Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3904/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X4 qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə 06 avqust 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:27 radələrində idarə etdiyi “OPEL ASTRA” minik markalı, 99UF215 dövlət qeydiyyat nişanlı avtomobili ilə Suraxanı rayonu ərazisində hərəkət edən zaman saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bununla da, onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, gecə saat 22:40-da DYP əməkdaşı onu avtomobil idarə edərkən saxlamış, lakin protokolda vaxt bilərəkdən 21:27 kimi göstərilmişdir. Bu təkcə texniki səhv deyil, bu rəsmi sənədi saxtalaşdırma əlamətidir. Çünki vaxt irəli çəkilməklə onun rəsmi tibbi arayışının qüvvəsini etibarsız etmək məqsədi güdülür. Həmçinin əməkdaş onun sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə etmiş, texniki vasitədə sərxoşluq dərəcəsinin 0,32 promil olduğunu görmüşdür. O, öz təşəbbüsü ilə 1 saat sonra tibbi müayinəyə getmiş, nəticədə onda sərxoşluq dərəcəsi 0,13 promil olduğu müəyyən olunmuşdur. DYP əməkdaşı onun tibbi müayinəyə getmək istəməsini bilərək bunu təmin etməmiş, əksinə ona demişdir ki, “yaz içmişəm, müayinəyə getmirəm, cərimə yazmayacam”. O da izahatı əməkdaşın dediyi kimi yazmışdır. Sonradan vəziyyət ciddiliyini başa düşüb ifadəsini dəyişmək və müayinəyə getmək istədiyini bildirmişdir. Amma DYP əməkdaşı buna məhəl qoymamışdır. DYP əməkdaşı ondan icazəsiz onun avtomobilini cərimə meydançasına aparmışdır. O, elə oradaca “102” və “902” nömrələrinə zəng etmiş, ona bildirilmişdir ki, analiz versin. Onun barəsində olan protokol bundan 3 gün sonra tərtib olunmuşdur. Bu isə vəzifə səlahiyyətlərindən suiistifadə və vətəndaş hüquqlarının pozulması deməkdir. O, 3 gün ərzində taksi xərcləri və s. xərclər çəkmişdir. Göstərilənlərə əsasən o, barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X1 bildirdi ki, o, Şəxs ilə Bülbülədə yerləşən “Xilə” kafesində axşam saat 9-a işləmişdən saat 22:30-a kimi birlikdə olmuşdur. Sonradan Səfər ona zəng edərək bildirmişdir ki, DYP əməkdaşı onu saxlamışdır və əməkdaş onu tibbi müayinəyə aparmaqdan imtina etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan və xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə edilmiş, Şəxs spirtli içkinin qəbulu nəticəsində yaranmış sərxoşluq dərəcəsi – 0,448% aşkar olmuşdur. Həmçinin Şəxs protokolda qeyd etmişdir ki, müayinə zamanı spirtli içki aşkar olunmuşdur. Bir daha spirtli içki qəbul edib maşın sürməyəcəyinə söz verir. Həkim müayinəsinə ehtiyac yoxdur; Şəxs məhkəmə iclasında məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi tərəfindən tərtib olunan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə ilə aparılan tibbi müayinəyə dair xx.xx.2025-ci il tarixli, 1/10176 nömrəli protokoldan görünür ki, analiz zamanı Şəxs spirtli içkinin qəbulu nəticəsində yaranmış sərxoşluq dərəcəsi – 0,130 promil aşkar olmuşdur; iş materiallarına Şəxs tərəfindən məhkəməyə təqdim olunan 01 ədəd “Flash kart” əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs saxlanılan zamanı az miqdarda sərxoş olmasını bildirsə də, onun sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən əldə edilmiş alkoqolun konsentrasiyası 0,448 promill olmuş, Şəxs sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda “müayinə zamanı spirtli içki aşkar olunmuşdur. Bir daha spirtli içki qəbul edib maşın sürməyəcəyinə söz verir. Həkim müayinəsinə ehtiyac yoxdur” deyə qeyd etmişdir. Həmçinin, məhkəmə xx.xx.2025-ci il tarixli, 1/10176 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair protokola münasibətdə qeyd edir ki, Şəxs 21:25-də müayinədən keçmiş, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokol üzrə müayinə isə 02 saat 34 dəqiqə sonra saat 23:59-da aparılmışdır. Göründüyü kimi, müayinələr arasında vaxt vasiləsi olmuş, saat 21:25-də alkoqolun konsentrasiyası 0,448 promill olmuş, şəxsin 02 saat 34 dəqiqə sonra ayıq olunması mümkün olmaqla, şəxsin saat 21:25-də sərxoş olmasını təkzib etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Şəxs müayinənin nəticəsi ilə razılaşdığından sonuncunun tibbi müayinəyə aparılması məcburi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrədən istifadə etmək haqqında protokol və qəbz və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. BB-281444 nömrəli sürücülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-3904/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3904/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver