Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3923/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Neftçala rayonu, Şirvanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi Şəxs barəsində İXM-in 571-ci maddəsi ilə inzibati xəta törətməsinə dair MN seriyalı ******* nömrəli, 21 iyun 2024-cü il tarixli protokol tərtib edərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərmişdir. Neftçala Rayon Məhkəməsinin 3(053)-294/2024 nömrəli iş üzrə 16 avqust 2024-cü il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21:00-dan, xx.xx.2024-cü il saat 02:30-dək 17-ci sahil nəzarəti bölməsinin xidməti ərazisində sərhəd naryadının başçısı 17-ci SNB-nin nəzarətçisi miçman X4 üzvü nəzarətçi miçman X7 ilə birlikdə 43-cü yanalma körpüsü istiqamətində “ƏBQ” sərhəd naryadının xidməti təşkil olunmuşdur. Saat 22:00 radələrində Hövsan BTL-nın sol cinahında təqribən 1 km məsafədə 1 (bir) ədəd üzmə vasitəsinin hərəkəti sərhəd naryadları tərəfindən müşahidə olunmuşdur. Saat 22:50 radələrində üzmə vasitəsi Hövsan BTL-nın sol cinahında bağ evləri istiqamətində hərəkət etməsi sərhəd naryadları tərəfindən müşahidə edilmişdir. Sərhəd naryadları dərhal əraziyə yaxınlaşmış və sahilə doğru 2 (iki) nəfər şəxsin kom bizonla (balıqçıların istifadə etdiyi geyim forması) hərəkəti müşahidə edilmiş və şəxslər 23:05-də sərhəd naryadları tərəfindən saxlanılmışdır. Əraziyə baxış zamanı üzmə vasitəsini aşkar etmək mümkün olmamışdır. Araşdırma zamanı məlum olmuşdur ki, qayıqda Neftçala rayon sakini xx.xx.1976-ci il təvəllüdlü Şəxs və Ucar rayon sakini xx.xx.2004-cü il təvəllüdlü X2r. Saat 23:30-da vətəndaşlar Şəxs və X1 sərhəd rejim qaydalarını pozaraq icazəsiz təyin olunmayan vaxtda qeydiyyatsız üzmə vasitəsi ilə rejim sularına çıxdıqlarına görə qanunla müəyyən olunmuş qaydaları pozduğu izah olunmuş və 17-ci SNB-nə dəvət olunmuşdur. Qayığın tapılması istiqamətində araşdırılmalar davam etdirilərək xx.xx.2024-cü il tarixdə saat 09:25-də 43-cü yanlama körpüsündən təxminən 4 km sol cinahda sahildən 500 metr aralı qamışlıq ərazidə bort nömrəsiz, qeydiyyatsız, mühərriksiz taxta tipli qayıq aşkar olunaraq 17 №-li akta əsasən ərazidən götürülərək 09:50-də 17-ci SNB-nə gətirilmişdir. Belə ki, Su-sərhədboyu rejimin qaydalarını pozduqlarına görə saxlanılaraq saat 00:10-da inzibati qaydada sənədləşdirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə qeyd olunan şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə -gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən aşağıdakı prinsip və müddəaları rəhbər tutur. Belə ki, İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-3923/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3923/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver