Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3904/2023 06.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul olunmuş 02 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə X18 şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 18 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşı tərəfindən X18 barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul olunmuş 02 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla X28 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. X28 şikayətlə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, DƏMX Bakı şəhər İdarəsi tərəfindən onun barəsində 02 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X28 şikayətini onunla əsaslandırmışdır ki, X24 Bakı şəhər idarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. X24 Bakı şəhər idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında protokol sahibkarlıq göstərdiyi ünvana göndərilmişdir. Lakin X24 Bakı şəhər idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar rəsmi qaydada müəssisələrinə göndərilməmişdir. Mübahisələndirilən qərar vatsap vasitəsi ilə mühasibin telefonuna göndərildiyindən həmin qərarın yalnız surətini təqdim etmişdir. Bu səbəbdən prosessual qayalarda nəzərdə tutulmuş müddət tərəfindən buraxılmamışdır. Barəsində başlanılmış inzibati icraat, MN ******* saylı protokol və xx.xx.2023-cü il tarixli MN 0023722saylı inzibati tənbeh vermə haqqında qərar tam qanunsuzdur və məhkəmədən həmin qərarın ləğv olunmasını xahiş edir. X3 X24 Bakı şəhər idarəsinə müraciət edərək onun əmək müqaviləsinə ƏM. 70.ç bənd xitam verildiyini və xitamla razılaşmadığını bildirib. X24 Bakı şəhər idarəsi həmin müraciət üzrə müvafiq araşdırma başlayıb və ondan müvafiq sənədlər tələb etmişdir. X2 müəssisəsində işlədiyi dövrdə ona aid olan şəxsi məlumatlar və kadr uçotu ilə bağlı zəruri sənədlər Müfəttişliyə təqdim olunmuşdur. X24 Bakı şəhər idarəsi tərəfindən aparılan araşdırmanın nəticəsi olaraq ona qarşı İXM 192.6-cı maddəsi ilə 1500 manat cərimə tətbiq olunmuşdur. Həmin maddədə xitamın düzgün verilmədiyi əks olunub. X3 əmək müqaviləsi üzrə kəsim üzrə operator peşəsində işləyib. Həmin şəxs işlədiyi müddətdə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar almışdır. İş yerində əməyin mühafizəsi qaydalarını dəfələrlə pozmuşdur. Əmək müqaviləsi üzrə üzərinə düşən tələbləri yerinə yetirməmişdir. Bu səbəbdən X11 xx.xx.2023-cü il tarixdə işçilər tərəfindən tərtib olunmuş akta əsasən iş yerində intizam qaydalarını pozduğu üçün töhmət verilmişdir. X12 yenidən əmək intizamını pozaraq üzrlü səbəb bildirmədən 3 gün işə gəlməmiş və müəssisənin normal fəaliyyəti üçün zəruri olan istehsal axının fəaliyyətinə zərər vurmuşdur. Bu səbəbdən X7 əmək müqaviləsinə ƏM. 70.ç bəndi ilə xitam verilmişdir. X12 qabaqkı iş yeri olan “İndiqo” mətbəəsindən də ƏM. 70.ç bəndi ilə işdən çıxarılmışdır. Xitam tam qanunidir və əsaslıdır. Qeyd olunan məsələlərlə bağlı X24 Bakı şəhər idarəsi tərəfindən aparılan araşdırmada zəruri olan məlumatlar verilib və sənədlər təqdim edilib. Buna baxmayaraq X24 Bakı şəhər idarəsi onu inzibati qaydada cərimələmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq proses iştirakçıları gəlməmişlər. Məhkəmənin əvvəlki iclasında dindirilmiş X28 şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsinin hüquq və mənafelərinin müdafiəsini təmin etmək üçün İdarənin məsləhətçi-əmək müfəttişi X20 bildirmişdir ki, işin araşdırılması zamanı X28 ilə əlaqə saxlamışdır. Ona işdən xəbəri olmadığını bildirərək, Ülviyyə adlı əməkdaşı ilə əlaqə saxlamağını bildirmişdir. Ülviyyə xanım həmin müəssisədə mühasib vəzifəsində çalışır. O, Ülviyyə adlı xanımla əlavə saxlamış və bildirmişdir ki, X8 bir inzibati xətaya görə həm tənbeh verilmiş, həmdə ki, ƏMnin 70-ci maddəsinin ç bəndi ilə xitam verilmişdir. Bununla da, ƏM-nin 189-cu maddəsinin tələbləri pozulmuşdur. Ülviyyə xanım ona bildirmişdir ki, onlar vətəndaşa humanist yanaşmırlar, C.Mustafayev əvvəlki iş yerində də eyni maddə ilə işdən azad olunsa da, işə qəbul etdilər, sənədləri isə onlara təqdim edəcəklər. Qərar 02 avqust 2023-cü il tarixdə qəbul edilmiş, Etibar Eminov və Ülviyyə xanım araşdırmada iştirak ediblər, 1 saata yaxın müzakirədə heç bir sənəd təqdim etmədilər. Qərar tərtib edilən günü bildirdilər ki, akt tərtib edilib, töhmət verilib, sonra ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə xitam verilmişdir. X28 və Ülviyyə xanım sənədlərin surətlərini təqdim etsələr də, aktın surətini verməmişlər. Məhkəməyə təqdim edilən akt sonradan tərtib edilmiş, qərarın müzakirəsi zamanı müəyyən etmişlər ki, akt tərtib edilsə xətadan azad olarlar. Belə kir akt mövcud olsa idi, araşdırma zamanı təqdim olunardı. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul olunmuş 02 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın dəyişdirilmədən, X18 şikayətinin isə təmin edilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsinin hüquq və mənafelərinin müdafiəsini təmin etmək üçün Bakı Şəhər İdarəsinin Hüquq sektorunun baş məsləhətçi X1 Sabina Rəşid qızının dediklərini təsdiq edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul olunmuş 02 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın dəyişdirilmədən, X18 şikayətinin isə təmin edilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 bildirmişdir ki, o, baş mühasib vəzifəsində işləyir. X14 onların işçisi olaraq operator vəzifəsində çalışmışdır. 23 may 2023cü ildə texniki təhlükəsizlik qaydalarını kobud şəkildə pozmuş, yəni çap avadanlığının qarşısında telefondan istifadə etmişdir. Dəfələrlə C.Mustafayevə bu barədə məlumat verilsə də, gizli olaraq telefondan yenə də istifadə etmiş və buna görə də etiraz etmişdir ki, telefondan istifadə edəcəkdir. 23 may 2023-cü ildə nahardan sonra iş yerini tərk edərək çıxıb getmişdir. 23 may 2023-cü ildə hadisə necə baş verməsi ilə bağlı akt tərtib edilmişdir. X28 imzalamışdır, eyni zamanda C.Mustafayevə xəbərdarlıq verilmişdir ki, texniki təhlükəsizliyi pozur. 23 may 2023-cü ildə iş yerini tərk etdiyinə görə C.Mustafayevlə telefonla əlaqə saxlanılmışdır ki, iş yerinə gəlsin. Lakin C.Mustafayev işə gəlmirdi və bu barədə heç bir məlumat vermirdi. 25 may 2023-cü ildə məcbur olaraq yenidən akt tərtib edildi ki, iş yerinə gəlmədiyinə görə. C.Mustafayevin işdən çıxmağına səbəb iki gün işə gəlməməsidir. Onlardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsi bir sıra sənəd tələb etmiş, həmin sənədləri təqdim etmişdik. Akt da həmin sənədlərə əlavə olunmuşdur. Sənədlər əlbə-əl verilmişdir. Onlardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsinin hüquq və mənafelərinin müdafiəsini təmin etmək üçün İdarənin məsləhətçi-əmək müfəttişi X20 nə tələb edibsə, hamısını təqdim etmişdik. 27 may 2023-cü ildə C.Mustafayev özü şəxsən iş yerinə gəlmiş, onlar C.Mustafayevə xəbərdarlıq məktubunu təqdim etmişlər. C.Mustafayev imza ataraq işdən çıxarıldığı barədə xəbəri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 bildirmişdir ki, o, istehsalat rəisi işləyir. X8 xəbərdarlıqdan başqa, şifahi xəbərdarlıq da edilmişdir. Özü bir neçə dəfə şəxsən şifahi xəbərdarlıq etmiş, lakin C.Mustafayev məhəl qoymurdu. Nizam intizam qaydalarını pozduğuna görə iki dəfə xəbərdarlıq olunub. 23 may 2023-cü ildə akt tərtib edilmiş, özbaşına olaraq iki gün işə gəlməmişdir. Özü şifahi olaraq C.Mustafayevdən maraqlandıq da bildirmişdir ki, işə gəlməyəcəkdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. İş materiallarından olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul olunmuş 02 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından görünür ki, X9 23 may 2023-cü il tarixində akt tərtib edilərək töhmət verildiyi, həmçinin eyni intizam statusuna görə 27 may 2023-cü il tarixində əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi müəyyənləşdirildiyinə görə fərdi sahibkar X28 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan istehsalat müdiri X21, istehsalat rəisi X23 və baş mühasib X10 iştirakları ilə 23 may 2023-cü ildə tərtib edilmiş aktdan görünür ki, operator vəzifəsində çalışan X14 23 may 2023-cü il tarixində fiziki şəxs X18 müəssisəsində daxili nizam-intizam qaydalarını kobud şəkildə pozub. Əmək funksiyalarını layiqincə yerinə yetirməyib. İş materiallarında olan fiziki şəxs X18 23 may 2023-cü il tarixli 35 nömrəli “işçiyə töhmət verilməsi” haqqında əmrindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq operator X14 nizam intizam qaydalarını kobud şəkildə pozduğu üçün və avadanlıq işlək vəziyyətində olduğu halda həyatı təhlükəsini riskə atdığına görə töhmət elan edilmişdir. İş materiallarında olan istehsalat müdiri X21, istehsalat rəisi X23 və baş mühasib X10 iştirakları ilə 25 may 2023-cü ildə tərtib edilmiş aktdan görünür ki, operator vəzifəsində çalışan X14 23 may 2023-cü il tarixdən nahar fasiləsindən sonra heç bir səbəb göstərmədən və icazə almadan iş yerini tərk etmiş, 25 may 2023-cü il tarixədək işdə olmamışdır. Ona zəng vurularaq işdə olmamaq səbəbi (üzrlü və ya üzrsüz) soruşulsa da heç biz üzrlü səbəb bildirməmişdir. İş materiallarında olan 25 may 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, 23 may 2023-cü il tarixində fiziki şəxs X18 müəssisəsində əmək funksiyasını layiqincə yerinə gətirməyib və daxili nizam intizam qaydalarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən 27 may 2023-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi qərara alınıb. İş materiallarında olan “xitam haqqında” 27 may 2023-cü il tarixli 36 nömrəli əmrdən görünür ki, X14 27 may 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana(vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. İşdə olan mövcud sübutlardan göründüyü kimi X28 ilə X14 arasında əmək müqaviləsi (kontraktı) bağlanaraq C.Mustafayev kəsim üzrə operator işinə qəbul edilmişdir. Müəssisədə daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə 23 may 2023cü ildə istehsalat müdiri X21, istehsalat rəisi X23 və baş mühasib X10 iştirakları ilə akt tərtib edilmişdir. 23 may 2023-cü il tarixli 35 nömrəli “işçiyə töhmət verilməsi” haqqında əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq operator X14 nizam intizam qaydalarını kobud şəkildə pozduğu üçün və avadanlıq işlək vəziyyətində olduğu halda həyatı təhlükəsini riskə atdığına görə töhmət elan edilmişdir. X14 23 may 2023-cü il tarixdən nahar fasiləsindən sonra heç bir səbəb göstərmədən və icazə almadan iş yerini tərk etdiyinə, 25 may 2023-cü il tarixədək işdə olmadığına, ona zəng vurularaq işdə olmamaq səbəbi (üzrlü və ya üzrsüz) soruşulduq da heç biz üzrlü səbəb bildirmədiyindən istehsalat müdiri X21, istehsalat rəisi X23 və baş mühasib X10 iştirakları ilə 25 may 2023-cü ildə tərtib edilmiş akt tərtib edilmişdir. 23 may 2023-cü il tarixində fiziki şəxs X18 müəssisəsində əmək funksiyasını layiqincə yerinə gətirmədiyinə və daxili nizam intizam qaydalarını kobud şəkildə pozduğuna görə 25 may 2023-cü il tarixdə xəbərdarlıq edilmişdir. 27 may 2023-cü il tarixində X14 27 may 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul olunmuş 02 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından görünür ki, X9 23 may 2023-cü il tarixində akt tərtib edilərək töhmət verildiyi, həmçinin eyni intizam statusuna görə 27 may 2023-cü il tarixində əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi müəyyənləşdirildiyinə görə fərdi sahibkar X28 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Hal-hazırda fərdi sahibkar X28 məhkəməyə müraciət edərək, onun, istehsalat rəisi X22, baş mühasib X10 iştirakları ilə tərtib edilmiş 25 may 2023-cü il tarixli akt mövcud olduğu halda əsassız olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində 02 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edildiyindən ləğv edilməsini xahiş etmişdir. Belə ki, istehsalat müdiri X21, istehsalat rəisi X23 və baş mühasib X10 iştirakları ilə 25 may 2023-cü ildə tərtib edilmiş akt X28 tərəfindən iş materiallarına əlavə edilsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsinin hüquq və mənafelərinin müdafiəsini təmin etmək üçün İdarənin məsləhətçi-əmək müfəttişi X17 işin araşdırılması zamanı təqdim edilməmiş və həmin aktın mövcudluğu barədə heç bir məlumat verilməmişdir. X4 ilə X28 arasında baş vermiş müzakirədən sonra həmin akt tərtib edilmişdir. Mübahisəli aktın sonradan tərtib edilməsi məhkəmə iclası zamanı öz təsdiqini tapdığından həmin akta tənqidi yanaşır. Bundan başqa C.Mustafayevə verilmiş xəbərdarlıq məktubundan da təsdiq olunur ki, C.Mustafayev nizam intizam qaydalarını kobud şəkildə pozduğu üçün və avadanlıq işlək vəziyyətində olduğu halda həyatı təhlükəsini riskə atdığına görə işdən azad edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan olunmuş 02 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X18 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 02 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-3904/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3904/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver