sıxmış, oğlu həmin avtomobilə dəyməmək üçün əyləci sıxaraq dayanmış və bu zaman arxadan sürətnən hərəkətdə olan qara rəngli Toyota Prado markalı avtomobil oğlunun idarə etdiyi avtomobilin arxa hissəsinə zərbə ilə çırpılmış, çırpılma nəticəsində oğlunun idarə etdiyi avtomobil qarşısında dayanan ağ rəngli Toyota Prado markalı avtomobilin arxa hissəsinə sürüşərək dəyib dayanmışdır. Az sonra hadisə yerinə polis əməkdaşı gəlmişlər. Qəza nəticəsində o və avtomobildə sərnişin qismində əyləşmiş qohumu Zərərçəkmiş şəxs3 xəsarət aldıqlarına görə hadisə yerinə X11 stansiyasın əməkdaşları gəlmişlər, TTYS-nın əməkdaşları onu və qohumu Zərərçəkmiş şəxs3 Sabunçu xəstəxanasına aparmışlar. Sabunçu xəstəxanasında onu Kate və usm müayinəsi etmişlər və ambulator müalicə üçün evə buraxmışlar. Hadisə baş verən zaman hava aydın, yol asfalt örtüklü olmuşdur. Hadisə zamanı özü və qohumu Səmənnaz yüngül dərəcəli bədən xəsarəti almışlar, başqa şəxslərin xəsarət almasından məlumatı olmamışdır. Sonda Şəxs qarşı şikayətinin olmadığını bildirərək məhkəməyə ərizə təqdim edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs özünü tam təqsirli bilərək izahat verib bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 08:20 radələrində dostu Şahid ilə birgə Amilə məxsus olan onun idarə etdiyi, “TOYOTA PRADO” markalı 90-N2-950 d.q.n-lı avtomobil ilə Suraxanı rayonu, Heydər Əliyev prospektindən üzü Koroğlu metrostansiyası istiqamətinə doğru hərəkətdə olan zaman anidən qarşısında hərəkətdə olan HYUNDAİ SANTAFE markalı avtomobil əyləci sıxmış və avtomobili saxlamış, o da idarəetməni itirərək HYUNDAİ SANTAFE markalı avtomobilin arxa hissəsinə çırpılmış, çırpılma nəticəsində HYUNDAİ SANTAFE markalı avtomobil sürüşərək qarşısında dayanan ağ rəngli Toyota Prado markalı avtomobilə dəyərək dayanmışdır. Hadisə baş verən zaman hava aydın, yol asfalt örtüklü olmuşdur. Avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Avtomobili idarə etdiyi zaman ayıq vəziyyətdə olmuşdur. Bildirmişdir ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş və onlarla barışmışdır. Sonda Şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Zərərçəkmiş şəxs3 məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, Suraxanı rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməmişlər, məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsinin və Zərərçəkmiş şəxs3 iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 08:20 radələrində qohumu Zərərçəkmiş şəxs1 idarə etdiyi, “HYUNDAİ SANTAFE” markalı **-GQ-*** d.q.n-lı avtomobil ilə Suraxanı rayonu, Heydər Əliyev prospektindən üzü Koroğlu metrostansiyası istiqamətinə doğru hərəkətdə olan zaman anidən avtomobillərinin qarşısında hərəkətdə olan ağ rəngli Toyota Prado markalı avtomobil əyləci sıxmış, Yavuz da ona dəyməmək üçün əyləci sıxaraq dayanmış və bu zaman avtomobillərinin arxasından sürətnən hərəkətdə olan qara rəngli Toyota Prado markalı avtomobil Yavuzun idarə etdiyi avtomobilin arxa hissəsinə çırpılmış çırpılma nəticəsində Yavuzun idarə etdiyi avtomobil qarşısında dayanan ağ rəngli Toyota Prado markalı avtomobilin arxa hissəsinə sürüşərək dəymiş və dayanmışdır. Az sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Qəza nəticəsində o və avtomobildə sərnişin qismində əyləşmiş qohumu X4 yüngül dərəcəli bədən xəsarəti aldıqlarına görə hadisə yerinə X11 stansiyasının əməkdaşları gəlmişlər. TTYS-nın əməkdaşları onu və qohumu X2 Sabunçu xəstəxanasına aparmışlar, Sabunçu xəstəxanasında onu Kate və Usm müayinəsi etmişlər və ambulator müalicə üçün evə buraxmışlar. Hadisə baş verən zaman hava aydın, yol asfalt örtüklü olmuşdur. İş materiallarında olan Şahid izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 08:20 radələrində dostu Şəxs ilə birgə ona məxsus olan tanışı Şəxs idarə etdiyi, “TOYOTA PRADO” markalı **-NZ-*** d.q.n-lı avtomobil ilə Suraxanı rayonu, Heydər Əliyev prospektindən üzü Koroğlu metrostansiyası istiqamətinə doğru hərəkətdə olan zaman anidən qarşılarında hərəkətdə olan HYUNDAİ SANTAFE markalı avtomobil əyləci sıxmış və avtomobili saxlamışdır. Emin Mlrzəyev də idarəetməni itirərək HYUNDAİ SANTAFE markalı avtomobilin arxa hissəsinə çırpılmış, çırpılma nəticəsində HYUNDAİ SANTAFE markalı avtomobil sürüşərək qarşısında dayanan ağ rəngli Toyota Prado markalı avtomobilə dəyərək dayanmışdır. Hadisə baş verən zaman hava aydın, yol asfalt örtüklü olmuşdur. Avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 672 saylı xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarət-başın alın nahiyəsinin sol yan səthini və sol qaş qövsü nahiyəsini əhatə edən yumşaq toxumanın hematoması bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomobilin digər avtomobil ilə toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 673 saylı xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ qaş qövsü nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2025-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomobilin digər avtomobil ilə toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.8-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Şəxs, zərərçəkmiş şəxslərin, şahidin izahatı, məhkəmə tibbi ekspertizaların rəyləri, inzibati xəta haqqında protokol, iş materialına əlavə edilmiş digər sənədlər ilə Şəxs əməli kifayət qədər sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hal məhkəmədə müəyyən edilməmişdir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini, hadisənin ehtiyatsızlıqdan törədilməsini, əvvəllər eyni maddə ilə barəsində inzibati xəta haqqında protokolun olmamasını, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslərlə barışığın əldə olunmasını və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini məhkəmə İXM-nin 32.1.1 və 32.2-ci maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 111, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta texniki təhsilli, Construction Engineering-də montajçı vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3879/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3879/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver