Məhkəmə qərarları › İş №3(010)-391/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-391/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-391/2021 01.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayonu İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 tərtib etdiyi xx xxxx 2021-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Qaradağ Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2017-ci ildə verilmiş 2(002)-5290/2017 nömrəli xx xxxxxxxx 2017-ci tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 137 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməli, cavabdeh Şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2015-ci ildə doğulmuş X2 3 yaşına çatanadək saxlanılması üçün əlavə olaraq hər ay 30 manat məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməlidir. Bununla yanaşı, Qaradağ Rayon Məhkəməsi tərəfindən xx xxxx 2020-ci ildə verilmiş 2(002)-69/2020 nömrəli xx xxxx 2020-ci tarixli icra vərəqəsinə əsasən xx.xx.2015-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin 2(002)-5290/2017 nömrəli xx xxxxxxxx 2017-ci tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs hər ay bir uşaq üçün 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməlidir. Həmçinin ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilmişdir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicar Vəlizadə işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, yuxarıda göstərilən icra sənədi xx.xx.2017-ci ildə icraata daxil olmuş, icraata başlanılaraq borclu Şəxs müvafiq qərar və bildiriş göndərilmişdir. Lakin borclu çağırışlara məhəl qoymayaraq şöbəyə gəlmədiyindən barəsində axtarış elan edilmişdir. xx.xx.2021-ci ildə borclu şöbəyə gətirilmiş və barəsində həmin gün inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. İcra məmuru qeyd edir ki, borclu ötən müddət ərzində tələbkarın xeyrinə heç bir ödəniş etməyib. O, həmçinin bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə bağlı Suraxanı rayon İcra şöbəsində daha bir icra işi olmuş və hər iki icra işləri bir icraatda birləşdirilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi əmlaka malik olması halı müəyyən edilməmişdir. Borclunun hal-hazırda tələbkara 6052 manat borcu var. İcra məmuru hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu icra sənədi üzrə borcunu ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcunu ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən onu da nəzərə alır ki, Şəxs ötən dövrdə tələbkarın xeyrinə ümumiyyətlə heç bir, hətta kiçik məbləğdə belə ödəniş etməyib. Göstərilənlərə əsasən Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxx 2021-ci il tarixindən saat 18.35-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar