Məhkəmə qərarları › İş №3(010)-3891/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-3891/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-3891/2025 13.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi, Muradov Pərviz Namiq oğlu, X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair BNA informasiya sisteminin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: BNA informasiya sisteminin xx.xx.2022-ci il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 20 manat məbləğində inzibati cərimə olunmuşdur. BNA informasiya sisteminin xx.xx.2022-ci il tarixli qərarından X1 şikayəti 09 oktyabr 2025-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş qərardan görünür ki, şikayət olunan qərar 15 dekabr 2022-ci il tarixdə tərtib edilmiş, qərarda nömrəsi göstərilməsə də BNA2327505 nömrəli protokol əsasında tərtib olunduğu qeyd edilmişdir. İş materiallarından müəyyən olunur ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair BNA informasiya sisteminin xx.xx.2022-ci il tarixli qərarından xx.xx.2025-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə şikayət etmiş, şikayət məhkəmənin dəftərxanasında həmin tarixdə qeydiyyata alınmışdır. Şikayətində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə BNA informasiya sisteminin xx.xx.2022-ci il tarixli qərarı ilə 20 manat məbləğində inzibati tənbeh tətbiq olunmuşdur. Qərarla razı deyil və buna görə də qərarın ləğv edilməsini xahiş etmişdir. X4 vəsatətlər verərək şikayətinə ünvan 1 ünvanında yaşadığından yaşayış yeri üzrə Suraxanı rayon Məhkəməsində baxılmasını və qərardan şikayət verilməsi üçün müddətin üzürlü səbəbdən buraxılmasına görə bərpa olunmasını xahiş etmişdir. X3, barəsində qəbul edilmiş BNA informasiya sisteminin xx.xx.2022-ci il tarixli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddəti bitdikdən sonra məhkəməyə müraciət etmişdir. X3 şikayətində mübahisələndirilən qərarın surətinin rəsmi olaraq ona nə vaxt təqdim edilməsinə, həmin qərarla bağlı nə zaman məlumatlandırılmasına, bununla da qanunvericilikdə müəyyən edilmiş 20 gün ərzində şikayət verdiyinə dair hər hansı bir mötəbər sübut əlavə etməmişdir. Həmçinin müddətinin bərpa olunması ilə bağlı vəsatətində 07 oktyabr 2025-ci il tarixdə avtomobilin texniki baxışı zamanı həmin cəriməni aşkar etməsini bildirsə də qeyd olunmalıdır ki, avtomobilin texniki baxışı il ərzində 1 dəfə keçirilən proses olduğundan və texniki baxışdan keçən zaman cərimənin aşkar olunması mümkün olduğundan, qeyd olunan cərimələrin isə 2022-ci ildə tətbiq olunması nəzərə alınmaqla müddətin üzürlü səbəbdən ötürülməsi ilə bağlı mötəbər sübutların təqdim olunmadığı görünür. Bununla da X3 BNA informasiya sisteminin xx.xx.2022-ci il tarixli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürmüşdür. Barəsində inzibati qərar çıxarılmış şəxs X3 tərəfindən verilmiş şikayətə şikayətin buraxılma müddətinin üzürlü hesab edilərək bərpa edilməsinə dair vəsatət əlavə etsə də, qərarın surətinin rəsmi olaraq ona nə vaxt təqdim edilməsinə, həmin qərarla bağlı nə zaman məlumatlandırılmasına, bununla da qanunvericilikdə müəyyən edilmiş 20 gün ərzində şikayət verdiyinə dair hər hansı bir mötəbər sübut əlavə etməmişdir. Belə olan halda hesab edirəm ki, X3 BNA informasiya sisteminin xx.xx.2022-ci il tarixli qərarından qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürdüyünə görə və müddətin üzürlü səbəbdən buraxılması ilə bağlı vəsatət şikayətə əlavə etsə də qərarın surətinin rəsmi olaraq ona nə vaxt təqdim edilməsinə, həmin qərarla bağlı nə zaman məlumatlandırılmasına, bununla da qanunvericilikdə müəyyən edilmiş 20 gün ərzində şikayət verdiyinə dair hər hansı bir zəruri sübut təqdim etmədiyindən onun şikayətinə hazırki vəziyyətdə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. İXM-nin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-nin 129.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Hazırki iş üzrə Savalan Səlimov şəxsiyyət vəsiqəsində onun qeydiyyat yeri Suraxanı rayonu qeyd edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. İXM-nin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixil Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 118, 122, 126, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair BNA informasiya sisteminin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti X2 geri qaytarılsın. Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar