Məhkəmə qərarları › İş №3(010)-3898/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3898/2025

16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3898/2025 16.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi, X1nun iştirakı ilə, X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli BNA ******* nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək BNA-nın xx.xx.2022-ci il tarixli BNA ******* nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 07 oktyabr 2025-ci il tarixində idarə etdiyi TOYOTA CAMRY minik markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili növbəti texniki baxışdan keçirmək üçün təqdim etdikdə ona bildirilmişdir ki, BNA tərəfindən çıxarılmış qərarlar icra edilməyib. Həmin gün sistemdən barəsində çıxarılmış qərarları əldə etmişdir. BNA tərəfindən barəsində qəbul edilmiş qərarlarla tanış olduqda onların qanunusuz və əsassız olaraq qəbul edildiyini müəyyən etdiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən BNA İnformasiya Sistemi tərəfindən BNA ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərar ləğv edilməli və həmin maddə ilə barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. “Yol hərəkəti haqqında qanun”, “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun, eləcə də bu sənədlərin qüvvəyə minməsi və tətbiqi ilə bağlı dövlət başçısının bəzi fərmanlarına edilən dəyişikliklər çərçivəsində “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda da dəyişiklik edilib. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında 4.52-ci bənddən “həmin Məcəllənin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi, habelə” sözləri çıxarılıb. Dəyişikliyə əsasən, Bakı Nəqliyyat Agentliyi tərəfindən bundan sonra göstərilən maddələr üzrə cərimə etmək səlahiyyəti ləğv edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə 2023-cü ilin fevralın 1-i edilən və fevralın 2-də qüvvəyə minən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmağa görə (İXM-in 346-cı maddəsi üzrə) kameralar vasitəsilə (elektron qərarla) də cərimə yazmaq olacaq. Lakin cəriməni yazmaq səlahiyyəti yalnız DYP-yə aiddir. Belə ki, edilən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə (İXM-in 346-cı maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti ləğv edilmişdir. Lakin parklanma qaydalarını pozmaya görə (İXM-in 346-1-ci maddəsi üzrə) “BNA-nın cərimə yazmaq səlahiyyəti qalır”. Təqdim etdiyi tənbeh vermə haqqında qərarlardan da göründüyü kimi BNA tərəfindən parklanma qaydasının pozulması barədə deyil, dayanma-durma qaydalarının pozulması barədə qanunsuz və əsassız qərarlar qəbul edilmişdir. Digər tərəfdən barəsində qəbul edilmiş qərardan görünür ki, ehtimal olunan xəta xx.xx.2022-ci il tarixdə aşkar edilməsinə baxmayaraq qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Demək olar ki, 1 ilə yaxın müddət keçdikdən sonra qərar qəbul edilmiş, halbuki protokol tərtib edildiyi vaxtdan sonra 1 ay müddətində tənbeh vermə haqqında qərar qəbul edilə bilər. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli BNA ******* nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə saat 13:13-də Nəsimi rayonu, R.Behbudov küçəsi, S.Əsgərova küçəsinin kəsişməsində TOYOTA CAMRY minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və ya durma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3898/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli BNA ******* nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin buraxılması üzrlü hesab edilərək bərpa olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə – iyirmi manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli BNA ******* nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X3 xx.xx.2022-ci il tarixdə saat 13:13-də Nəsimi rayonu, R.Behbudov küçəsi, S.Əsgərova küçəsinin kəsişməsində TOYOTA CAMRY minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və ya durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. X1 ərizəsində qeyd etmişdir ki, inzibati cərimə qanunsuz yazılmışdır. Belə ki, “Yol hərəkəti haqqında qanun”, “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun, eləcə də bu sənədlərin qüvvəyə minməsi və tətbiqi ilə bağlı dövlət başçısının bəzi fərmanlarına edilən dəyişikliklər çərçivəsində “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda da dəyişiklik edilib. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında 4.52-ci bənddən “həmin Məcəllənin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi, habelə” sözləri çıxarılıb. Dəyişikliyə əsasən, Bakı Nəqliyyat Agentliyi tərəfindən bundan sonra göstərilən maddələr üzrə cərimə etmək səlahiyyəti ləğv edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə 2023-cü ilin fevralın 1-i edilən və fevralın 2-də qüvvəyə minən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmağa görə (İXM-in 346-cı maddəsi üzrə) kameralar vasitəsilə (elektron qərarla) də cərimə yazmaq olacaq. Lakin cəriməni yazmaq səlahiyyəti yalnız DYP-yə aiddir. Belə ki edilən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə (İXM-in 346-cı maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti ləğv edilmişdir. Digər tərəfdən barəsində qəbul edilmiş qərardan görünür ki, ehtimal olunan xəta xx.xx.2022-ci il tarixdə aşkar edilməsinə baxmayaraq qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Demək olar ki, 1 ilə yaxın müddət keçdikdən sonra qərar qəbul edilmiş, halbuki protokol tərtib edildiyi vaxtdan sonra 1 ay müddətində tənbeh vermə haqqında qərar qəbul edilə bilər. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2022-ci il tarixli BNA ******* nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli BNA ******* nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər onun iştirakı ilə ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli BNA ******* nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X2 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissəsində şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2022-ci il tarixli BNA ******* nömrəli protokol əsasında qəbul olunmuş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar